KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Qarabağ ermənilərinə veriləcək hüquq

Turan Rzayev: Qarabağ ermənilərinə veriləcək hüquq

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
130 0

Qarabağ ermənilərinə veriləcək hüquqların siyahısı: Prezident mühüm məqamlara toxundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibə verib. Müsahibə zamanı prezidentin Qarabağ erməniləri ilə bağlı dedikləri diqqət çəkir:

“Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar.
Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”, – İlham Əliyev qeyd edib.

Prezidentin qeyd etdiyi təhlükəsizlik təminatları, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqları bu gün Qarabağ ermənilərini ən çox narahat edən məsələlərdir. Rəsmi Bakı ermənilərin bu narahatlığını yaxşı bilir.

Ermənilər qeyd olunan məsələləri mədəni muxtariyyət və ya xüsusi bir status çərçivəsində onlara verilməsini istəsə də rəsmi Bakı bununla razılaşmır. Məsələ ondadır ki, ermənilərin xüsusi status kimi tələb etdiyi hüquqlar Azərbaycan konstitusiyası ilə ölkədə yaşayan bütün etnik azlıqlara verilir. Digər etnik azlıqlara verilən hüquqların ermənilərə xüsusi imtiyaz kimi verilməsi həm məntiqsiz addım olar, həm də ölkədə yaşayan digər xalqlara ədalətsizlik.

Yevlax görüşünün detalları

Prezidentin çıxışının diqqətçəkən digər tərəfi də məlum açıqlamaların Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbərinin yayıldığı bir zamanda deməsidir.

Düzdür, xəbər hələlik təsdiqini tapmasa da mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının maraqlarına uyğundur.

Prezidentin qeyd etdiyi təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi məsələləri mümkündür ki, Yevlaxda və ya bu formatda digər şəhərlərin birində baş tutacaq görüşün əsas müzakirə mövzusu olacaq. Yəni Bakı üçün mədəni muxtariyyət və ya xüsusi imtiyaz kimi məsələlər müzakirə mövzusu deyil. Prezidentin dediyi məsələlərdə yalnız və yalnız Azərbaycan konstitusiyasında göstərilən maddələr əsasında Qarabağ ermənilərinə təklif edilir.

Bələdiyyə detalı

Prezident müsahibə zamanı Qarabağ ermənilərinin təmin ediləcəyi hüquqlar arasında bələdiyyə hüquqlarını da vurğulayıb. Bu olduqca mühüm detaldır.

Məsələ ondadır ki, Azərbaycanda bələdiyyələr olsa da səlahiyyət və vəzifələri çox məhduddur. Hətta uzun illərdir bələdiyyələrin səlahiyyətinin artırılmasına dair müxtəlif təkliflər verilir, bu istiqamətdə çağırışlar edilir.

Prezidentin bu istiqamətdə ermənilərin hüquqlarının təmin ediləcəyini bildirməsi özündə iki məna ehtiva edir.

Birincisi, ermənilərin bələdiyyə hüququ mövcud Azərbaycan reallıqları əsasında təmin ediləcək. Yəni gələcəkdə bələdiyyələrin səlahiyyəti artacağı təqdirdə ermənilər də bundan faydalanacaq.

İkincisi, bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi dövlətin gündəmindədir və ermənilərin inteqrasiya prosesi uğurla baş tutarsa, pilot layihə kimi ilk olaraq buna Xankəndi bələdiyyəsi ilə start verilə bilər.

Təbii ki, bu, subyektiv yanaşmamdır və belə olmaya da bilər. Lakin mühüm olan Prezidentin bələdiyyə detalını vurğulamasıdır və bu heç də səbəbsiz deyil.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir