Gürcüstan və Ermənistan baş nazirləri Sadaxlıda yeni avtomobil körpüsünün rəsmi açılışında iştirak ediblər
19 avqust tarixində Gürcüstan-Ermənistan sərhədi yaxınlığında, Debed çayı üzərində yeni avtomobil körpüsünün rəsmi açılış mərasimi baş tutub. 24News.ge xəbər verir ki, mərasimdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın baş naziri İrakli Qaribaşvili iştirak edib. Açılışda çıxış edən İ. Qaribaşvili hər iki ölkə arasında bir sıra sahələrdə dostluq və əməkdaşlığın mövcud olduğunu bildirib: “Ölkələrimiz arasında dostluq əsrlərlə ölçülür. Bizim münasibətlərimiz təkcə qardaşlıq və dostluq nümunəsi deyil, həm də bütün regionun firavanlığı, sabitliyi, təhlükəsizliyi və inkişafı üçün mühüm şərtdir. Birgə qurduğumuz dostluq körpüsü əməkdaşlığımızın və dostluğumuzun uğurunu təcəssüm etdirir. Uzunluğu 160 metr olan 4 zolaqlı körpü rayonda nadir layihədir. Körpü təkcə Ermənistan və Gürcüstan vətəndaşları və qonaqları üçün faydalı olmayacaq, həm də Şərq-Qərb beynəlxalq magistral yolunun mühüm hissəsi kimi strateji əhəmiyyət kəsb edir”, – deyə baş nazir bildirib. Hökumət başçısı körpünün tikintisinə 7 milyon avrodan çox vəsait ayıran Avropa Yenidənqurma və İnkişaf Bankına minnətdarlığını bildirib. Nikol Paşinyan isə yeni avtomobil körpüsünün əhəmiyyətindən danışıb və layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərə təşəkkür edib. O, Gürcüstanın tranzit ölkə kimi enerji resursları, rabitə, telekommunikasiya ilə etibarlı və təhlükəsiz təchizat baxımından Ermənistan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
24news.ge
Gürcistan Ermenistan arasında yeni yol
231 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.