KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Asif Nerimanlı: Əliyevin ruslara “istədiyimi alacam” mesajı

Asif Nerimanlı: Əliyevin ruslara “istədiyimi alacam” mesajı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
289 0

İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında verdiyi iki mesaj diqqət çəkir:

“İsgəndər – M”: Əliyev “Haradandır bu raketlər Ermənistan ordusunda?” sualını ruslara ünvanlayır və əlavə edir ki, “bizdə kifayət qədər məlumat var, sadəcə olaraq, rəsmi açıqlama gözləyirik”.

1. Azərbaycan “İsgəndər – M” cavabını gözlədiyini ən yüksək səviyyədə bəyan edir;
2. Ruslara “biz faktları açıqlamadan siz açıqlayın” mesajını verir, Moskvaya vəziyyətdən çıxması üçün manevr etmək imkanı yaradır və qarşılığında istəklərini qəbul etdirmək gedişi edir: Bakının “İsgəndər – M” məsələsindən ağılla istifadə etdiyi məlumdur;
3. Prezident “Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq” deməsi Azərbaycanın sona qədər gedəcəyini bəyan etməsi deməkdir: istədiyimizi almayana qədər “İsgəndər” məsələsi bağlanmayacaq;

Ordu tətikdədir: Əliyev Ermənistanda revanşist qüvvələrə, həm də onların arxasında dayananlara “dəmir yumruq yerindədir” mesajını verir. Belə mesajlar zaman-zaman verilir, lakin bu dəfə – Koçaryanın Moskva səfərindən sonra, İrəvanda və Xankəndində revanşist qüvvələrin aktivləşməsi fonunda Bakı atacağı addımı açıq mətnlə göstərir.

Asif Nerimanli Kafkassam Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir