KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Vladimir Putinin qafasında nə var?

Kamal Aliyev: Vladimir Putinin qafasında nə var?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
343 0

Rusiyanın Ukraynada işgal hərəkatı başlayandan bu müharibənin qısa müddətdə başa çatmayacagını demişdim.Hərçənd,məmləkətin çayxana siyasətçiləri,sosial-şəbəkə avaraları hər gün bas-bas bagırırdılar ki,2-3 həftə sonra müharibə Ukraynanın qələbəsi ilə bitəcək,hətta Rusiya kapituliyasiya sənədini imzalayacaq,Volodimir Zelenskinin tankları,zirehli maşınları Moskvadakı Qırmızı Meydanda dövrə vuracaq.

Bəli,Azərbaycanda belə düşünən bir qrup sarsaq vardı,elə indi də var.

Dəfələrlə yazdıgım kimi,Ukrayna cəbhəsində müharibə konkret olaraq NATO və Rusiya arasında gedir.
Digər tərəfdən,müharibənin tərəfləri həm yorulublar,həm də bir-birlərinin zəif nöqtələrinə aşagı-yuxarı bələddirlər.

Mövzunu bir az da açım:Ukrayna bir poliqondur,əslində,eskalasiyanın tərəfləri anqlo-saksonlarla işgalçı Rusiyadır.
Əlbəttə,mən ukraynalıların cəsarətini,məgrurlugunu,rəşadətini aşagılamıram və özüm də bu müharibədə Ukraynanın qələbəsini könüldən arzulayanlardanam.Lakin siyasət təkcə arzulamaqla,diləməklə baş tutan bir peşə deyil.İmkanlar,reallıqlar,dogru zamanda verilən qərarlar,proqnozlar və ən başlıcası,risqlər siyasətin ana xəttini təşkil edir.

Rusiya prezidenti V.Putinin özünü Pyotra oxşatması,ölkəsinin “tarixi”torpaqları haqqında məntiqsiz və ugursuz fikrlərini ciddiyə almıram.Ona görə ki,Rusiya hazırda bir suveren ölkənin ərazisinə soxulub,etnik təmizləmə aparır,torpaqları işgal edir,hətta həyasızcasına işgal etdiyi ərazilərdə əhaliyə pasportlar paylayır.Təkrar edim ki,müharibə ekstrim situasiyadır və avtoritar liderlər,diktatorlar bundan faydalanmaga çalışırlar.
Təbii ki,V.Putin kimi qəddar avtoritar siyasi lider də istisna deyil.

Putinin qafasında bir neçə ssenari var.

-Bunlardan biri müharibəni ən azı ilin sonuna-dekabr ayına qədər davam etdirməkdir.Putinin strategiyası payıza qədər Odessanı da işgal edib Ukraynanın Qara dənizlə əlaqəsini kəsməkdir.Və bu zaman daxilində Avropaya ən azı 15-20 milyon ukraynalı qaçqını sürgün etməkdir.

Avropa bütün potensialını cəmləsə belə,15-20 milyon qaçqınla baş etmək iqtidarında deyil.Məqsəd budur ki,müəyyən mərhələdə Avropa İttifaqı Rusiya ilə danışıqlar masasına can atsın.Hətta məlumata görə,Fransa və Almaniya(anqlo-saksonlardan xəbərsiz) gizli şəkildə Rusiya ilə təmaslarını davam etdirir.

-Rusiyanın bir ssenarisi də budur ki,hazırda mövcud istehsal və tədarük sistemindəki çöküşün daha da dərinləşməsi və nəticədə dünyanın başqa ölkələrindən də milyonlara qaçqının Avropaya kütləvi hərəkətini(qövmlər köçü kimi bir şey) reallaşmasıdır.

Rusiya indi də Ukrayna limanlarındakı 22 milyon ton taxılın dünya ölkələrinə çıxışını əngəlləyir.Baxmayaraq ki,Rusiya Ukrayna limanlarındakı taxılın nəqlində Ukraynanı dəniz minalarını təmizləməməkdə günahlandırır,ancaq bəllidir ki,bu problemin arxasında Kremldir.

-Rusiya payız və qış aylarında Avropaya qaz nəqlini daha azaldacaq,hətta bəzi ölkələrə birdəfəlik dayandıracaq.Təbii qaz ancaq soba və hamamda soyuq suyun qızdırılması üçün istifadə olunmur.Təbii qazdan 70 adda məhsul alınır,üzvi və qeyri-üzvü kimyada,hətta kübrə istehsalında da istifadə olunur.
Putin hazırda maksimum çalışır ki,müharibəni daha da uzatsın,Qərb ölkələrində hiperinfilyasiyaya(ABŞ-da artıq son 41 ilin ən böyük infilyasiyası baş verir) yol açsın və qarşı tərəfi danışıqlar masasına çəksin.

Müharibə uzandıqca,tədarük və istehsal sistemi çökür və nəticədə dünya ərzaq böhranı üçün “münbit şərait”yaranır.
Kamal Aliyev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir