KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Şahin Caferli: Azerbaycan Cənubi Qafqaz bölgəsinin Rusiya təsir dairəsində qalmasına mı çalışıyor

Şahin Caferli: Azerbaycan Cənubi Qafqaz bölgəsinin Rusiya təsir dairəsində qalmasına mı çalışıyor

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
111 0

Rəsmi təbliğatımızda belə bir tezis qabarıq önə çıxıb ki, Qərb Cənubi Qafqazda ayırıcı xətlər yaradaraq Azərbaycanı təcrid edir.

Doğrudan da belədirmi?

Əlbəttə ki, yox.

Məsələn, Azərbaycan Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq haqqında ikitərəfli Sazişi hələ də imzalamır. Bu barədə 2017-ci ilin əvvəllərində başlanan danışıqlar prosesinin hansı mərhələdə qaldığını və danışıqların davam edib-etmədiyini bilmirik.

Biz ixracatımızın 65%-ni gerçəkləşdirdiyimiz, 25 milyard dollarlıq ticarət həcminə malik olduğumuz ən böyük iqtisadi tərəfdaşımızla ikitərəfli əlaqələri yeni səviyyəyə çıxaracaq bir sənədin imzalanmasına həvəs göstərmiriksə, Ermənistanın da Aİ ilə əlaqələrini inkişaf etdirməsinə qarşı çıxırıqsa, hətta Gürcüstanın avrointeqrasiya siyasətindən narazı olduğumuza son vaxtlar eyham vurmağa başlamışıqsa və ümumən regional geosiyasətdə Moskva ilə sinxron mövqe sərgiləyiriksə, onda Cənubi Qafqazda kim kimi təcrid etməyə çalışır: Avropa İttifaqı bizi, yoxsa biz Avropa İttifaqını? (Ötən günlərdə iqtidar mediasında haradan göndərildiyi hamıya məlum olan yazıda “təəssüf ki, Gürcüstan hakimiyyəti də qərbpərəst siyasət yeridir” cümləsi var idi.)

İndi biz nəyə çalışırıq – Cənubi Qafqaz bölgəsinin Rusiya təsir dairəsində qalmasına? İfadə olunan rəsmi mövqeyə istinadən deyə bilərik ki, bəli. Hə, ola bilər ki, bu, strateji/uzunmüddətli bir seçim deyil, konyuktur səbəblərdən qaynaqlanan müvəqqəti siyasətdir və dəyişəcək qlobal-regional geosiyasi trendə bağlı olaraq Azərbaycan da yaxın gələcəkdə öz rəsmi mövqeyinə və siyasətinə korrektələr edəcək. Amma hələlik belədir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir