KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Kamal Aliyev: Xamanei Əli Şamxanini prezidentliyə hazırlayır?

Kamal Aliyev: Xamanei Əli Şamxanini prezidentliyə hazırlayır?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
179 0

 

Ötən həftənin bazaertəsi İran Ali Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxani istefa verdi.Şamxanı Xamaneiyə yaxın və kifayət qədər dövlət təcrübəsi olan siyasi fiqur idi.O da məlum idi ki,istefa verməmişdən əvvəl Şamxani ali rəhbər Əli Əkbər Xamaneidən ABŞ-la nüvə razılaşmasını imzalamagı xahiş etmişdi.Təbii ki,veterann Şamxani Qərblə nüvə sazişini imzalamaqla,əslində,öz populyarlıgını yüksəltmək niyyətində idir.
Bununls o,mühafizəkar isteblişmentdə nüfuzunu maksimum artırmaga çalışırdı.
Baxmayaraq ki,mühafizəkar düşərgənin agır toplarından olan Ebrahim Rəisi 2021-ci ildə prezident seçilmişdi,ancaq,o,iflas həddində olan İran iqtisadiyyatına hələ də çarə ola bilmir.İndi İran siyasi elitasında qızgın şəkildə müzakirə edilən mövzulardan biri də Rəisinin ikinci dəfə prezident olacagının müşkül oldugudur.Belə olan halda,İran prezidentliyi üçün “optimal”seçim Əli Şamxanidir.Üstəlik,Şamxaninin həm ruhani sinif,həm də SEPAH tərəfindən dəstəkləndiyini də nəzərə almaq mümkündür.Lakin bunun üçün Şamxaniyə ali rəhbər Xamaneinin mütləq dəstəyi lazımdır.
Eyni zamanda,Rəisinin iki illik prezidentliyi dövründə Şamxaninin reputasiyası kifayət qədər yüksəlib.O,faktiki olaraq,ölkənin xarici işlər naziri Əmirhüseyn Abdullahiandan daha aktiv,xarici siyasət m əısələlərində qərar alma mexanizmində “həlledici”fiqur idi.
Yeri gəlmişkən,Çinin moderatorlugu ilə Çinlə barışıq məsələsində Şamxani öndə olan siyasi fiqur idi.
Bundan əlavə,Şamxani ali rəhbər Xamaneiyə yazdıgı məktubda nüvə sazişinin imzalanması üçün ondan icazə istəmişdi.Görünən o idi ki,Şamxani ikili oyun oynayırdı:o,bir tərəfdən nüvə sazişinin imzalanmasına çalışırdı,digər tərəfdən isə bütün məsuliyyəti Xamaneinin üzərinə qoyurdu.Halbuki,Xamanei nüvə razılaşmasının(JSPOA)məsuliyyətini üzərinə götürmək istəmirdi.
Onu da vurgulamaq lazımdır ki,Şamxaninin əleyhinə işləyən məsələlərdən biri də onun övladlarıyla əlaqəli olanlardır.Şamxaninin ogulları gəmi şirkətinə sahibdirlər və ABŞ-ın sanksiyalarından yayınmaqla,neft satışlarıyla məşguldurlar.Mümkündür ki,ailə üzvlərinin biznes fəaliyyəti Şamxaninin prezidentlik iddialarına problemlər yaratsın.Buna rəgmən,Şamxaninin reputasiyasının artması Rəisinin xeyrinə deyil və belə demək mümkünsə,prezidentə “başagrısı”yaradır.Hətta Rəisinin kürəkəninin də Şamxaniyə qarşı oldugunu mühafizəkar istemlişment bilir.
Bundan başqa,Şamxaninin yerinə təyin edilən Ibdülrza Rəhmani Fəzli ötən il İrandakı etiraz aksiyaların vəhşicəsinə yatırılmasında “fəal”iştirak edib.Rəhmani həmin dövrdə daxili işlər naziri idi.Şamxaninin son dövrlər prezident Rəisi ilə arası pisləşmişdi.Belə ki,nüvə danışıqlarına rəhbərlik edən Əli Baqiri Qəni ABŞ ilə aparılan danışqlar haqqında əvvəlcə Şamxaniyə birbaşa məlumat vermişdi.Daha sonra Şamxani Rəhmaninin ona ötürdüyü konfidensial məlumatları nüvə danışıqlarını keçmişdə koordinasiya edən Səid Cəliliyə ötürmüşdü.
Göründüyü kimi,İranda prezidentlik ugrunda mübarizə qızışır.Baxmayaraq ki,Əhvazda dünyaya gələn Şamxani milliyətçə ərəbdir,lakin SEPAH-dəstəyi ilə prezident ola bilər.Şamxani İran-İraq müharibəsində də nüfuzlu komandirlərdən biri olub.Daha sonra o,1981-1989-cu illərdə SEPAH komandirinin müavini olub.Bundan sonra Şamxani 10 il İran Dəniz Qüvvələrinə komandanlıq edib.İslahatçı Məhəmməd Xatəmi 1997-ci ildə prezident seçiləndə,Şamxanini müdafiə naziri(səkkiz il)təyin etmişdi.Şamxani 2001-ci ildə Xatəmiyə qarşı prezident seçkilərində iştirak etmək istədi.Təbii ki,Şamxaninin Xatəmiyə qarşı Xamanei irəli sürmək istəyirdi.Buna rəgmən,Xatəmi ikinci dəfə prezident seçildi.Rəisidən əvvəlki prezident Həsən Ruhani 2013-cü ildə Şamxanini Təhlükəsizlik Şurasının katibi təyin etdi.Buna baxmayaraq,Şamxani Ruhani hökumətinin nüvə sazişini imzalanmasını müxalif mövqe sərgilədi.Hətta Həsən Ruhani Şamxanini nüvə müqaviləsini imzalamaq üçün Avstriyanın paytaxtı göndərmək istəsə də,o,bundan imtina etmişdi.Bu səbəbdən,Ruhani Şamxanini Əkbər Natiq Nuri ilə əvəz etmək istəyirdi.Göründüyü kimi,Şamxani həmişı nüvə müqaviləsinin imzalanmasına qarşı olub.
Hal-hazırda görünən budur ki,Şamxani prezident olmaq istəyir və bunun üçün ona Xamaneinin dəstəyi lazımdır.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir