KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Araz Aslanlı: Baydenin Paşinyana yazdığı məktub ne anlama geliyor

Araz Aslanlı: Baydenin Paşinyana yazdığı məktub ne anlama geliyor

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
249 0

ABŞ prezidenti Baydenin Ermənistanın Baş naziri Nikol Paşinyana yazdığı açıqlanan son məktubdakı terminologiya (“Dağlıq Qarabağ” xalqı və s.) beynəlxalq hüquqa zidd, regiondakı sülh prosesi baxımından zərərverici, Azərbaycan üçün qəbuledilməzdir. Bu terminologiya Pelosinin Ermənistana səfəri və verilən açıqlamalarla eyni üslubdadır. Pelosinin və Baydenin (həm qanunverici, həm də icraedici orqanın ən yüksək səviyyədə) yanaşmaları ABŞ-ın bağlı olduğunu iddia etdiyi dəyərlərlə üst-üstə düşməsə də ümumilikdə “Erməni məsələsi”nin ortaya çıxma tarixini bilənlər üçün sürpriz deyil. Anadoluda və Qafqaz bölgəsində “Erməni məsələsi”nin ortaya çıxmasında Osmanlıdakı Xristian azlıqlardan istifadə etməyə çalışan imperialist dövlətlərin strategiyaları çox önəmli olmuşdu. Hətta Ermənilərdən və digər xristianlardan istifadə etmək ABŞ da daxil olmaqla bu dövlətlər üçün o qədər önəmliydi ki, bunun uğrunda öz aralarında sərt rəqabət aparırdılar.
1-ci Dünya müharibəsinin gedişində, müharibədən sonra, SSRİ-nin dağılma mərhələsində və daha sonra bu yanaşma dəyişmədi. ABŞ və digər bəzi dövlətlər üzdə sülhdən və dinc şəraitdə bir yerdə yaşamaqdan bəhs etsələr də arxa planda Ermənilər və Türklər arasında qarşı tərəfə nifrət üzərinə qurulmuş milliyətçiliyi təhrik etdilər. Ermənistan Azərbaycan ərazilərini işğal edərkən Konqresin Azərbaycanı Ermənistana blokada tətbiq etməklə ittiham edib 907-ci düzəlişi qəbul etməsi (Azərbaycana yardımları qadağan etməsi) və prezidentin bu sənədi rədd etməməsi sadəcə Erməni lobbisinin əsəri deyildi, özlərinə görə müəyyənləşdirdikləri strateji maraqlardan qaynaqlanırdı (razıyam ki, prezidentin Konqresin qərarlarını qəbul etməmək praktikası ABŞ-da geniş yayılmayıb, amma icrasını dayandırmaq üçün 11 sentyabr hadisələrini gözləməyə ehtiyac yox idi).
Son səfər və məktubdakı açıqlamalar da eyni məqsədə xidmət edir. Problemin davam etməsini təmin etmək, sülhdən çox danışaraq, praktikada tərəflərin beynəlxalq hüquqa uyğun sülhə nail olmalarına mane olmaq…

Araz Aslanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir