KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Hasan Oktay: İran bölgədəki prosesləri yaxından izləyir

Hasan Oktay: İran bölgədəki prosesləri yaxından izləyir

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
147 0

Türkiyənin Qafqaz Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay da öz fikirlərini bildirib. O, vurğulayıb ki, İran bölgədəki prosesləri yaxından izləyir.

“Xanım Məhsa Əmininin ölümünün ildönümündə böyük hadisələrin baş verə biləcəyini düşünən İran, ABŞ-ın nəzarətində olan İŞİD və PYD kimi terror təşkilatlarının ölkəsinə sıza biləcəyi kəşfiyyat məlumatlarına qarşı tədbir görür.

ABŞ bir tərəfdən İraq sərhədindən İranı panikaya salır, digər tərəfdən isə Ermənistanla birgə təlimlər keçirərək İran siyasətçiləri ilə şahmat oynayır. İran ABŞ-ın bu addımına dərhal İraq sərhədində hərbi güc toplamaqla cavab versə də, Ermənistan məsələsində son dərəcə susur və növbəti addımı gözləyir. Ermənistanın regionda apardığı geosiyasət İran üçün son dərəcə əhəmiyyətlidir. İranda əsas hakim fikir ABŞ-Ermənistan münasibətlərinin qısa müddətdə İranın xeyrinə olacağıdır”.

KAFKASSAM-ın sədri son olaraq qeyd edib ki, Rusiya-Ukrayna böhranında olduğu kimi, ABŞ bir tərəfdən İranın pulunun bir hissəsini sərbəst buraxmaqla, xoş niyyət nümayiş etdirir, digər tərəfdən də İrana qarşı bütün addımları atmaqla daxildən dəyişikliyə məcbur etmək fikrindədir. Ya da o Rusiyanın Ukraynada düşdüyü mövqeyə bənzər əməliyyatla qarşı-qarşıya qalacaq. ABŞ-ın Ermənistanda, İsrailin isə Azərbaycanda fəal olması, İranı çox narahat edir.

Xəyal Ramiz
https://ednews.net/az/news/interview/620014-pkk-nin-boyuk-destekcilerinden-biri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir