KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukrayna yerində sayır, Rusiya isə

Kənan Novruzov: Ukrayna yerində sayır, Rusiya isə

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
16 0

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər. Qeyd olunub ki, bu, ABŞ-nin Ukraynaya ayırdığı 61 milyard dollarlıq yardım paketinin tədarükündən sonra baş verəcək: “Çox güman ki, Qərbin silah və sursatlarının cəbhəyanı Ukrayna bölmələrinə çatması bir neçə həftə vaxt alacaq. Bundan sonra Ukrayna cəbhə xəttindəki durumu sabitləşdirə bilər”.
Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. ABŞ Prezidenti Cozep Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Əvvəl də dediyimiz kimi, rəsmi Vaşinqton ən kritik anda Kiyevə yardımı bərpa etdi. Əgər ABŞ yardımı bir az gecikdirsə idi, bu, Ukraynaya baha başa gələ bilərdi. Beləliklə, müharibə Rusiyanın xeyrinə başa çata bilərdi. Görünür, Qərb hələ ki, savaşın davam etməsində maraqlıdır.
Yardım, yəqin ki, gələcək günlərdə Ukraynaya çatacaq. Rusiya o vaxta qədər ciddi uğurlar əldə etmək üçün çalışa bilər. Ukrayna isə yardım çatana qədər mümkün qədər vaxtı uzatmağa, müqavimət göstərməyə çalışacaq. Bundan sonra isə Kiyevin yeni əks – hücum əməliyyatları barədə düşünməsi mümkündür.
Yay aylarında Ukraynanın işğal altındakı bəzi əraziləri işğaldan azad etməsi, habelə Rusiya ərazisinə ciddi hücum zərbələri endirməsi mümkündür. Əlbəttə, bunu Kremldə də başa düşürlər. Bu baxımdan Moskva Kiyevin ehtimal olunan növbəti əks-hücum əməliyyatına hazırlıq görür.
Bu nöqteyi- nəzərdən amerikalı analitiklərin iddiasını məntiqli və ağlabatan hesab etmək olar. Ukrayna ABŞ-dan aldığı yardımın köməkliyi ilə qarşıdakı vaxtlarda cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər. Amma bunu nə qədər bacaracağı sual altındadır. Belə ki, bir neçə aydan sonra- təxminən payıza doğru Ukraynanın silah – sursat ehtiyatı yenidən tükənəcək. Bu isə o deməkdir ki, rəsmi Kiyevin mümkün uğurları daimi xarakter daşımayacaq, müvəqqəti olacaq.
Bütün bunları nəzərə alsaq deməliyik ki, müharibənin yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, savaş uzandıqca uzanır. Həm Rusiya, həm də Ukrayna sonu görünməyən tuneldədir.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir