ARADA KALAN TÜRKİYE: AFRİN-RUSYA/ MENBİÇ-ABD

ABŞ qardaş ölkəyə terrorçular üzərindən təhdid yaradır

XVII. YÜZYILDA KIRIM HANLIĞI’NDAKİ GELİŞMELER

Հայաստանի չորրորդ նախագահի լիազորությունները

TÜRK-İSLAM DÜNYASINA ÇAĞRIŞLAR VƏ CAVABLAR

Azerbaycan 14 Temmuz 2016
682

TÜRK-İSLAM DÜNYASINA ÇAĞRIŞLAR VƏ CAVABLAR

Doç., Dr. Faiq QƏZƏNFƏROĞLU

Doç., Dr. Faiq QƏZƏNFƏROĞLU


Zaman zaman yeni ideyaların doğuluşu normaldır. Adətən yeni fikirlər, yeni ideyalar o zaman ortaya çıxır ki, demək o toplumlarda problemlər var. Artıq iki əsrə yaxındır Türk-İslam dünyasında da yeni çağrışlar səslənməkdədir. Bu çağrışlara səbəb bir tərəfdən İslamlıq və Türklüyün bütövlüyünü, eyni zamanda təməl prinsiplərini qoruyub saxlaya bilməməyimiz, digər tərəfdən Qərbin dini məzhəbçilik və milliyyətçilik oyunlarına düşməmiz olmuşdur. Hər halda Osmanlının İslam xəlifəliyini, Səfəvilərin isə şiəliyi öz üzərinə götürməsindən sonra türk müsəlman xalqlarında İslamlıq və Türklük öz təməl prinsiplərindən uzaqlaşmağa başlamış, bununla da Türk-İslam dünyasında yaranan problemlər yeni çağrışları özüylə bərabər getirmişdi. Ancaq yeni çağrışlara cavab verməyə çalışan müsəlman türk aydınları İslamlıq və Türklüyün təməl prinsiplərini yenidən dəyərləndirmək, onları zamanın şərtlərini uyğun hala gətirmək əvəzinə, İslam dünyasının zülm və köləlikdən xilas yolunu Qərbin texnologiyasına və elmi yeniliklərinə yiyələnməkdə görməsi məsələni daha da mürəkkəbləşdirmişdir. Bu isə o demək oldu ki, türk müsəlman aydınları Osmanlının İslam xəlifəliyi və Səfəvilərin şiəliyindən qaynaqlanan problemləri həll etmək istədiyi bir zamanda, Qərbin “beynəlmiləlçi” ideyalarının təsiri altına düşdü. Bununla da, türk müsəlman aydınları ona aid olan çağrışları öz düşüncələrindən daha çox Avropanın elm adamlarının nəzriyyələriylə cavablandırmağı məntiqli, məqsədəuyğun gördülər.

Şübhəsiz, geniş anlamda bu doğru deyildi, doğru olmadığı üçün də iki əsrə yaxındır Türk-İslam dünyası olaraq problemlərimizi həll etməkdə çətinlik çəkirik. Çünki “xəstə”nin problemlərini bilib diaqnozu özümüz qoymuşuqsa, “xəstə”nin müalicəsini də özümüz etməliyik. Əks təqdirdə ki, başqalarının müalicə üsulundan istifadə edirik, o zaman “xəstə” daima nə sağlam kimi sağlam, nə də xəstə kimi xəstə olacaqdır. Hesab edirik ki, bunu indiki Türk-İslam dünyasına, bütövlükdə isə İslam dünyasına aid etmək olar. Təxminən 120-130 il bundan öncə Cəmaləddin Əfqani adlı bir müsəlman aydını (kimlərinə görə o türk, ya da əfqan mənşəlidir) da “xəstə” adlandırdığı İslam dünyasının müalicəsini kənarda deyil, içdə axtarmağı uyğun görmüşdür. Hətta, Əfqani “xəstə”yi sağaltmağın müalicə üsullarından biri kimi müsəlman xalqlarının milliyyətçilik duygularını yenidən ortaya atmağı məqsədəuyğun görmüşdü. O zaman Əfqaninin müsəlman xalqları arasında milliyyətçilik məsələsini ortaya atmasını İslam dininin əleyhinə yozanlar, nəticədə onun ölümünə də rəvac vermişdilər.
isfahan2
Biz, burada “xəstə” İslam dünyası və Əfqani məsələsinə təsadüfi olaraq toxunmadıq. Əslində Əfqanidən öncə də “xəstə” İslam dünyası və onun həlli yollarını gündəmə gətirən A.A.Bakıxanov, M.F.Axunzadə, Münif Paşa, İ.Şinasi, Ə.Suavi, S.Ə.Şirvani, N.Kemal, H.Zərdabi və başqa türk müsəlman aydınları olmuşdur. Ancaq onların arasında da “xəstə” İslam dünyası məsələsində fərqli yollar tutulmuşdur. Məsələ Bakıxanov, Şinasi, Şirvani daha çox inanırdılar ki, İslam dünyasının xilası üçün Qərbin-Avropanın möcüzəsi olan elm texnologiyası, qanunlardan faydalanmaq lazımdır. Qərb mədəniyyətinin ortaya qoyduqları isə İslamiyyətin ana xəttinə uyğun olduğu üçün, müsəlman dövlətlərinə zərər verməyəcəkdir. Çünki İslamlıq özü də Qərb mədəniyyətinin əsas fəlsəfəsi olan İnsanlıq fəlsəfəsi üzərində qurulmuş, sadəcə sonralar yanlış inanclar özüylə bərabər zülüm və köləlik gətirmişdir. Bu anlamda onlar Qərbin mədəniyyətini heç də yeni hesab etmir, bu mədəniyyətə aid olan yeniliklərin hər birinin vaxtilə İslamlıqda öz əksinin tapdığına, bu anlamda Qərb mədəniyyətilə İslamiyyət arasında ahəng olduğuna inanırdılar.

Ancaq Bakıxanov, Şinasi, Münif Paşa, S.Ə.Şirvanidən dən fərqli olaraq Axundzadə, Suavi, Əfqani və başqaları “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində daha sərt mövqe ortaya qoymuşlar. Başqa sözlə, sonuncular İslamlıq Qərbçilik məsələsində bir tərəfdən İslamlığın parlaq keçmişinə br qədər kölgə salmış, digər tərəfdən Qərb mədəniyyətini çox idelaşdırmışlar. Özəlliklə, Osmanlıda Əli Suavi və Midhət Paşayla Çarlıq Rusiyasının müstəmləksi olan Şimali Azərbaycanda M.F.Axundzadə İslamlıqla Qərbçilik məsələsində bərabərliyi pozmuşlar. Hər üçünün dünyagörüşündə “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində Qərbçilik qırımızı xəttlə keçir. Yəni onlar İslam dünyasına olan çağrışlara cavab olaraq İslamlıqda nə isə axtarmaqdansa əsas üstünlüyü Qərb mədəniyyətinə, müəyyən qədər də əski milli mədəniyyətə verirdilər. Əslində əski milli mədəniyyətə müraciətin kökündə də Qərb mədəniyyətindən, o cümlədən fransız milliyyətçiliyindən irəli gələn millliyyətçilik dayanırdı. Məsələn, M.F.Axundzadə “İran”ın xilasını bir tərəfdən bütünlükdə Qərb mədəniyyətini mənimsəməkdə, digər tərəfdən fars zərdüştülüyünü dirçəltməkdə görürdü. Yəni Axundzadə üçün Qərb mədəniyyəti ideal idi, bu ideala uyğun olaraq da o, din və millət məsələsini həll etməyə çalışmışdır. Bu anlamda o, müsəlman xalqlarının nicatını Qərb-Avropa aydınlarının getdiyi yolu geməklə, yəni ilhaiyyatın tənqidi (əslində isə tamamilə inkarı) və qərbsayağı milli-konstitusiyalı dövlətin qurulmasında görmüşdü.

Bizcə, C.Əfqani “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində Suavi, Midhət Paşa, Axundzadəyə yaxın olsa da, ancaq bəzi prinsipial məsələlərdə onlardan fərqli yol tutmuşdur. Həmin prinsipial məsələlərə görə, Əfqanini həm islamçılığa, həm də qərbçiliyə meylli türk müsəlman aydınlardan fərqləndirmək lazım gəlir. Hesab edirik ki, Əfqani Bakıxanovun İslamlıq heyranlığından uzaq olduğu qədər, Axundzadənin də aşırı qərbçiliyini və antiislamlıq mövqeyini qəbul etməmişdir. Əfqani daha çox milliyyətçilik və İslamlıq bütünlüyü ya da “İslam milliyyətçiliyi” ideyasından çıxış etmişdir. Əslində bu yeni bir ideya deyil, yeni bir dini qəbul edən millətin başlanğıc dövrünün təbii təzahürüdür. Belə ki, yeni bir dini qəbul edən millət həmin dinə aid ayinləri, qayda qanunları icra etməklə yanaşı, eyni zamanda uzun müddət milli kimliyini, milli adət-ənənələrini də onunla bərabər yaşadır. Yəni dini dəyərlər və milli dəyərlər əsasən birbirlərinə toxunmadan yanaşı yaşayırlar.
kudüs
Məsələn, millətin milli dili, milli törələri, milli adət-ənənələri dinin təsirinə məruz qalmadığı zamana qədər, ulus öz milli varlığını tapındığı din inancıyla qarışıq salmır. Bir sözlə, milli varlıq bir sütun, dini varlıq isə digər sütundur. Milli varlığın sütunu dildirsə, dini varlığın sütunu etiqaddır. Öncəliklə, Əfqaninin milli varlıq məsələsində dil məsələsinə önəm verməsi daha çox millətin özünü mühafizəsiylə bağlı olmuşdur. Çünki bir millət zaman içində müxtəlif inanclara, dinlərə tapınmaqla milli varlığın itirməsə də, ancaq dil assimliyasiyası onun varlığına son qoya bilər. Necə ki, Qacarlarla Osmanlılar çöküşlərinin son dönəmlərində dindən ya da dini məzhəbçilikdən daha möhkəm ha çilər. ə bilər, ancaq yapışdıqları yaxud yapışmağa məcbur olduqları zamanda Türk dili anlaşılmaz hala gəlmiş, birinin Türk dili farslaşmış, digərinin Türk dili isə ərəbləşmişdir. Belə olduğu təqdirdə, həmin dövlələrin əsil qurucuları olan türk xalqları onların çöküşlərinə ya biganə qalmış, ya da zor-xoş bu çöküşləri sürətləndirmək prosesinə qoşulmuşlar.

Hesab edirik ki, Əfqani digər çağdaşlarından fərqli olaraq mükəmməl olmasa da, ancaq müəyyən qədər hər hansı millətin həyatında milli varlıq və dini varlıq məsələsini daha aydın görə bilmişdir. Başqa sözlə, milli varlığı inkar edərək hər şeyi dini varlıq ya da ümmətçilik əsasında quran millətin ya da dövlətin aqibətinin yaxşı olmayacağını, gec-tez onun sonunu gətirəcəyini anlamışdır. Bu anlamda Əfqani Osmanlıyla Qacarları da yaxşı bir gələcək gözləmədiyini, ona görə də xilas yolunun ayrı-ayrılıqda İslamlıq ya da milliyyətçilik olmadığını, bəlkə də hər ikisini birbirini inkar edən deyil, birbirini tamamlayan ideyalar kimi yanaşı yaşamasında görmüşdür. Bizcə, Əfqaninin əsasən istədiyi də nə İslamlıq üçün Milliətdən, nə də Milliət üçün İslamlıqdan vaz keçmək olmamışdır.

Ancaq indidən o zamana baxanda görürük ki, Osmanlı sultanı Əbdülhəmid xan ya da Qacarlar hökmdarı Nəsraddin şah C.Əfqaninin milli varlıqla dini varlığı yanaşı yaşatması deyil, milli hissləri qabardaraq ümmətçiliyi parçalamasından ehtiyat etmişlərdir. Ola bilsin ki, Osmanlı sultanı da, Qacarlar hökmdarı da o zamanın şərtlərinə görə, eyni zamanda dövləti-imperiyanı qoruyub mühafizə etmək adına haqli idilər. Ancaq Əfqani də Qərbdə baş verənləri yaxşı dərk etdiyi üçün, artıq ümmətçilyin ya da İslamlığın təkbaşına yürüyə bilməyəcəyini, bu anlamda müsəlman xalqları arasında da milliyyətçiliyin yenidən dirçəldilməsini vacib görmüşdür.

Ümumiyyətlə, Əfqaninin dinə və milliyyətçiliyə baxışında müəyyən qədər Qərb fəlsəfəsinin təsiri olsa da, bütövlükdə o, millət və din məsələsini şərqli, müsəlman, türk kimi dəyərləndirməyə çalışmışdır. Bu anlamda Əfqaninin davamçıları arasında Ə.Ağaoğlu, M.E.Yurdakul, M.Ə.Rəsulzadə, Ziyaəddin Fəxrəddin kimi müsəlman türk aydınlarının olması təsadüfi olmamışdır. Bu türk müsəlman aydınları İslamlığın üstündən xətt çəkərək hər şeyi Qərbləşməkdə görməkdənsə, Əfqani kimi İslamlıqla Türklük, İslamlıqla Qərbçilik arasında ortaq nöqtələrin tapılmasına çalışmışılar. Ona görə də hesab edirik ki, 19-cu əsrdə “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində nisbətən həqiqətə yaxınlaşan C.Əfqani olmuşdur. Əlbəttə, bu heç də Əfqanini idellaşdırmaq və digər türk müsəlman aydınlarının əməklərini danmaq anlamına gəlməməlidir. Ancaq istər öz mahiyyətindən gəlmiş olsun, istərsə də Qərbin təsiri altında olsun Əfqani 19-cu əsrdə İslamlıq və Türklük məsələsində onların qarşı qarşıya qoyulması deyil, daha çox bütünləşdirici yönündən yanaşmaqla doğru yol tutmuşdur. Bizcə, onun İslamlığı Milliyyətçiliyi, Milliyyətçiliyi isə İslamlığı tamamlamışdır.
Çox yazıqlar olsun ki, təxminən iki əsrə yaxındır türk müsəlman aydınları İslam dünyasının problemlərini hansı yolla həllində ortaq mövqeyə gələ bilmirlər. Hələ də, bu məsələnin həlliylə bağlı üç tezis qalmaqdadır: 1) Qərbləşmək-modernləşmək; 2) İslamlaşmaq-mühafizəkarlıq; 3) Qərbləşmək+İslamlaşmaq ya da modernləşmək+ mühafizəkarlıq (ortaq yol).

O zamanda, indinin özündə də ilk baxışda sonunucu həll yolu daha məntiqli görünür. Sadəcə, üçüncü-ortaq həll yolyla bağlı daima diqqətdə saxlanan məsələ də var ki, nəyi mühafizə etmək ya da etməmək, yaxud da nə də modernləşmək ya da modernləşməmək. Bizcə, birmənalı şəkildə mühafizəkarlıqdan ya da modernləşməkdən yapışmaq nə qədər ugursuz görünsə də, amma ortaq yolu tutarkən da nəyi mühafizə edəcəyini ya da etməyəcəyini, hansı halda modernləşəcəyini (postmodernləşəcəyini) ya da modernləşmə­yəcəyini ortaya qoymaq da çox da uğurlu olmamışdır.
elatşenlikleri
Əlbəttə, bir toplumda onun düşünən beyinləri arasında ziddiyyətli fikirlər irəli sürənlər olmazsa, zatən o cəmiyyət çökər. Bu anlamda cəmiyyət daxilində bir problemlə bağlı müxtəlif düşüncələr irəli sürən aydınların olması normaldır. Biri daha çox dinə, digəri milliliyə, üçüncüsü modernləşməyə, dördüncüsü başqa bir ideyaya meyil edə bilər. Əsas məsələ odur ki, bütün bunların sonucunda cəmiyyət doğru seçim edərək mövcud problemlərini həll etmək gücündə olsun. Yəni hər zamanın özünün fərqli çağırışları, həmin çağırışlara görə də cavabları ola bilər. Sadəcə, burada hər hansı millətin aydınlarının üzərinə düşən əsas vəzifə ulusu ayaq üstə tutub saxlamağı bacarmaqdır. Yəni millətin aydınları üçün nə keçmişin xatirələri (mühafizəkarlıq) və gələcəyin xəyalları (utopiya) ilə yaşamaq, nə də zamanın tələblərinə uyğunlaşmaq (modernləşmək, praqmatizm) uğurlu seçim ola bilməz. Eyni zamanda bir az öz keçmişindən, bir az da başqasının keçmişindən, ya da onlarla başqalarına məxsus olan yeniliklərin sintezindən çıxış etmək xilas yolu deyildir. Bu kimi hallar daha çox çarəsizliyin, ideyasızlığın bir sözlə yoxsunluğun nəticəsidir.

O zaman haqlı olaraq sual oluna bilər ki, əgər ya mühafizəkarlıq, ya da modernləşmək, hətta onların sintezi (eklektizm) çıxış yolu deyilsə, bəs xilas yolu ya da həll yolu nədədir?

Bizə elə gəlir ki, azacıq tarixə dönüb baxsaq çıxış yolunun nədə olduğunu çox asanlıqla görə biləcəyik. Əslində o millətlər daima ayaq üstə qalmışlar ki, onlar nə olursa olsun milli özünəməxsusluğu, milli kimliyi, milli xarakteri qoruyub saxlamışılar. Milli varlığın yaşadılması üçün ayrı-ayrı dinlərlə, siyasi ideyalarla, bu anlamda mühafizəkarlıqla, modernləşməklə “dil tapmaq” gerçək bir fəlsəfədir. Necə ki, Avropa xalqlarının aydınları 15-16-cı əsrlərdən başlayaraq belə bir işə başladılar. Onlar Xristianlıq sxolastikasını yenmək üçün ilk növbədə əski milli-dini kimliklərini, bu anlamda Xristianlıq öncəsi fəlsəfələrini, mədəniyyətlərini, tarixlərini yenidən dəyərləndirməyə başladılar. Bununla da Avropanın xristian xalqları yalnız Xristianlıq sxolastikasını aradan qaldırmadılar, eyni zamanda hər bir Avropa xalqı müəyyən anlamda Xristianlığı milliləşdirdilər. Beləliklə, əski milli-dini kimliyi yenidən canlandırıb Xristian sxolastikasını yenərək onda islahatlar aparan Avropa ikisinin sintezindən yeni bir mədəniyyət, sivilizasiya yeni bir mədəniyyət, sivilizasiya ortaya qoydu. Çünki Avropa aydınları bunu edərkən əski milli-dini mühafizəkarlıqla mövcud xristianlıq arasında əsasən “dil tapmağı” bacardı. Bununla da Avropada modernləşməyin, yeniləşməyin yolu açıldı.
münirbeyof
Doğrudur, Avropa əski milli-dini mühafizəkarlıqla Xristianlıq arasında ortaq məxrəcə gəlib modernləşməyin, yeniləşməyin (Avropa modernçiliyi-Qərb mədəniyyəti) yolunu açarkən bilərəkdən ya da bilməyərəkdən ölçü məsələsinə ciddi önəm vermədi. Belə ki, zaman irəlilədikcə Avropada bütün anlamlarda (texnoloji, mənəvi, əxlaqi, cinsəl vəs.) modernləşmək qırmızı xətti vurub keçdi. Çünki əski milli-dini mühafizəkarlıqla Xristian sxolastikasının sintezindən (“dil tapmasından”) ortaya çıxan Avropa modernçiliyində heç də yalnız hər ikisindən “yaxşı” olanları mənimsəmək deyil, burada daha çox Avropanın inkişafına səbəb olmaq önəmli idi. Belə olduğu təqdirdə, Avropa modernləməyində yalnız “yaxşı” olanlarla deyil, “pis” olanlarla da “dil tapmaq” vacib idi. Başqa sözlə, burada vacib olan xristianlıq öncəsi milli-dini mühafizəkarlıqla mövcud Xristianlıq arasında mütləq “xeyir” ya da “şər” kateqoriyasından çıxış etmək deyil, Avropanın inkişafı və güclənməsi naminə ən uyğun olanları ortaya qoymaq idi. Avropada Xristian sxolastikasının mahiyyətini dəyişərək onu millililəşdirmə bir tərəfdən milli özə dönüş olaraq qiymətləndirilsə də, digər tərəfdən insanlıq fəlsəfəsi vurğusu adı altında ona bəşəri don da geyindirilirdi.

Bu baxımdan Avropa modernləşməyinin iki yönü özünü açıq şəkildə ortaya qoymuşdu: 1) milliyyətçilik Xristian milliyyətçiliyi); 2) bəşərilik (Xristian dünyəviliyi). Deməli, Avropa əski milli-dini mühafizəkarlıqla Xristianlığın sintezini milliyyətçilik və dünəyəvilik kimi ortaya qoymaqla ikili gediş ediblər. Bizcə, məzmun baxımından Xristian milliyyətçiliyi daha çox Avropanın əski milli dəyərləri-milli həyat yaşamı, Xristian dünyəvliyi isə Avropanın əski milli dinləri-milli fəlsəfəsi üzərində qurulsa da, hər ikisində forma baxımından Xristianlıq da qorunub saxlanmışdır. Daha doğrusu, ikili xarakterli Qərb mədəniyyətinin ortaya çıxmasında Avropanın əski milli-dini dəyərləriylə Xristianlıq arasında uzlaşma baş vermişdir.

Bu günə qədər davam edən Avropa modernləşməyinin bu ikiliyi bütövlükdə dünya çapında uğurlu görünsə də, bununla yanaşı hər iki məsələyə baxışda ən ciddi problem ölçüsüzlük, yəni “qırımızı xətti” gözləməmək olmuşdur. Bununla da 15-16-cı əsrlərdən ortaya çıxan Avropa-Xristian milliyyətçiliyi sonralar Avropa xalqlarında radikal milliyyətçiliyi və radikal dini cərəyanları (pravoslavyanizm, faşizm, nasizm vəs.), Avropa-Xristian dünyəvliyi isə radikal madiyyatçılığı, dünyaçılığı (marksizm, praqmatizm, həyat fəlsəfəsi, freydizm vəb.) ortaya qoymuşdur.
tebriz2
Maraqlıdır, Türk-İslam dünyası da ən azı iki əsrə yaxındır ki, Xristian milliyyətçiliyə və Xristian dünyəvliyinə əsaslanan Avropa modernləşməyini-Qərb mədəniyyətini onun problemlərinə əsas çözüm yollarından biri, bəlkə də birincisi kimi görməkdədir. Əlbəttə, “suda batan saman çöpündən yapışar” çarəsizliyini nəzərə alsaq, bunu haradasa anlamaq çətin deyildir. Ancaq burada əsas məsələ Avropanın əski milli-dini mühafizəkarlığıyla Xristianlıq dininin sintezindən yaranan Qərb mədəniyyətinin istər məzmunca, istərsə də forma baxımından İslam dünyasının problemlərinin həllinə yardımçı olmaqda nə dərəcədə səsləşməsidir. Əgər biz desək ki, İslam dünyasına Qərb mədəniyyətinin məzmunu, mahiyyəti deyil, ancaq forması, yəni texnologiyası, sənayeçiliyi lazımdır, bu heç də uğurlu seçim deyildir. Çünki Qərb mədəniyyətinin məzmunu ona yeni forma vermişdir. Görünür, bunu yaxşı dərk etdiyi üçün Əhməd bəy Ağaoğlu təxminən 100 il bundan öncə yazırdı ki, İslam dünyası Qərb mədəniyyətinin forma dediyimiz yalnız texnologiyasını, sənayeçiliyini deyil, məzmun və mahiyyətini də qəbul etməlidir. Ağaoğlu iddia edirdi ki, müsəlman türk mənəviyyatı o qədər güclüdür ki, Qərb mədəniyyətini bütövlükdə qəbul etməyimiz belə onu sarsıda bilməyəcəkdir.

Ancaq bu məsələyə Ağaoğlu və onun kimi yaxınlaşanların uğurlu bir seçim etdiyini də deyə bilmərik. Çünki Qərb mədəniyyəti əski milli-dini mühafizəkarlığı dirçəldib Xristian sxolastikasını yenmək yoluyla formalaşdığı halda, İslam-Türk dünyasında bu proses içdən deyil, kənar təsirlər nəticəsində baş verdiyi üçün yarımçıq olmuşdur. Hər halda Ağaoğlunun ümid etdiyinin əksinə olaraq, Qərb mədəniyyətini yarımçıq deyil bütöv şəkildə mənimsəyən müsəlman xalqları da, İslam dünyası probleminin həlli yolunda ciddi uğurlar əldə edə bilməmişdir. Üstəlik, İslam dünyasına aid xalqlardan bir çoxu Qərb mədəniyyətinin “yaxşı” cəhətlərini götürüb “pis”dən (radikal milliyyətçilik, radikal dünyaçılıq) uzaq durmağı hədəfləsə də, bu gün görünən odur ki, umduqları “yaxşı”dan daha çox “pis”ə üz tutublar. Bu anlamda Qərb mədəniyyətinin doğurduğu “yaxşı” və “pis” cəhətlərin onlara verdiyi uğurlar ya da uğursuzluqlarını, eynilə İslam dünyasıyla müqayisə etmək də mənasızdır. Ona görə ki, burada ən azı dini, milli, əxlaqi, fəlsəfi, siyasi, çoğrafi fərqliliklər vardır. Bu cür fərqliliklər “yaxşı” və “pis”i də nisbiləşdirir, o zaman da milliyyətçilik, madiyyatçılıq, namusluq, xoşbəxtlik, əxlaqlıq, ailəçlilik, dünyəvilik və bu kimi anlayışlar Avropa-Xristian dünyasıyla Şərq-Asiya-İslam dünyasında ayrı-ayrı mənaları ifadə etmiş olur.

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA


Ona görə də, bu gün bizim ifadə etdiyimiz dünyəviliyin, millət kimliyinin (milliyyətçiliyin) əsasən, Qərb düşüncəsindəki dünyəviliklə, milliyyətçiliklə heç bir əlaqəsi yoxdur. Bizim dediyimiz dünyəvi kimlikli, milli kimlikli toplum nə yalnız bir qan birliyinə əsaslanan avropasayağı şovinist, nə də çoxlu qan birliyinə əsaslanan kosmopolit toplum deyil. Türk-İslam dünyasının xalqları genetik və təbii amilləri də nəzərə almaqla ortaq düşüncəni, mədəniyyəti, ədəbiyyatı, vətəni paylaşan uluslardır. Çünki bir millətin həyatında qan və dil birliyi önəmli olduğu qədər, düşüncə birliyi, əxlaq birliyi, inanc birliyi də önəmlidir. Bunlardan biri milli birliyi, digəri isə dünyəvi birliyi hədəfləyir. Necə ki, son əsrlərdə Qərb mədəniyyətində bu xristian milliyyətçiliyi və xristian dünyəviliyi kimi ortaya atılmışdır. Bütün bunlar Avropada daha çox birbirinə zidd deyil, birbirini tamamlayan ideyalar kimi qəbul edilir. Çünki Xristian milliyyətçiliyi və Xristian dünyəviliyi Qərbin mahiyyətinə uyğundur, ancaq Şərq-İslam dünyasının deyil. İslam dünyası isə dünən olduğu kimi, bu gün də İslam milliyyətçiliyi və İslam dünyəviliyi arasında uzlaşmaya vara bilmir. Görünür, Şərq-İslam dünyasının mahiyyətində bununla bağlı keçmişə oxşar, amma yeni şərtlərə uyğun uğurlu yol tapılmamışdır. Ona görə də, İslam dünyası problemlərinin həlli yolunda İslam milliyətçiliyilə (Milliyyətlə İslamlığı uzlaşdırma) İslam dünyəviliyinin (İslamlıqla dünyəviliyi uzlaşdırma) uzlşadırılması məsələsi açıq qalmaqdadır. Bu anlamda bizi hazırda da düşündürən əsas məsələ odur ki, Avropa xalqlarının əski milli-dini dəyərləriylə Xristianlıq arasında izlədiyi yoldan fərqli olaraq niyə İslam-Şərq xalqları əski milli-dini dəyərləriylə İslamlıq, dünyəvliklə İslam sxolastikası arasında çıxış yolu tapa bilmədi ya da bəlkə elə “dil tapmamaq” kimi “şər”in özündə də bizim bilmədiyimiz hansısa bir “xeyir” vardır…
İslam dünyasının, o cümlədən Türk-İslam dünyasının 13-15-ci əsrlərdə müəyyən qədər, 16-19-cu əsrlərdə isə böyük ölçüdə yerində sayması, əksər elm sahələrində (tibb, riyaziyyat, fizika, kimya, texnologiya vəs.) inkişaf edə bilməməsini əsasən iki məsələdə – əski milli-dini dəyərlərlə İslami dəyərlər arasında qopmuş bağların yenidən bərpasında və dünyəviliklə (dünyəvi elmlərlə) İslam sxolastikası arasında yaranmış problemin həlli məsələsində, – gördüyümüzü təkrarlamaqda fayda vardır. Bu baxımdan hesab edirik ki, bu gün bizim üçün önəmli olan son əsrlərdə Avropanın qazandığı uğurları təkrarlayıb nədən İslam dünyasının da bundan faydalana bilmədiyini ortaya qoymaq deyildir. Ona görə də, artıq son əsrlərdə Avropanın qazandığı uğurların fonunda İslam dünyasının da nədən ondan faydalana bilməməsini dəfələrələ təkrarlamağı bir kənara qoyub, İslam dünyası ya da Türk-İslam dünyasının (çünki son 9-10 əsrdə İslam dünyasının tək lideri müsəlman türkləri olmuşdur) problemlərinin həlli baxımından sözügedən iki məsələ üzərində daha geniş dayanmalıyıq.

Hər halda İslam dünyasının probleminin mənşəyinin əsasən milliyyət və din, dünyəvilik və dinlə bağlı olması inkar olunmaz bir həqiqətdir. Əgər vaxtilə eyni problemlərlə üzləşmiş Avropa-Xristian dünyası bundan çıxış yolu (fərq etməz yaxşı-pis) taparaq yeni mədəniyyətə daxil olublarsa, o zaman çox dərin-dərin düşünməliyik ki, İslam dünyası eyni problemləri yaşamasına baxmayaraq nədən milliyyət və din, dünyəvilik və din məsələlərində nə tam olaraq Qərbin yolunu, nə də öz yolunu tuta bilmiş deyildir!!! İslam dünyasına aid xalqlar arasında da bu məsələlərlə bağlı ortaq ideoloji yol olmadığı üçün, ortada birbirinə zidd olan islamçı yarıislamçı, qərbçi yarıqərbçi, millətçi yarımillətçi və bu kimi dövlətlər vardır.

Bizi burada düşündürən birinci məsələ İslamlıqla (dinlə) Milliyyət arasındakı münasibətlərdir. Bizcə, İslamlıqla Milliyyət arasındakı münasibətlər üç mərhələdən keçmişdir: 1) İslamlıqla Milliyyətin tanışlıq dövrü (Milliyyətçi İslamlıq); 2) İslamlığın Milliyyət(lər) üzərində hakim kəsilməsi (İslam sxolastikası); 3) İslamlıqla Milliyyətçilik arasında bərabərliyin saxlanılması (İslamçı milliyyətçilik-İslam milliyyətçiliyi).

İslamlıqla Milliyyət arasındakı münasibətlərin mərhələlərini izləmək üçün İslam dininə tapınmış üç böyük millətin – Ərəb, Türk və Farsların təcrübələrinə qısaca nəzər salmaqda böyük fayda vardır.
isfhan1
Bizcə, birinci mərhələdə könüllü ya da zorla İslam dinini qəbul edən bütün millətlər Ərəb milləti də daxil omaqla, onun mahiyyətini anlamağa çalışaraq yeni dinin milli varlıqlarına və milli gələcəklərinə nə verə biləcəkləri üzərində uzun-uzun düşünmüşlər. Məsələn, ərəblərin çoxu İslam diniylə tanışlığın ilk dövrlərində yeni dinin onlara daha çox zərər verə biləcəyini düşünsələr də, ancaq çox keçmədən fikirlərini dəyişmişlər. Şübhəsiz, əksər bütpərəst ərəblərin tək olan Allahın varlığına birdən birə iman gətirmələrinə səbəb yalnız ürəklərində yaranan Allah inamı deyil, yeni dinin Ərəb millətinə verə biləcəyi üstünlükləri idrak etmələri də mühüm rol oynamışdır. Hər halda tək Allah ideyasını Ərəb milləti dünyada birinci dəfə kəşf etmədiyi üçün, ərəblərin yeni dinə gəlişi də yalnız Allahın “kəşf”iylə bağlı olmamışdır. Ən azı yaxın qohum olduqları (Sami) yəhudilərin təktanrıçılığı ərəblərə sirr deyildi.

Deməli, ərəblərin əksəriyyətinin yeni dini birdən birə deyil müəyyən zamandan sonra qəbul etmələri, çox keçmədən İslamın Ərəb milləti üçün əsasən uğur gətirəcək bir din olmalarını anlamaları idi. Bunu, ilk növbədə əvvəllər İslam dinini inkar edən, ancaq çox keçmədən bu dinin ən tanınmış simaları olan Əbu Bəkr, Ömər, Həmzə və başqaları da yaxşı anlamışlar. Beləliklə, İslam dini çox keçmədən bütpərəst Ərəb tayfalarını nəinki bir araya gətirmiş, eyni zamanda özlərini tək Allahlı dininin yayıcısı kimi başqa millətlərin qarşısında üstün, güclü görməyin əsas ideyasına çevrilmişdir. Məhz bunu nəzərə alaraq deyə bilərik ki, Ərəblərin İslamla ilk tanışlığı Milliyyətçi İslamlıqdır. Hər halda məhz İslam dini ideyasıyla Ərəb dövlətçiliyinin hətta, Ərəb Xilafəti imperiyasının əsası qoyulmuşdur ki, bu da istər-istəməz dünya çapında İslam diniylə paralel Ərəb kimliyinin, Ərəb mədəniyyətinin, Ərəb fəlsəfəsinin də ortaya çıxmasına səbəb olmuşdur. Ancaq Ərəblərin İslamla qazanmağa başladıqları uğurları 11-13-cü əsrlərdən sonra bir tərəfdən milli kimliklərindən uzaqlaşmaları, digər tərəfdən İslam sxolastikasının ortaya çıxmasıyla tənəzzülə uğramışdır.

Hesab edirik ki, Ərəb xalqları arasında İslam sxolastikasının yayılmasıyla əvvəlcə onlara aid Abbasilər Xilafətinin zəifləməsi (11-12-ci əsrlər), daha sonra isə məhvi (1256-cı il) prosesi baş vermişdir. Beləliklə, Ərəb xalqları İslam sxolastikası dövründə öz hakimiyyətlərini tamamilə itirərək ən azı 6-7 əsr türklərin yaratdığı müxtəlif dövlətlərin, daha çox da Osmanlının tərkibində yaşamalı olmuşlar. Ərəb xalqları arasında yeni oyanış yalnız 18-ci əsrin ortalarında zahirən ilkin İslama qayıdış, ancaq mahiyyətcə milli hislərə dönüş altında baş qaldırmış (bəzilərin görə bu məsələdə ingilislərin mühüm rolu olmuşdur), sonra yüksələn xətlə davam etmişdir.

Özəlliklə, 18-ci əsrin ortalarında də Ərəbistan yarımadasında yarannmış Vəhhabilik ilkin İslam dininə dönüşdən çox buradakı ərəblərin milli ruhlarının oyandırılmasına, bununla da milli dövlətlərinin yaranmasına xidmət etmişdir. Sadəcə, Səudiyyə Ərəbləri başda Məhəmməd ibn Əbdülvəhhab olmaqla yeni “milli din”lərini çox böyük ustalıqla İslam diniylə uzlaşdırmışlar. Beləliklə, Səudiyyə Ərəbistanında İslam sxolastikasının yerini Vəhhabilik tutmuşdur ki, Vəhhabilik dünyəvi İslamlıqdan daha çox Ərəblərin milli dini hisslərinin tərcümanıdır. Hər halda Ərəblər İslamlıqla Milliyyət münasibətlərinin üçüncü mərhələsində Səudiyyə Ərəbistanının timsalında, “İslam milliyyətçiliyi”ni Vəhhabilik adı altında bərpa etmişdir. Bununla da, bir növ Vəhhabilik Ərəblərin xeyli bir qismi üçün yeni bir xilas yolu olmuşdur ki, onlar təxminən üç əsrə yaxındır bu yolu yürüməkdə davam edirlər. Bu da onun göstəricisidir ki, ərəblərin əksəriyyəti mahiyyət etibarilə milli adət-ənənələri içində yaşadan Vəhhabi inanclı müsəlmandırlar.

Bizcə, Ərəblərdən sonra İslamlıqla bağlı olan ikinci böyük ulus Türklərdir. Əslində Türklər İslam dinini yaymaq və onu müdafiə etmək funksiyasını Ərəb Xilafəti dövründən başlamışdır. Xüsusilə, Abbasilərin dövründə Ərəb Xilafəti ordusunun aparıcı hissəsi müsəlman türklər idilər. Qəznəvilər və Səlcuqlar (11-13-cü əsrlər) dönəmindən başlayaraq isə İslam dininin əsas dayaq mərkəzi birmənalı şəkildə Türk dövlətləri olmuşlar: Qaraxanlılar, Samanilər, Qəznəvilər, Səlcuqlar, Osmanlılar, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Şeybanilər, Kırım, Qızıl Orda, Səfəvilər, Əfşarlar, Qacarlar və b. Şübhəsiz, türklərin böyük əksəriyyətinin İslam dinini qəbul etmələrində tək Tanrıçılıq amili həlledici rol oynamışdır. Ola bilsin ki, türklərin əksəriyyətinin İslam dinini qəbul etməsinə ən ciddi səbəblərdən biri artıq VII – VIII əsrlərdə onlara aid olan Göy Tanrıçılığı – Tanrıçılıq dinini xüsusi bir sistem şəklinə sala bilməmələri olmuşdur. Belə bir məqamda Tanrıçılıqdan çox da fərqlənməyən İslam dninin ortaya çıxışı Türklər üçün bir xilas yolu olmuşdu. Bir sözlə, Türk xalqları ona görə müsəlman oldular ki, bu cür müsəlmanlıq nəinki onları keçmiş inanclarından ayırmır hətta, yeni din Tanrıçılıq ideyasını bu və ya digər formada yaşadılmasına imkan verirdi. Hesab edirik ki, Türk xalqları təxminən 8-ci əsrdən 15-ci əsrin sonlarınadək milliyyətçi İslamlıq düşüncəsiylə yaşamış (N.Gəncəvi, Xaqani, Əlişir Nəvai, F.Nəimi, N.Tusi, İ.Nəsimi və b.), bir sözlə əsasən İslam sxolastikasından uzaq durmuşlar.

İslam sxolastikasına daxil olana qədər türklərin yaşamı gerçəkçi, dünyəvi bir həyat tərzində olmuşdur. Ancaq bu dünyəvilik, gerçəkçilik-həqiqətçilik indi avropalılara, qərblilərə məxsus olan dünyəvilik, liberalizm, multikulturalizm demək deyildi. Belə ki, türklərin dünyəviliyi, həqiqətçiliyi ikiüzlülük və riyakarlıq, yalançılıq və madiyyatçılıq üzərində qurulmamışdır. Necə ki, Qurani-Kərimin ruhuunda da məhz mənəviyyata, insanlığa əsaslanan dünyəvilik və həqiqətçilik vardır. Bu cür ideyaların daşıyıcısı olduğuna görə də, müsəlman türklər böyük qələbələr qazanmış, az qala Alyaskadan Avropanın mərkəzinə qədər hakimiyyət sürmüşlər. Çünki Türk dövlətləri bunu taleyin qədəri ilə deyil də, gerçəkçi fəlsəfələri ilə əldə etmişlər.
Misak-milli
Bu anlamda Türk xalqları sxolastikadan uzaq qaldıqca dünyəvilik, həqiqətçilik ideyalarıyla həyatın axarını dəyişmək iqtidarında olublar. Deməli, öz taleyi-hökmünü qədərçiliklə yaxud xəyalçılıqla bağlamaq türklərə xas olmamışdır. Türk insanı görsə ki, hardasa bir ədalətsizlik var, haqsızlıq var, əxlaqsızlıq var, halalla haram bir-birinə qarışıb bütün bunların qarşısında dim-dik duracaq, daha gözləməyəcək ki, kimsə onun əvəzinə gəlib bu məsələni həll etsin. Gürşadın, Atillanın, Alp Ər Tunqanın, Alp Arslanın, Məlikşahın, Əmir Teymurun, Atatürkün, Rəsulzadənin və başqalarının nümunəsində biz bunları dəfələrlə görmüşük. Çünki Türk evinin içində də, evinin çölündə də eyni əxlaqa, eyni iradəyə, eyni kişiliyə sahibdir. Bu baxımdan Türklər üçün İslamdan öncə də, İslam dönəmində də uzun müddət (İslam sxolastikasınadək) din deyilən nəsnə insanlığın müdafiəçisi anlamında dünyəvi və həqiqətçi fəlsəfə olmuşdur. Yəni Tanrı o millətə yar və yardımçı olur ki, həmin millət hər hansı bir xəyalçılıq, qədərçilik düşüncəsində deyil, tam əksinə hər an insanlıq naminə həqiqətçi, gerçəkçi bir yol tutur. Əgər dünya Tanrının istədiyi düzəndən kənara çıxırsa o zaman Türk ulusu İnsanlıq adına savaşa başlayır ki, bu zaman savaşdan məğlub çıxa biləcəyi heç ağlının ucundan belə keçmir. Çünki Türk fəlsəfəsində zatən, məğlubiyyət deyilən bir şey taleyin qədərinə boyun əymək ya da xəyallarla yaşamaqdır, bunun tam əksi olan qalibiyyət demək isə ədalətsizliyə, haqsızlığa, əxlaqsızlığa, dəyərsizliyə, mənəviyyat­sızlığa qarşı daima mücadilə etməkdir!!!
Türk dünyagörüşünə, Türk fəlsəfəsinə aid olan milli-dini dəyərlərin əsasən İslam dini, onun müqəddəs kitabı Qurani-Kərimlə səsləşməsi Türk xalqlarının bu dini qəbul etmələrində mühüm rol oynamışdır. İslam dinini bu ruhla, bu inancla qəbul edən Türk xalqları o zaman düşünmürdülər ki, gələcəkdə mücadiləçi, döyüşkən, ədalətçi bir sözlə, insançı Türk kimliyini unudub osmanlı (sünni), qızılbaş (şiə) kimliyində, eyni zamanda Tanrıçılıqla səsləşən dünyəvi İslamlıq inancından uzaqlaşıb sxolastik müsəlman (xilafətçi sünnillər, əhli-beytçi şiələr) kimliyində görəcəklər. Türkün milli kimlikcə osmanlılaşması ya da səfəviləşməsi, dünyagörüşcə sünniləşməsi ya da şiələşməsi artıq milliyyətçi İslamlıqdan uzaqlaşıb İslam sxolastikası (xilafətçi sünnillər, əhli-beytçi şiələr) dönəminə qədəm qoymasıyla bağlı olmuşdur. Bu da təxminən 16-cı əsrin əvvəllərindən başlayaraq 18-ci əsrin ortalarına qədər yüksələn xətlə davam etmişdir. Özəlliklə, İslam sxolastikasının geniş yayılmasında Osmanlıların İslam xəlifəliyinə, Səfəvilərin (daha sonra Qacarların) isə Əhli-Beytə ya da Şiəliyə sahiblənmələri olmuşdur.

Beləliklə, XVI əsrdən başlayaraq Osmanlıların İslam xəlifəliyini, Səfəvilərin isə şiəliyi üstlənməsiylə Türklüklə İslamlığın bütövlük, dünyəvilik və insanlıq fəlsəfəsi zədələnmişdir. Hər halda həmin dövrdən dini məzhəbçiliyə-İslam sxolastikasına qapılan türklərin bir hissəsi Xəlifəlik iddiasıyla ərəblərin ya da Rum hökmdarlığı ehtirasıyla bizansların, digərləri Əhli-Beyt iddiasıyla ərəblərin ya da İran şahlığı iddiasıyla farsların adət-ənənələrinə yiyələnməklə yalnız Türklükdən deyil, milli kimliklə dini kimliyin bütövlüyünü, dini yaşamla dünyəvi yaşamın birliyini inkar etməyən əsil İslamlıqdan da uzaqlaşmağa başladılar. Deməli, Osmanlı və Səfəvilər dönəmində, xüsusilə həmin dövlətlərin quruluşundan sonrakı dövrlərdə millilik, dünyəvilik və insanlıq fəlsəfəsi arxa plana keçmiş, onların yerinə artıq Ərəb-İslam xilafətçiliyilə Səfəvi-Əhli-Beyt şiəçiliyi anlamında İslam sxolastikası ön plana çıxmışdır. Bununla da, Türk-Turan soylu xalqların yaşam tərzi dünyəvi İslamlıq və dünyəvi Türkçülük ideyalarından uzaqlaşaraq dini sxolastik çalarlar almağa başlamışdır ki, bunun da nəticəsində son 3-4 əsri müsəlman türklər İslam sxolastikası içində yaşamağa məcbur olmuşlar.

Hər halda Avropanın Xristian xalqlarından fərqli olaraq Şərqin müsəlman xalqları, o cümlədən müsəlman türklər 13-cü əsrdən başlayıb 16-cı əsrdə xeyli dərəcədə möhkəmlənən İslam sxolastikasına qarşı Avropa modernləşməyi ya da yeni Qərb mədəniyyəti ortaya çıxana qədər heç bir ciddi müqavimət göstərə bilmədilər. Başqa sözlə, müəyyən istisnaları nəzərə almasaq 19-cu əsrə qədər İslam dünyasında dəyişilməz şəriət qanunları ya da İslam sxolastikası hökm sürmüş, müsəlman dövlətlər hər hansı yeniliyi, modernləşməyi qəti şəkildə qəbul etməmişdir. Bu isə o deməkdir ki, İslam dünyası ən azı son 3-4 əsrdə İslam sxolastikasının təzyiqi altında əsasən, yeni ideyalar ortaya qoya bilməmişdir. Son dönəmlərdə İslam dünyasında irəli sürülən istənilən yeni ideya “yaxşı-pis” olmasından asılı olmayaraq, radikal mühafizəkarlıqla qarşılanmış və qəbul görməmişdir. Üstəlik, İslam dünyasına aid dövlətlər, özəlliklə Osmanlı, Səfəvilər tənəzzül dövrü yaxınlaşana qədər (17-18-ci əsrlər) Avropada baş verən milli, dini və dünyəvi dəyişiklikləri kənardan izləmiş, az qala burada baş verən yenilikləri yolxucu xəstəliklər kimi görərək, onların sərhədləri içinə girməməsi üçün əllərindən gələni etmişlər. Müsəlman dövlətləri yalnız qonşu dövlətlərlə müharibələr zamanı məcburən Avropanın texnologiyasından istifadə etsələr də, bütün bunlara baxmayaraq İslam sxolastikası düşüncəsiylə dünyəvi elmlərin inkişafına sipər çəkərək yeni ideyaların və onun nəticəsi olan texnologiyaların yaranmasna əngəl olmuşlar.

Bizcə, son əsrlərdə İslam sxolastikasını tənqid edə biləcək yeni bir nəslin yetişməməsi də, İslam dünyasının, o cümlədən Osmanlı və Qacarların tənəzzülünü sürətləndirən əsas amillərdən biri olmuşdur. Hər halda aydın deyilən kəsim köhnə mədəniyyət qapısını bağlayaraq yeni bir mədəniyyətə qapı aça bilmirsə, o zaman zərbənin ağırlığı daha dəhşətli olur. Hər halda, son dönəmlərdə İslam dünyasının aydınlarının böyük qismi də açıq-aşkar istənilən yeniliyin ya da islahatın əleyhinə olub dəyişilməz şəriət qanunlarını, başqa sözlə İslam sxolastikasını müdafiə etmişlər. Belə olduğu təqdirdə, son əsrlərdə Osmanlıda, Qacarlarda və başqa İslam ölkələrində İslam sxolastikasını tənqid edəcək yeni bir aydın nəsildən söz açmaq çətindir. Bunun nədən belə olması haqqında onlarla, bəlkə də yüzlərlə fikirlər vardır. Ancaq bir məsələ gerçəkdir ki, 16-18-ci əsrlərdə İslam sxolastikasının üstünlüyü özünün pik nöqtəsinə çatmış, əksər müsəlman aydınları da Qurani-Kərimin ya da hədislərin loyal şərhlərinə geniş yer ayraraq yeni ideyalar ortaya qoya bilməmişlər.

Beləliklə, 18-ci əsrin sonu, 19-cu əsrin başlarına qədər əsasən İslam sxolastikasına yenik düşüb daxili mücadiləylə, yəni sırf öz potensialıyla ortaya çıxa bilməyən müsəlman türk aydınlardan böyük bir qismi çarəni vaxtilə Xristian sxolastikasını yenərək yeni bir mədəniyyətə daxil olan Avropa-Qərb mədəniyyətində axtarmağa başlamışlar. Bununla da İslam dünyasında modernləşmə prosesi içdən – Şərq-Asiyasayağı (müsəlman Şərqindən ya da müsəlman Asiyasından) modernləşmədən deyil, kənardan – Avropa-Qərbsayağı modernləşmədən başlamışdı. Ona görə də İslam dünyasında indiyə qədər “yaxşı-pis” fərq etməz nə varsa, ortada olan modernləşmə də əsasən Qərb modernləşməyinin təzahürləridir. Bu anlamda içdən bir modernləşmə başlada bilməyən, üstəlik kənar mədəniyyətlə “yeniləşmək” məcburiyyətində qalan İslam dünyasında yeni bir mədəniyyət, yeni bir sivilizasiya ortaya qoymaq mümkün olmadı.

Bununla da, İslam dünyası yeni bir mədəniyyətə, yeni bir sivilzasiyaya başlamaq əvəzinə bir tərəfdən mühafizəkar müsəlman dövlətlərinin bütün sahələrdə geriləməsi, digər tərəfdən isə yenilikçi Avropa dövlətlərinin bütün sahələrdə irəliləməsinin nəticəsi olaraq zor-xoş Avropadan Osmanlıya, Qacarlara və digər İslam ölkələrinə daxil olmağa başlayan Qərbləşmək ideyasıyla üz-üzə qaldı. Artıq İslam sxolastikasıyla müsəlman dövlətlərini nəinki inkişaf etdirməyi hətta, onu qorumağın mümkünsüzlüyü açıq-aşkar ortaya çıxmışdır ki, bu da bəzi müsəlman aydınlarını ya da dövlət adamlarını Qərbdən gələn ideyalara üz tutmağa cürətləndirmişdi. Ancaq əvvəlki dönəmlərdən fərqli olaraq, bu dövrün müsəlman aydınlarının cürətlənməsində içdən gələn milli-dünyəvi üsyankarlıqdan çox Avropanın üsyankar ziyalılarının təsiri daha çox oldu. Bir vaxtlar məmurların ya da din başçılarının haqsızlıqlarına, ədalətsizliklərinə etiraz edəcək Mənsurlar, Gəncəvilər, Xarəzimlər, Birunilər, Farabilər, Sinalar, Bağdadilər, Bistamilər, Miyanəcilər, Sührəvərdilər, Tusilər, Xaldunlar, Şəms Təbrizilər, Mövlanələr, Ərəbilər, Nəsimilər, Nəimilər və başqaları var idi. Onları cürətləndirən öz içlərinin səsləri idi ki, bütün inanılmaz zorluqlara baxmayaraq İslamın dünyəviliyi uğrunda mücadilədən geri çəkilmədilər. Ancaq artıq 16-18-ci əsrlərin İslam dünyasında bizlər onların əvəzində əsasən, birə yüz artmış yalançı ruhanilərdən, məddahçı ziyalılardan, qəzəlbaz şairlərdən başqa heç kəsi görmürük. Halbuki, həmin əsrlərdə hətta bir qədər də ondan öncədən başlayaraq Avropa üsyankar Danteləri, Montenleri, Brunoları, Kopernikləri, Qalileyleri, Lüterləri, Kalvinləri, Volterləri, Hobbsları, Lokkları, Russoları və başqalarıyla Xristian sxolastikasını yenərək yeni bir mədəniyyət işığı yandırdılar. Bizlər də “qonşu”nun yandırdığı işıqla qaranlıqdan çıxmağa çalışdığımız, bu anlamda özümüz özümüzdən qaynaqlanan bir işıq yandırmağa ciddi cəhd göstərmədiyimiz üçün İslam dünyasını yeni bir bəlanın içində bulmuş gördük.

Hesab edirik ki, 19-cu əsrin müsəlman aydınları, özəlliklə yeniləşmə tərəfdarları da əcdadlarının İslamaqədərki, İslamın başlanğıc dövründəki millilik, dünyəvilik və insanlıq ideyalarından əsasən, xəbərsiz olduqları üçün daha çox kənardan gələn Avropa modernləşməyinin təsiri altına düşdülər. İslam dünyasının kənardan, başqa sözlə Avropadan gələn ideyalarla modernləşmənin əleyhinə olanlar isə əsasən “İslam mədəniyyəti”ndən (Osmanlıda İslam-Osmanlı mədəniyyəti – xilafətçilik, Qacarlarda İslam-Səfəvi mədəniyyəti – şiəlik-qızılbaşlıq) möhkəm yapışdılar. Ancaq “İslam mədəniyyəti”ndən çıxış edənlərin özləri də bəzi hallarda Qərb mədəniyyətinin təsiri altına düşdülər. Belə ki, sırf Qərb mədəniyyətinə əks olsun düşüncəsiylə, hər nə yolla olursa olsun İslam mədəniyyətini, əslində İslam sxolastikasını müdafiə etdilər. Bu isə, Avropa ideoloqlarının maraqlarına cavab verən bir durum idi. Bir sözlə, İslam mədəniyyətini yeniləşdirmək istəyənlərlə, İslam mədəniyyətini hər cür yenilikdən qoruyanların bunu, Qərb mədəniyyətini gözləri önündə canladırmaqla etmələri başdan yanlış idi. Çünki hər bir yeni mədəniyyət yalnız öz kökünə bağlı olaraq yarana bilər.

İslam sxolastikasını aradan qaldırmaq üçün ən münasib yol Qərb mədəniyyətini rəqib, ya da dost kimi görmək əvəzinə milli mədəniyyəti (milliliyi) və dünyəvi elmləri (dünyəviliyi) ortaya qoymaq lazım idi. Çünki Avropa xalqlarının Xristian sxolastikasını yenərək yeni bir mədəniyyətə daxil olmalarının mənşəyində dayananlarla (Yunan-Roma, Xristian vəb. mədəniyyətlər) müsəlman xalqlarının təməl prinsipləri arasında dünyagörüşcə ciddi fərqlər vardı. Bu fərqlərin mahiyyətinə varmadan Qərb mədəniyyətinin vasitəsiylə İslam sxolastikasını yenmək nə qədər yanlış idisə, onu özünə rəqib kimi görərək kor-koranə İslam mədəniyyəti mühafizəkarlığından yapışmaq ondan da xətalıydı. Çünki birinci düşüncədən çıxış edən müsəlman modernistlər İslam sxolastikasını yenməklə əsasən Qərbsayağı yeniləşməyə nədən olduqları kimi, ikincilər-müsəlman mühafizəkarlar da qərbləşməmək devizi altında istənilən dünyəviliyi və milliliyi yaxına buraxmamaqla İslam sxolastikasını bu günə qədər yaşada bildilər. Doğrudur, sonuncular üçün bu İslam sxolastikası deyil, dəyişilməz şəriət qanunları ya da İslam mədəniyyəti idi. Ancaq nə ifrat qərbsayağı modernləşmək, nə də İslam sxolastikasına bağlı mühafizəkarlıq çıxış yolu olmadığı üçün, üçüncü bir yol ortaya çıxdı. Üçüncü yolu tutanları şərti olaraq müsəlman eklektikləri adlandıra bilərik!

Doç., Dr. Faiq QƏZƏNFƏROĞLU

Yorumlar