Modernleşme ve Milliyetçilik Olgusu!

VAŞİNQTON İRANDA REJİMİ YIXMAQ İSTƏYİR

FİLİSTİN: DÜNYA’NIN KÖR SAĞIR OLDUĞU COĞRAFYA VE KUDÜS’ÜN HUKUKİ STATÜSÜ

MAKEDONYA’NIN İSİM DEĞİŞİKLİĞİNDEKİ ATINA VE ÜSKÜP’ÜN ISRARI, ÇIKARLARI VE STRATEJİLERİ

axund və imamlar başqa ölkələrin işinə qarışmasınlar

Azerbaycan 24 Mayıs 2017
287

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, digər din xadimlərinə çıxış və xütbələrində başqa ölkələrdə baş verən hadisələrə toxunmamaqla bağlı xəbərdarlıq edib. O qeyd edib ki, bundan sonra din xadimləri bu məsələdə qəti diqqətli olmalıdırlar: “Tapşırmışam ki, ancaq Azərbaycanda baş verənlərlə bağlı danışsınlar, fikirlərini bildirsinlər, başqa ölkələrin işinə qarışmasınlar. Ümumiyyətlə, dindarlar özbaşına bəyanat verməsinlər”.
Həqiqətən özüm də şahidiyəm ki, bəzən, din xadimləri Cümə xütbələrində Qərb dövlətlərinin və ya İsrailin siyasətini tənqid edən fikirlər söyləyirlər, terrorizmin yayılmasında bu dövlətləri tənqid edirlər. Bu isə rəsmi Bakının balanslaşdırılmış xarici siyasətinə ziddir. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır, xarici siyasətini təftiş etmir. Ona görə də Allahşükür Paşazadənin xəbərdarlığı doğrudur. Digər tərəfdən Azərbaycan dünyəvi dövlətdir, din siyasətdən ayrıdır. Bu mənada da din xadimləri siyasi açıqlamalar verməməlidirlər.
Elhan Sahinoglu

Yorumlar