KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: Ərdoğan Qarabağda türk hərbçilərin sayını artırmaq istəyir, ancaq…

Turan Rzayev: Ərdoğan Qarabağda türk hərbçilərin sayını artırmaq istəyir, ancaq…

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
407 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib.

Prinsip etibarilə Türkiyə prezidenti qanun layihəsini parlamentə təqdim etməyə də bilərdi. Lakin o, bu addımı ilə Türkiyə hərbçilərinin Qarabağda qalmasını istədiyini bir daha göstərmiş oldu.

Məsələ ondadır ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət vermişdi. Öz növbəsində Türkiyə hərbiçiləri də atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini Ağdamda yerləşdirmişdi.

Türkiyə hərbçilərinin sayı Rusiya sülhməramlıları qədər olmasa da nəticə etibarilə Ankaranın Qarabağda hərbi varlığının olması özlüyündə mühüm amildir. Görünür prezident Ərdoğan da bu vəziyyətin dəyişməsini istəmir.

Türkiyə Böyük Millət Məclisi Ərdoğanın qanun layihəsini qəbul edəcəkmi?

Düşünürəm, Ərdoğanın parlamentə təklif etdiyi bu qanun layihəsi böyük səs çoxluğu ilə qəbul ediləcək. Çünki hazırda Türkiyə parlamentində 600 yerin 287-si hakim AKP partiyasına məxsusdur. Yəni qanun layihəsinin qəbul edilməməsi üçün geridə qalan 313 yerə sahib müxalifət nümayəndəsinin birmənalı şəkildə qanun layihəsinin əleyhinə qərar verməsi lazımdır. Bu isə imkansız kimi bir şeydir.

Məsələ ondadır ki, Türkiyə parlamentində hazırda Azərbaycan lehinə irəli sürülən bir qanun layihəsinə yox deyəcək siyasi partiya yoxdur. Çünki parlamentdəki əksər müxalifət partiyası anlayır ki, sabah o iqtidara gəlsə onun da xarici siyasətində Azərbaycan kilit rola malik olacaq. Buna görə də çətin ki, bu qanun layihəsinə hansısa partiya qarşı çıxsın.

Ehtimal ki, biz burada bir və ya iki mandata sahib kiçik müxalifət partiyalarından ya da HDP kimi daxilində erməni millət vəkilləri olan və erməni maraqlarını özü üçün prioritet bilən partiyalar əleyhinə səs verə belər. Bütövlükdə isə həm AKP, həm MHP, həm İYİ, həm də CHP partiyasının qanunun lehinə səs verəcəyini güman etmək olar.

Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi qanun layihəsini Bakının maraqlarına cavab verir!

Prinsip etibarilə Türkiyənin Qarabağda hərbi mövcudluğunun olması Bakı nəzdində hər zaman məqbuldur. Azərbaycan onsuz da uzun illərdir Rusiyaya alternativ və tənzimləyici ünsür olaraq Türkiyənin Qarabağda və ya ən azından ölkə daxilində hərbi qüvvəsinin olmasını istəyib. Təsadüfi deyil ki, 10 noyabr bəyanatı imzalanarkən bu məsələ də öz əksini tapdı və Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradıldı.Bu fakt belə özlüyündə Bakının Kremllə birlikdə Ankaranın da Qarabağ prosesində olmasını arzuladığını göstərir.

Türkiyəyə gəldikdə isə deyə bilərəm ki, Ankaranın xarici siyasətində Azərbaycan və Qarabağ məsələsi hər zaman qırmızı xətt olub. Müəyyən tarixi prosesləri nəzərə almasaq deyə bilərəm ki, Türkiyə hər zaman bu prosesdə siyasi olaraq yer alıb. Bu gün isə Türkiyə ilk dəfə Qarabağda kiçik də olsa hərbi qüvvə saxlamaq şansı əldə edib. Bu Ankaranın uzun illərdir gözlədiyi bir şans idi. Buna görə də çətin ki, bunu əldən versin.

Türkiyənin Qarabağda hərbiçilərinin sayını artırması üçün qanun layihəsi qəbul edilməlidir.
Aydın məsələdir ki, Türkiyə Qarabağda hərbçilərinin sayını artırmaq istəyir. Hazırda bu mümkün olmasa da Türkiyənin gələcəkdə Bakı ilə birlidə bunu gerçəkləşdirməsi üçün mövcud statusunu əldə saxlaması lazımdır. Digər tərəfdən, Türkiyə-Rusiya əməkdaşlığı bu gün inkişaf edir. Düzdür, iki ölkənin Ukrayna, Liviya, Suriya və Qarabağda fərqli maraqları olsa da iqtisadi və siyasi sahədə ortaq maraqlarının olması da danılmaz faktır. Bu maraqlar günü-gündən Rusiya üçün daha həyati əhəmiyyət kəsb edir.

Düşünürəm, Türkiyə Suriya və Liviyada olduğu kimi Qarabağda da yaxın zamanlarda Kremllə bərabər hüquqlara sahib ola bilər. Söhbət Rusiyanın Qarabağdakı sülhməramlıları kimi Türkiyənin də Rusiya-Türkiyə birgə monitorinq mərkəzində hərbçilərinin syaını artımasından gedir. Türkiyə buna nail olsa, Qarabağda Rusiya-Türkiyə balansı təmin edilə bilər.
Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir