KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Fuad Gahramanlı: Ermənistan və Qərb görüşünün nəticələri nə oldu?

Fuad Gahramanlı: Ermənistan və Qərb görüşünün nəticələri nə oldu?

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
44 0

İrəvanın Qərbi seçməsi Azərbaycana təhlükədirmi?

Ermənistanla ABŞ və AB arasında gözlənilən sammit dünən Brüsseldə baş tutdu. Bu görüşün əsas əhəmiyyəti Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya siyasətinə bütün istiqamətlər üzrə inistutlaşmış dəstək mexanizminin yaradılması və bu istiqamətdə İrəvanın mümkün maneələrə qarşı müqavimət potensialının yüksəldilməsi barədə strateji qərarların verilməsi oldu. Bununla da Ermənistan Rusiyanın orbitindən çıxaraq siyasi mövqe və dəyərlər baxımından öz strateji seçiminin hansı istiqamətdə olduğunu və gələcəyini Qərblə bağladığını çox aydın şəkildə göstərdi.
Bu məsələ təkcə Ermənistanın Qərbi seçməsi deyil, həm də Avropanın siyasi sərhədlərinin Cənubi Qafqaza doğru genişləndirilməsi, geosiyasi baxımdan Rusiyanın regiondan sıxışdırması istiqamətində əldə edilmiş bir uğurdur.
Təəssüf ki, dəfələrlə ən yüksək səviyyədə bu görüşün Azərbaycana qarşı olmadığının bildirilməsinə, Ermənistanın Rusiyanın təzyiqləri qarşısında müqavimətinin artırılması məqsədi daşıdığının deyilməsinə baxmayaraq, Bakı Moskva ilə birlikdə bu görüşə qarşı çıxaraq geosiyasi baxımdan əks cinahda yer aldı və bununla da Avrointeqrasiya prosesindən imtina etdiyini nümayiş etdirdi.

Bu görüsdə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyenin Ermənistanın Rusiyaya qarşı qoyulan sanksiyalara qoşulduğunu bildirməklə, İrəvanın Moskva ilə bütün körpüləri yandırdıği və Qərbin məlum mövqeyini paylaşdığını nəzərə çatdırmış oldu.
Bu görüşün Azərbaycan üçün ən önəmli tərəf isə Qərbin Qarabağ ermənilərini geri qaytarmaq mövzusunda maraqlı olmadığı və oradan köcən insanların Ermənistana inteqrasiyasını dəstəkləməsi, bu iş üçün hətta pul ayırmağıdır.
Halbuki Azərbaycanın yanında yer aldığı Rusiya Qərbin bu mövqeyindən fərqli olaraq özünü mühacir Qarabağ hökuməti adlandırıran qondarma “Artsax” layihəsini hələ də dəstəkləyir, keçmiş qarabağlıları geri qayıtmaq tələbi ilə İrəvanda mitinq təşkil edir, öz rəsmilərinin dili ilə tez- tez onların geri qaytarılması barədə bəyanatlar səsləndirir.

Görüşün nəticəsi olaraq Ermənistan demokratiyasının təməllərinin gücləndirilməsi, iqtisadiyyatının enerji sektorundan tutmuş, kiçik və orta biznesin dəstəklənməsi, yeni bazarlara çıxış imkanlarının yaradılması, iqtisadiyyata investisiyalar və yeni texnologiyaların cəlb olunması, kommunikasiya layihələrinin, vətəndaş cəmiyyətinin inkişafına yardım göstərilməsinə qədər çox geniş bir sahədə Qərbin dəstək proqramı qəbul edilib. Bu Ermənistan üçün yeni, çox əlverişli inkişaf perspektivlərinin açılması deməkdir. Bununlavda Paşiniyan öz xalqına korrupsiya, ədalətsiz idarəçilik, hüquqsuzluq, kasıblıq və müharəbə yerinə qorunan hüquq və azadlıqlar, demokratiya, yaxşı yaşamaq imkanı və sülh yolunu açmış oldu.
Bu tədbirdə Ermənistanın Gürcüstanla inteqrasiya ideyasının irəli sürülməsi və dəstəklənməsi Cənubi Qafqazda Qərb dəyərləri əsaslanan yeni birlik vasitəsi ilə Rusiya təsirinə qarşı geosiyasi müqavimət xətti yaratmaq məqsədi daşıyır.
Aydın görünür ki, Paşinyanın öz dövləti üçün bu yolu seçməklə, Qərbin imkanlarından yararlanıb kasıb ölkəsi üçün inkişaf perspektivləri təmin etməklə, həm də vizyonu , missiyası olan bir lider kimi özünü dünyaya təqdim edir. Bu baxımdan görüşdə Qərb liderlərinin Paşinyanın “Sülh üçün yol ayrıcı”layihəsini ayrıca vurğulaması və dəstəkləməsi , həm də onun bu vizyonuna verilən beynəlxalq dəstəyin nümayişi idi .

Gözümüzün qarşısında Ermənistan Qərbin dəstəyini alaraq Avropanın bir parçasına çevrilmək istiqamətində bütün müqavimətlərə baxmayaraq irəliləyir. Bu yolun fəlsəfəsi, təməl çıxış nöqtəsi Rusiyanın işinə yarayan müharibədən imtina etmək, korrupsiyasız azad cəmiyyət qurmaq və demokratiya, insan haqlarına hörmət əsasında rifah cəmiyyəti yaratmaqdır.
Bir vaxtlar Rusiyanın vassalı olan Ermənistan Azərbaycan ərazilərini işgal etmişdi, indi isə Qərblə yaxınlaşan Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıyir, keçmiş Qarabağ ermənilərini öz cəmiyyətinə inteqrasiya etməklə onların geri qayıtması məsələsini gündəmədən çıxarır və s. Ancaq Azərbaycan hər şey edir ki, onu yenidən Moskvanın təsirində saxlasın, o Moskvanin ki, Putinin dili ilə Paşinyanı Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı, müharibədən imtina etdiyi üçün lənətləyir, hələ də keçmiş Qarabağ ermənilərini geri qayıtmaq haqqında danışır.
Təkcə bu deyil, biz o Rusiyanın yanında durub Ermənistanın Qərbə inteqrasiyasına mane olmağa çalışıriq ki, ölkəmizə iqtisadi baxımdan heç bir faydası yoxdur, yararlana biləcəyimiz nə texnologiyası, nə investisiyası, nə insan hüquqlarına , xalqın rifahına xidmət edəcək bir dəyər anlayışı var , nə də ki, bizə təqdim edəcəyi bir tərəqqi yolu , inkişaf modeli yoxdur. Və bu yazının sonu olaraq 10 ildən sonra bu gün Avropanı seçən Ermənistan və Rusiya ilə birgə olan Azərbaycan arasındakı fərqi düsünün və bu mənzərədə Ermənistan vətəndaşı ilə Azərbaycanın insanınin durumunu müqayisəli təsəvvür etməyə çalışın.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir