KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Ali Zülfiqaroğlu: ABŞ ssenarisi: hədəfdə Türkiyə var – İlginc versiya

Ali Zülfiqaroğlu: ABŞ ssenarisi: hədəfdə Türkiyə var – İlginc versiya

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
142 0

İsrail-HƏMAS müharibəsində maraqlı olan xarici qüvvələr var. Bəzi ekspertlər hesab edirlər ki, buna görə müharibə uzana bilər. Xüsusilə Rusiya və İran bu məsələdə əsas maraqlı qüvvələr kimi görünür. Çinlə ABŞ-ın mövqeyi isə hələlik məlum deyil.
Maraqlıdır, İsrail-HƏMAS müharibəsi uzana bilərmi? Müharibənin uzanmasında hansı qüvvələr maraqlıdır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, dünyanın harasında olursa-olsun bir münaqişə, qarşıdurma baş verirsə, bu, regional yox, geosiyasi xarakter daşıyır:
“Ukrayna, Suriya, Afrika, Fələstin və s. bölgələrdə baş verənlər məhz geosiyasi qarşıdurmanın nəticələridir. Məsələn, bir müddət sonra Tayvanda da qarşıdumanın alovlandırılmasının şahidi ola bilərik.
HƏMAS-ın İsrailə minlərlə raket atması maraqlı nüansları önə çıxarır. Təbii ki, bu qədər raketin İsrailə atılması prosesi bir saata, yaxud bir günə həyata keçirilmir. Bunun üçün aylarla hazırlıq prosesi lazımdır ki, dünyanın ən güclü kəşfiyyat orqanı olan MOSSAD-ın bundan xəbər tutmaması sual doğurur.
Həmçinin bu, HƏMAS-ın boyunu aşan məsələdir və burada 3-cü qüvvələrin əli mütləq var.
Əvvəlcə məlum hadisələrin kimin işinə yaradığına diqqət yetirmək lazımdır. Türkiyənin Suriyada ABŞ və İsralin dəstəklədiyi YPG/PYD terror təşkilatına qarşı antiterror əməliyyatlarına başlaması Vaşinqtonun terror dövləti qurma strategiyasına ciddi zərbə vurur. ABŞ-a Türkiyənin qarşısına birbaşa çıxmaq istəmədiyi və bunun ciddi fəsadlarının olduğunu hesabladığı üçün Suriyada yeni hərbi əməliyyatlara legitimlik qazandırmaq və əlavə qüvvə yeritmək üçün “əsas” lazımdır. Bunun üçün ən uyğun variant “İsraili qorumaq” adı altında addımlar atmaqdır. Yəni ABŞ qarşıdurmanın Fələstin ərazisində bitməsində deyil, Suriyaya yayılmasına çalışacaq”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, ABŞ-ın Krit adasına yaxın bölgədəki təyyarə gəmisini İsrail sahillərinə gətirməsi prosesin ilkin mərhələsi kimi xarakterizə edilə bilər:
“Təbii ki, burada geosiyasi güc mərkəzləri olan dövlətlərin də maraqları rol oynayır. Məsələn, Rusiya qüvvələrin parçalanması üçün yeni geosiyasi qarşıdurma mərkəzlərinin yaradılması və bununla da Ukraynaya dəstəyin azaldılması planı üzərində dayana bilər. Yaxud Afrikada getdikcə güclənən Çin də prosesə seyrçi qalmayacaq. Eyni zamanda hazırda Suriyada hərbi əməliyyatlara davam edən Türkiyə ilə fikir ayrılığı olan, təhdidləri sərhədlərindən uzağa daşımaq istəyən İran da burada maraqlı və əsas iştirakçı güclərdən biridir. İstənilən halda İsrailə hücumu planlayan, yaxud prosesə sonradan qoşulacaq ölkələr vəziyyəti daha da gərginləşdirəcəklər.
İsraili çox çətin dönəm gözləyir. Hazırda baş verən geosiyasi paradiqma dəyişikliyini nəzərə alsaq, o zaman Misirin və bəzi ərəb ölklərinin fərqli mövqedən çıxış edəcəyini gözləyə bilərik. Nəticədə isə qarşıdurma coğrafiyasını Suriyaya daşımaqda maraqlı olan ABŞ da ciddi təhdidlərlə üz-üzə qalacaq. Tarixdə ilk dəfə olaraq əksər region dövlətləri Fələstin məsələsi ilə bağlı yaxın mövqedən çıxış edir. Buna görə də proses uzanacaq və ən uyğun variant qardaş Türkiyənin təklif etdiyi Fələstin dövlətinin tanınmasıdır. İsrail daha ciddi problemlərlə üzləşməmək üçün buna getməlidir. 9 milyonluq əhalisinin 2 milyonu ərəb olan bir dövlətin içərisində ikidövlətli həll varintını dəstəkləyən siyasilər çoxdur”.

Ali Zülfiqaroğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir