KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Rusiya və Fransa Güney Qafqazda nəyi hədəfləyib?

Kamal Aliyev: Rusiya və Fransa Güney Qafqazda nəyi hədəfləyib?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
48 0

Azərbaycan-Ermənistan münasibətləri,Zəngəzur koridoru ətrafında gəzən söz-söhbətlər,Yerevanın tədricən Rusiyanın təsir orbitindən uzaqlaşma cəhdləri,Fransanın Cənubi Qafqaza ilk dəfə bu qədər həvəslə daxil olmaq istəməsinin pərdəarxası tərəfləri var.
Zənnimcə,Azərbaycan və Ermənistan arasındakı kövrək sülhün hökm sürdüyü,artıq “barıt çəlləyi”kimi qəbul olunan Cənubi Qafqazdakı ssenarinin iki tərəfi var:Rusiya və Fransa.Moskva və Paris üzdə “düşmən”,”rəqib”kimi görünsələr də,pərdəarxasında çox hiyləgər plan qrublar.Ona görə də yazırdım ki,azərbaycanlılarla ermənilər mövcud siyasi,tarixi konyukturadan,fürsətlərdən istifadə edərək,barışmalıdırlar.Bəli,Əliyev və Paşinyan üçüncü qüvvə(lər)olmadan,baş-başa,üz-üzə görüşərək bölgəmiz üçün vacib olan sülh müqaviləsini imzalayırlar.Əgər bu,baş tutsaydı,Azərbaycan və Ermənistan iki imperialist aktor-Rusiya və Fransanın regionumuza intervensiyasının qarşısını ala bilərdi.Mən düşünmürəm ki,bu,gecdir-yenə də tarixi şans və vaxtımız var.Bəlkə də tarixdı ilk dəfədir ki,imperialistlərin müdaxiləsi olmadan bu çoxəsrlik problemin yekun həllinə bu qədər yaxınlaşmışıq.
Həm prezident İlham Əliyev,həm də baş nazir Nikol Paşinyan Cənubi Qafqazı Rusiya və Fransa kimi “qlobal canavar”ların oyun meydançası etməsinə icazə verməməlidir.Hələ ki,buna şans var və necə deyərlər,ox hələ yaydan çıxmayıb.Lakin sabah hər şey gec ola bilər və daha dagıdıcı nəticələri olan müharibənin şahidləri ola bilərik.Bu,nə azərbaycanlılara,nə də ermənilərə gərəklidir.Cənubi Qafqaz bizim-azərbaycanlıların,ermənilərin və gürcülərin EVidir və evimizi qorumalıyıq.
EVimizi qorumaqla,namusumuzu,mövcudlugumuzu,hünərimizi,izzətimizi və ən əsası,gələcək nəsillərimizi qoruyacagıq. Bizim başqa EVimiz yoxdur,bizə SÜLH yaraşır.

Rədd olsun imperializm!

Yaşasın SÜLH!

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir