KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Elhan Şahinoğlu: Ukraynaya hücum qərarı verəndə mənimlə məsləhətləşmişdin?

Elhan Şahinoğlu: Ukraynaya hücum qərarı verəndə mənimlə məsləhətləşmişdin?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
321 0

Rusiyanın müxtəlif ölkələrə satdığı əsas iki məhsulu var – neft və qaz. Rusiyanın əsas gəliri bu iki məhsulun satışından əldə edilir. Ancaq ABŞ Rusiyanı bu iki məshulun satışından məhrum etməyə çalışır.

Birincisi, ABŞ neftlə zəngin Venesuella ilə danışıqlara başlayıb. Bu ölkənin paytaxtı Karakasa Amerikadan nümayəndə heyəti gedib. Amerika Rusiyaya sərtləşdirdiyi sanksiyalar fonunda Venesuallaya tətbiq etdiyi sanksiyanı yumşaltmağa hazırlaşır. Bu baş verərsə Venesuealla neft istehsalını indikindən 50 faiz artıra bilər. Amerikanın sanksiyalarına qədər Venesuellada gündəlik 3 milyon barel neft istehsal edirdi. Sanksiyadan sonra bu rəqəm 800 min barelə düşüb. Ona görə də iqtisadi vəziyyətinə ağır olan Veneseulla üçün sanksiyaların ortadan qadlrılması və ya yumşaldılması həyati vacibdir. Bu başda ABŞ olmaqla müxtəlif ölkələrə Rusiya neftindən imtina edib Veneseualladan neft almağa yönəldə bilər. Venesuella Vaşinqtonun sanksiyaları yumşaltmaq istəyi qarşılığında ABŞ-ın iki vətəndaşını həbsxanadan azad edib. Ağ Ev Karakasın bu jestini yüksək qiymətləndirib. Kreml son illərdə Venesuellanın lideri Maduro ilə sıx əlaqələr quraraq bu ölkədə hərbi baza formalaşdırmağı planlaşdırırdı. Ancaq Maduro neftini satıb vətəndaşlarının sosial durumunu normallaşdırmaq istəyir. Ona görə də Karakas Amerikanın sanksiyaları yumşaltmaq qərarını Rusiya bazasına qurban verməyə hazırdır.

İkincisi, Vaşinqton İrana qarşı da sanksiyaların yumşaldılması barədə düşünür. Əlbəttə, Ağ Ev İranla bağlı qərarını qısa müddətdə dəyişməyəcək. Ancaq Vaşinqton Tehrana qarşı sanksiyalarını bir qədər yumşaldarsa, İran dünya bazarına kifayət qədər neft çıxara bilər. İran prezidenti İbrahim Rəisi də mövcud vəziyyəti qiymətləndirərək dünya bazarına indikindən daha çox neft sata biləcəyini açıqlayıb. Veneseulla kimi İranın da Rusiya ilə tərəfdaşlıq münasibətləri var. Ancaq Karakas kimi Tehran da ilk növbədə ölkə iqtisadiyyatını, vətəndaşların sosial durumunu yaxşılaşdırmağı düşünmək məcburiyyətindədir.

Üçüncüsü, Rusiya növbəti zərbəni dostu Çindən alıb. Kreml Qərbin sanksiyaları fonunda Qərb ölkələrinə sata bilmədiyi nefti Çinə satmağı planlaşdırırdı. Ancaq Çin Qərbin sanksiyalarından ehtiyat edir. Ona görə də Pekin “müvəqqəti” adı altında Rusiyadan neft alışını dayandırıb. Pekini anlamaq olar. Rusiya neftinin alışına görə maliyyə vəsatinin bank üzərindən ödənişi problematikdir. Çünki Rusiyanın əsas bankları sanksiya altındadır. O biri tərəfdən Çin neftə olan tələbıtanın əsas hissəsini illərdir ərəb ölkələrindən və İrandan alır.

Bu arada, Çin Rusiya təyyarələri üçün detalların satışını da dayandırıb. Bunun da səbəbi eynidir. Çin Qərb ölkələrinin sanksiyalarından ehtiyat edir. Çinin imtinaları Rusiyanı daha ağır vəziyyətə sürükləyəcək. Ancaq Kremlin Pekinə etiraz etməyə haqqı yoxdur. Pekin ən azı Kremlı bunu deyə bilər: “Ukraynaya hücum edərkən mənimlə məsləhətləşmişdin?”
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir