KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Shahin Caferli: “Şimal axını-2” boru kəməri dəniz dibindəki metalloloma çevrildi

Shahin Caferli: “Şimal axını-2” boru kəməri dəniz dibindəki metalloloma çevrildi

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
315 0

Almaniyanın layihəni dayandırması ilə kifayətlənməyən ABŞ prezidenti bu gün birbaşa layihənin operatorunu (Nord Stream 2 AG) hədəf alan sanksiya qərarı imzalayıb.

Bu qərarla “Qazprom”un Avropadakı törəmə şirkəti olan “Nord Stream 2 AG” ilə bərabər onun rəhbərliyi, o cümlədən CEO-su Mattias Varniq də hədəf alınıb.

M.Varniq “Ştazi” əməkdaşı olub və ADR dövründən Putinlə dostluğu var. 1990-cı illərdə bankir olan Varniq Putinə maliyyə dəstəyi göstərib. O, “Şimal axını-2″nin rəhbəri vəzifəsinə Merkelin razılığı ilə təyin olunmuşdu.

Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya çəkilən 1234 km uzunluğundakı “Şimal axını-2” boru kəməri tam hazır idi. Tikintiyə 11 milyard dollar pul xərclənmişdi və bu vəsaitin yarısını Rusiya qoymuşdu. Amma boru vasitəsilə qaz vurub, qazan doldurmaq qismət olmadı…

Bu gərginlik Avropanın Rusiyanın enerji buxovundan azad olunması və alternativ mənbələr axtarıb tapılması, eləcə də yaşıl enerjiyə keçid prosesini sürətləndirəcək. Ukrayna krizisinin sonunda dünya əvvəlki kimi olmayacaq.
Shahin Caferli Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir