KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kamal Aliyev: Rəisinin Suriya səfəri və İranın nüvə hədəfi

Kamal Aliyev: Rəisinin Suriya səfəri və İranın nüvə hədəfi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
228 0

 

İran prezidenti Ebrahim Rəisi 2011-ci ildən-Suriyada vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə olaraq bu ölkəyə səfər edib.Reallıq isə bundan ibarətdir ki,İran və Rusiya Bəşər Əsədi ipdən alaraq onu hakimiyyətdə saxlaya bilib.Şübhəsiz ki,Tehran və Moskva üçün Suriyanın geopolitik və geostraje əhəmiyyəti olduqca əhəmiyyətlidir.Rusiya üçün Latakiya bölgəsi Moskva üçün vacib nöqtədir.İrana gəldikdə isə,bu ölkə Liviyadakı Hizbullahla yanaşı Suriyada möhkəmlənməklə İsrailin ətrafında mövqe tutub.Rəisinin səfəri indiki məqamda həm də ons görə diqqəti çəkir ki,Tehran Yaxın Şırqdəki ən böyük rəqibi olan Səudiyyə Ərəbistanı ilə əlaqələrinin Çinin moderatorlugu ilə normallaşdırıb.Üstəlik,İran həm BƏƏ,həm də Bəhreyn ilə də ikili münasibətlərini yoluna qoyur.
Bununla yanaşı,Səudiyyə Ərəbistanı da Bəşər Əsədin Suriyasını yenidən Ərəb Liqasına qaytarmaq istəyir.Yəni gördüyünüz kimi,Ər-Riyad da öz növbəsində Tehranın Suriya strategiyasını bildiyindən,necə deyərlər,bu ölkəni İranla geosiyasi rəqabətdə itirmək istəmir.Səudiyyə Ərəbistanı onun fərqindədir ki,İraqda kifayət qədər nüfuzlu olan İran əhalisinin əksəriyyəti sünnilərdən ibarət olan Suriyada da mütləq nüfuz sahibi olarsa,bu,Ər-Riyad üçün gələcəkdə problem deməkdir.
İran da öz növbəsində,Bəşər Əsəd rejiminə hərbi-siyasi dəstək verməklə,Suriyada öz nüfuzunu daha da artırmaqdadır.
Rəisinin iki günlük Suriya ziyarətində çox sayda ikili müqavilələrin imzalanması da gözlənilir.Əlbəttə,ABŞ İran və Suriya arasında münasibətlərin daha da güclənməsindən narahatdır.Vaşinqton üçün optimal seçim Əsəd Suriyasının Ərəb Liqasına reinteqrasiyası olardı,nəinki İrana daha da yaxınlaşması.

 

 

Yeri gəlmişkən,İranın nüvə proqramı mövzusu da öz aktuallıgını saxlayır.İsrailin baş naziri Benyamin Netenyahuya görə,İrandakı rejim Şimali Koreyadakından əlli dəfə təhlükəlidir:çünki Tehrandakl klerikal rejimin ideoloji identikliyi bütövlükdə Yaxın Şərq üçün təhlükə mənbəyidir.
Beynəlxalq Atom Enerjisi Agentliyinə görə,İran artıq yetərincə uranın zənginləşdirilməsinə nail olub,ancaq bu,dörd nüvə bombasının istehsalı üçün kifayət etmir.Amerikalı mütəxəsislərin proqnozu isə bundan ibarətdir ki,İran qarşıdan gələn iki həftədən də az müddətdə uranın zənginləşdirilməsində 90%-lik həddi keçəcək.Bu,isə İranın dörd nüvə bombası hazırlaya bilməsi deməkdir.

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir