KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Uilyan Börns və Sergey Narışkinin Ermənistana səfərləri

Kamal Aliyev: Uilyan Börns və Sergey Narışkinin Ermənistana səfərləri

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
341 0

Cənubi Qafqazda nə baş verir?
-ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ermənistana səfər edərək,bu ölkənin baş naziri Nikol Paşinyanla görüşdü.
-İndi də Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin Yerevana gəlib N.Paşinyanla görüşəcək.Ulyam Börns kimi Sergey Narişkinin də Yerevana səfəri həm gözlənilməz,həm də maraqlıdır.
Cənubi Qafqaz elə Yaxın Şərqin bir hissəsidir və qlobal güclərin maraqları bu cografiyada həm kəsişir,həm də toqquşur.
-Azərbaycan prezidenti İlham Əliyevin son vaxtlar Qarabagdakı “sülhməramlı”rus hərbçilərinin fəaliyyətini aşıq şəkildə tənqid etməsi müharibə ehtimalını qüvvətləndirir.
-Ola bilsin ki,ABŞ Qarabagda növbəti müharibənin baş verməsinə qarşıdır.O da ola bilər ki,Vaşinqton Qarabagda növbəti müharibənin baş verməsində ona görə maraqlıdır ki,bu dəfə ikinci cəbhə açılacaq,Rusiya və Türkiyə qarşı-qarşıya gələ bilərlər.Hərçənd,Ankara Rusiyaya qarşı sanksiyalara qoşulmur və Moskvanın dünyaya açılan nəfəsliyi rolunu oynayır.
-Qarabagda növbəti müharibənin baş verəcəyi təqdirdə,Azərbaycan ordusunun zəif erməni hərbi birləşmələri üzərində qələbə qazanacagı şübhə dogurmur.
-Azərbaycanın Qarabagda növbəti dəfə hər hansı hərbi əməliyyatı(bu,anti-terror əməliyyatı da ola bilər)yaxın perspektivdə rus hərbçilərinin Qarabagdan birdəfəlik çıxarılması,uzaq perspektivdə isə Gümrüdəki 102 saylı rus hərbi bazasının Ermənistandan da getməsiylə də nəticələnə bilər.Bu,şübhəsiz ki,Vaşinqtonun Cənubi Qafqazda ən mühün geosiyasi hədəflərindən biridir.
-Sabah Tehranda Ərdogan-Rəisi-Putin arasında keçiriləcək görüş də vacib əhəmiyyət daşıyır.Hər üç ölkənin Cənubi Qafqazdakı geopolitik,geostrateji,geokültürəl maraqlarını nəzərə alsaq,Tehran görüşündən çıxacaq nəticələrin də regionumuza ciddi təsirləri danılmazdır.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir