Dərin” Devlət Bəy – Türkiyənin xilası üçün atılan böyük addımlar

Kimyasal saldırı görüntülerinde yer alan Suriyeli çocuk: Yiyecek için çekime katıldım

Dünya ticaretinin seyri değişti!

Azerbaycan Başsavcılığı, Rus gazetesini provokasyon haber için Rusya Başsavcılığı’na şikayet etti

“Türkiyə-İsrail- Rusiya ittifaqına qoşulması Azərbaycanı bölgənin önəmli dövlətinə çevirə bilər”

Azerbaycan 10 Aralık 2016
469

“İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının daha bir sübutudur”. Bunu SİA-ya açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib.

O bildirib ki, son 10 ildə iki ölkə arasında xüsusilə hərbi sahədə əməkdaşlıq inkişaf edib: “Azərbaycan-İsrail əlaqələrinin yaxşı səviyyədə olması regional maraqlar baxımından da əhəmiyyətlidir. İyun aynda Netanyahunun Moskvaya səfəri regional inkişaf nöqteyi-nəzərinən son dərəcə önəmli idi. Türkiyə- Rusiya- İsrail əlaqələri birdən-birə aktiv mərhələyə qədəm qoyaraq çox yaxşı bir nöqtəyə gəlib çatıb. Türkiyənin İsrail ilə münasibətlərində yaşanan gərginlik zamanı İsrail- Azərbaycan münasibətləri həm Türkiyə, həm də İran tərəfindən şübhə ilə qarşılanırdı. Lakin Azərbaycanın İsrail ilə əlaqələri xüsusilə Qarabağ məsələsində, həm lobbi, həm də silah ehtiyacı üçün olduqca əhəmiyyətli idi. Hesab edirəm ki, Netanyahunun Bakı səfəri Azərbaycan İsrail əlaqələrini daha sağlam bir hala gətirəcək”.

Politoloq əlavə edib ki, Cənubi Qafqaz regionunda Azərbaycan əhəmiyyətli bir dövlətə çevrilib və Netanyahunun səfəri regional inkişaflar baxımından diqqətlə təqib edilməsi lazım olan bir səfərdir.H.Oktay Azərbaycanın çox vacib bir nöqtədə olduğunu deyib. “Azərbaycan heç vaxt yaxın qonşusu olan İrana qarşı hər hansı təhlükə törətməz. Ona görə də baş nazirin Bakıya səfərindən İran o ərəcədə narahat olmalı deyil.Azərbaycanın xarici siyasəti bütün ölkələrlə bərəbər şəkildə əlaqələr qurmağa istiqamətlənib. Bu mənada Azərbaycan İsrail əlaqələri çox əhəmiyyətlidir. Türkiyə-İsrail- Rusiya adlandıra biləcəyimiz ittifaqa Azərbaycanın da daxil olması bu ölkəni bölgənin önəmli dövləti halına gətirəcək”.

Yorumlar