KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Məhəmməd Əsədullazadə: Vaşinqton vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında çərçivə sazişinin imzalanması mümkündür…

Məhəmməd Əsədullazadə: Vaşinqton vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında çərçivə sazişinin imzalanması mümkündür…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
253 0

ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi üçün yeni sənəd hazırlanır. Bu sənəd Azərbaycanın beş təməl prinsiplərini özündə əks etdirməklə çərçivə sazişinin nəzərdə tutur. Çünki, Ermənistan tərəfi sülh müqaviləsinə imza atmağa tələsmir və ölkədə Konustitusiya referendumu planlaşdırır.

Vaşinqtonun normallaşma prosesində aktivliyi məhz Rusiyani regiondan çıxarmaq və Cənubi Qafqazda möhkəmlənməkdir. Paralel olaraq Avropa İttifaqının mülki missiyasinı Ermənistana göndərildi. Bu, missiya prinsipcə Azərbaycan üçün ciddi problem deyil. Bu, Ermənistan Rusiya əlaqələrinin pozulmasına xidmət edir. Burada Fransanın pozuculuq fəaliyyəti mümkündür. Rəsmi Bakını narahat edən əsas məqam budur. Amma, rəsmi Bakı Vaşinqtonla birgə Fransanın pozuculugunun qarşısını almaga qadirdir.

Azərbaycanla Ermənistan arasında Vaşinqtonun vasitəçiliyi ilə çərçivə sazişi bağlanması gözlənilir. Belə bir saziş üçün liderlərin görüşü təşkil edilməsi mümkündür.

Çərçivə sazişinin imzalanmasının nə qədər effektli olacağı da sual doğurur. Çünki, Ermənistan rəhbərliyi Azərbaycanin tələblərini konkret olaraq praktiki həyata keçirməlidir. Əgər, Ermənistan Qərbin ona verdiyi siyasi və təhlükəsizlik dəstəyindən Azərbaycana qarşı siyasi təzyiq kimi istifadə edəcəksə, yeni hərbi toqquşma qaçılmaz olacaq. Bu da N. Paşinyanın siyasi iflasına gətirib çıxara bilər.

Qarabağda baş verənlər isə, burada Azərbaycan özü güc tətbiqini həyata keçirməsindən asilidir. Bu istiqamətdə diplomatıik danışıqlar mümkün deyil. Qarabağdaki ermənilər və burada yaranan problemlərin yolu alternativsiz güc tətbiqindən keçir. Çünki, R. Vardanyan qəti şəkildə “müstəqillik” deyərək durur. Bu da Kremlin birbaşa təlimatına əsaslanır.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasinin sədrinin müavini, politoloq

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir