KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Yerevandakı partlayışda Rusiyanın barmagı varmı?

Kamal Aliyev: Yerevandakı partlayışda Rusiyanın barmagı varmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
273 1

Ermənistanın paytaxtı Yerevanın mərkəzindən cəmi 2 km aralı yerləşən Surmali Ticarət Mərkəzində baş verən partlayış ətrafında müxtəlif versiyalar var.Hərçənd,eyni ticarət mərkəzində aprel ayında da uşaq oyuncaqlarının saxlanıldıgı anbarda yangın hadisəsi baş vermişdi.

Əlbəttə,Yerevandakı insan tələfatı ilə nəticələnən bu hadisənin ətrafında müxtəlif versiyalar var.Lakin görünən odur ki,hadisənin sadəcə məsuliyyətsizlik ucbatından baş verməsiylə yanaşı terror motivini də istisna etmək olmaz.
Ehtimal olunan şübhəli isə Rusiyadır.
Belə ki,Ermənistanın baş naziri Nikol Paşinyanın son həftələr Qarabag ərazisində müvəqqəti yerləşən rus hərbçiləri ilə baglı tənqidi fikirləri mümkündür ki,Rusiyanın xoşuna gəlməsinYəni,N.Paşinyan dolayı və birbaşa Rusiyanı,Qarabagdakı rus hərbçilərini onlara aid məsuliyyət zonasında işlərinin öhdəsindən gəlməməkdə günahlandırır.Hətta Paşinyanın Qarabagda “beynəlxalq sülhmaramlı”qüvvələrin iştirakına eyham vurması Kremlin qəzəbinə səbəb ola bilər.Baxmayaraq ki,1 həftə ərzində Putin və Paşinyan arasında iki telefon danışıgı olub,ancaq bunların formal oldugunu demək mümündür.

Həmişə vurguladıgım kimi,N.Paşinyanın ən böyük arzularından biri ölkəsindən 102 saylı rus hərbi bazasını çıxarmaqdır.Baxmayaraq ki,Gümrüdə yerləşən,əErmənistanın Türkiyə və İranla sərhədlərini qoruyan rus hərbi bazası 2040-cı ilə qədər bu ölkədə qalacaq,ancaq müqavilə ikitərəfli oldugu üçün razılaşma pozula da bilər.

Digər bir versiya isə rus prezident V.Putinin Ermənistandakı revanşist müxalifətə təsir imkanlarının genişliyi və onları uygun bir məqamda hakimiyyətə gətirmək istəyi ola bilər.Açıq deyək ki,rus diktator Paşinyanla yola gedə bilmir və onun siyasi gündəliyindən xəbərdardır.Putin dərk edir ki,Paşinyan ölkəsini Rusiyanın təsir orbitindən çıxarıb demokratik Qərbə inteqrasya etmək istəyir.Bu əsnada,Rusiya Zəngəzur dəhlizi məsələsində maraqlıdır heç vaxt olmadıgı qədər.İndi maraqlı olan budur ki,Paşinyan Ermənistanı demokratik Qərbə Zəngəzurlamı inteqrasiya edəcək,yoxsa Zəngəzursuz…

Bir vacib məqam da budur ki,əgər günün birində revanşist erməni müxalifəti Moskvanın dəstəyi ilə iqtidara gəlsə,müharibə ehtimalı da var.Bu baxımdan,Azərbaycan mümkündür ki,antiterror əməliyyatları keçirə bilər.Hətta revanşistlər Ermənistanda iqtidarı ələ keçirsələr belə,indiki geosiyasi konyuktura şəraitində müharibəyə cəhd etməzlər.Yəni bir müddət revanşistlər vaxtlarını güc toplamaga sərf edəcəklər.

Bunnla yanaşı,Ermənistandakı iqtidarların daha böyük problemləri var.Bu,həm geopolitik ,həm də Ermənistandakı iqtisadi problemlərdir.

Əvvala,Rusiyanın Ukraynadakı hərbi-siyasi ugursuzlugu və məglubiyyət ehtimalı var.Və bu ehtimalı güman ki,erməni siyasi elitası da istisna etmir.

İkincisi,Ermənistan ordusunun,bütövlükdə erməni cəmiyyətinin yaxın tarixdə böyük müharibə aparmaq üçün nə hərbi potensialı var,nə də taqəti,həvəsi.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

1 Yorum

  1. Salih - -

    Bence bu işte Rusya’nın paagi varmi yokmu bilemem ancak konu çok açıkça bahsedilmiş çok iyi bir yazı

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir