KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: İsrail başbakanı Azerbaycanda

Fuad Gahramanlı: İsrail başbakanı Azerbaycanda

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
138 0

İsrail prezidenti Azərbaycana niyə gəlmişdi ?

Bakıda İrana qarşı ittifaq anonsu.

Dünən Azərbaycana ilk dəfə səfərə gəlmiş İsrail prezidentinin səfəri iki ölkə münasubətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Çünki bu gün iki ölkənin əlaqələri elə bir səviyyəyə çatıb ki, İsrail Azərbaycan üçün təkcə tərəfdaş ölkə deyil, həm də İran təhlükəsinə qarşı önəmli müttəfiq, təhlükəsizlik təminatı hesab olunur. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, İsrailin silah ixracının 17%-i Azərbaycanın payına düşür. Öz növbəsində Azərbaycan da öz silah ehtiyacının 69 %-ni İsrail hesabına təmin edir. Eyni zamanda Azərbaycanın hərbi sənayesinin inkişafında İsrail yaxından iştirak edir. O da məlumdur ki, İki ölkənin xüsusi xidmət orqanları sıx əməkdaşlıq edirlər. İki ölkənin əməkdaşlığında kiber təhlükəsizlik məsələləri də önəmli yer tutur.

Maraqlıdlr ki, İsrail prezidenti Azərbaycana səfərinin İranla bağlı olduğunu heç gizlətməyə çalışmadı da. O, İlham Əliyevlə keçirilən görüşü haqqında məlumat verərkən bildirib ki, “biz İranın təhlükə və təhdid yaratdığı qlobal və regional təhlükəsizlik strukturuna diqqət yetirdik və müzakirə etdik.” Belə çıxır ki, bu görüşün əsas məqsədi iki ölkənin İranla bağlı birgə fəaliyyət imkanlarını və sahələrini müzakirə etmək olub. Göründüyü ki, prezident İshaq Hersoq elə açıqlama verib ki, Bakının onun bu səfərinin İranla bağlı olmasını gizlətmək üçün imkanı qalmayıb. O, hətta bununla da kifayətlənməyərək İsrailin yaranmasının 75 illiyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı İranı qıcıqlandıracaq bir bəyanatla çıxış edib. İshaq Hersoq deyib ki, “İranın İsraili xəritədən silməyə çağırdığı və bu istiqamətdə hərəkət etdiyi və onun mənfur təhlükəsini reallaşdırmağa kömək edə biləcək kütləvi qırğın silahlarının ardınca getdiyi bir vaxtda, İranın öz qonşusuna, tərəfdaşımız Azərbaycana qarşı hədə-qorxu gələrək terror törətdiyi bir vaxtda mən əfsanəvi şair, bu ölkənin doğma oğlu Nizami Gəncəvinin sözlərini xatırlatmaq istərdim: “Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır”.

Bu sərt bəyənatda İsrail prezidenti İranı Azərbaycana hədə qorxu gələn, terror törədən tərəf kimi təqdim edərək, əslində İrana münasibətdə iki ölkənin eyni mövqedən çıxış etdiyini, bənzər narahatlığı bölüşdüyünü qabardıb. Bu isə İran hər iki ölkə üçün İran ortaq təhlükədir demək anlamına gəlir.
Həm də İranın ənənəvi olaraq qərəzli şəkildə fars şairi kimi təqdim etmə çalışdığı Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu xüsusi qabardaraq onun misraları ilə Tehranı qara buluda, Azərbaycan və İsrail əməkdaşlıöınl isə büllur yağışa bənzədib.

Bu səfərdə önəmli məqamlardan biri də prezident İshaq Hersoqun İsrailin qurulmasının 75 illiyini məhz Azərbaycanda keçirilən tədbirə qatılaraq qeyd etməsidir. Bununla da İsraili yer üzündən silməyi öz məqsədi sayan İrana mesaj verilir ki, İsraili dövlətinin mövcudluğu və müttəfiqliyi Azərbaycan üçün strateji önəmə və əhəmiyyətə sahibdir.

Fuad Gahramanlı 

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir