KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Misir xəbərdarlıq etdi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər

Kənan Novruzov: Misir xəbərdarlıq etdi: Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
14 0

Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib ki, Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.
O bildirib ki, bunun qarşısını almaq lazımdır: “Bütün vasitələrlə buna mane olmağa çalışırıq. Bütün problemlərin dialoq yolu ilə beynəlxalq hüquqa uyğun şəkildə həllini tapmasını istəyirik”.
Məlum olduğu kimi, Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə 2023-cü ilin oktyabrında başlayıb. İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib. İsrail isə aprelin 18-də İrandakı bir sıra obyektlərə hücum təşkil edib.
Yaxın Şərqdə başlanan gərginlik Şərqi Avropadakı müharibəni, demək olar, ikinci plana saldı. Çünki bu gərginlik yeni müharibə ocağının yaranması üçün zəmindir. Əgər Yaxın Şərqdə genişmiqyaslı müharibə başlayarsa, bu, dünyadakı qütbləşməni daha da artıracaq. Müxtəlif dövlətlər Şərqlə Qərb arasında seçim etməli olacaqlar. Bu isə perspektivdə üçüncü dünya müharibəsi deməkdir.
Doğrudur, Yaxın Şərq regionunda son günlər nisbi sakitlikdir. Amma Tehranla Təl- Əviv arasında yenidən toqquşmanın olması gözləniləndir. Hər halda bunda maraqlı olan qüvvələrin olduğunu unutmamalıyıq.
Əgər toqquşma yenidən başlayarsa, yəqin ki, bu dəfə qısamüddətli olmayacaq. Odur ki, belə bir ssenarinin olmasını istəməyənlər ehtimal edilən eskalasiyanın qarşısını almaq üçün maksimum səy göstərməlidirlər.
Nəzərə almaq lazımdır ki, hazırda dünyanın müxtəlif regionlarında baş verən hadisələr nəticəsində dünyanın təhlükəsizlik arxitekturası dəyişilir. Yaxın Şərqdə ehtimal olunan genişmiqyaslı eskalasiya isə bu baxımdan kuliminasiya nöqtəsi ola bilər.
Kənan Novruzov, “Report” İA- nın əməkdaşı, siyasi şəaralarınındıysan

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir