KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev :Ermənistan Qərbə inteqrasiyası asanmı olacaq?

Kamal Aliyev :Ermənistan Qərbə inteqrasiyası asanmı olacaq?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
39 0

Brüsseldə Aİ-Ermənistan-ABŞ zirvəsi ətrafında müzakirələr hələ də davam edir.Əvval,müsbət haldır ki,Ermənistan hökuməti Qərbə inteqrasiya kursuna sadiqliyini növbəti dəfə bəyan etdi.Şübhəsiz ki,Paşinyanın Qərbə inteqrasiya kursunda bu qədər israrı həm də erməni cəmiyyətinin siyasi və sosial sifarişidir.Buna rəgmən,Nikol düşündüyümüz qədər sadəlövh və agılsız da deyil.Üstəlik,ABŞ və Aİ-də dərk edir ki,Ermənistanı Rusiyadan ayırmaqda tələsmək və sürətli qərarlar almaq risq ehtimalını da dogurur.Yəni,həm Ermənistan,həm də Qərb onun fərqindədir ki,Ermənistanın Rusiyadan dezinteqrasiyası zamanla və mərhələ-mərhələ həyata keçirilməlidir.Əgər prosesin nəticəsində müsbət təmayüllər müşahidə edilərsə,Ermənistan növbəti mərhələdə Avrasiya İqtisadi İttifaqını-da tərk edə bilər.Bilirik ki,Yerevanın Aİİ-də fəaliyyətinin bu ölkəyə iqtisadi dividentləri var.Hətta Paşinyan bir dəfə demişdi ki,ölkəsi Aİİ-də fəaliyyətini davam etdirmək istəyir.

Qarabagın itirilməsindən sonra erməni cəmiyyətində anti-Rusiya əhvalı hələ də hakimdir.Ermənilər düşünürlər ki,Rusiya Qarabagı onlardan alıb Azərbaycana verib.Bu baxımdan,erməni cəmiyyətinin geniş spektrində Moskvaya nifrət artan xəttlə inkişaf edir.Lakin erməni xalqı yox,siyasi elita anlayır ki,Rusiyadan iqtisadi asılılıgı tezliklə aradan qaldırmaq qeyri-mümkündür.Rusiyada 3 milyon erməni yaşayır(qastarbayterlər daxil)və onlar vətınlərinə il ərzində milyardlarla vəsait göndərirlər.İndi düşünün ki,həmin pulları transfer etmək çətinləşir və Yerevanın Baqramyan prospektində sosial ixtişaşlar başlayır.Bu,kimə sərf edir?Təbii ki,Rusiya və onun Ermənistandakı 5-ci kalonuna.Ona görə də,həm Paşinyan hökuməti,həm də Qərb inteqrasiya kursunu,Rusiyadan uzaqlaşmaq siyasətini yavaş-yavaş və səbrlə reallaşdırmaq istəyirlər.Necə deyərlər,tələsən təndirə düşər.Və makiavelist qərb fəlsəfəsində məqsədə çatmaq üçün nizam-intizama və səbrə riayət edirlər.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir