KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kamal Aliyev: İbrahim Rəisinin Türkiyəyə səfərindən nə gözləmək olar?

Kamal Aliyev: İbrahim Rəisinin Türkiyəyə səfərindən nə gözləmək olar?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
138 0

Beləliklə,sabah İran prezidenti İbrahim Rəisinin Ankaraya səfəri gözlənilir.Bu,olduqca mühüm ziyarətdir və son regional(Yaxın Şərq,Cənubi Qafqaz)hadisələr kontekstindən yanaşsaq,səfərin kritik bir zamana təsadüf etdiyinə yəqin gətirmiş ola bilərik.
Nəzərə alsaq ki,İsrail-HƏMAS konflikti davam edir,İranın dəstəklədiyi husi üsyançıları Qırmızı dənizdə Qərb ölkələrinə məxsus karqo gəmilərinə intensiv hücumlarını davam etdirir.
Üstəlik,dünən Livanın paytaxtı Beyrutda HƏMAS-ın ikinci şəxsi Arurinin də oldugu bəzi şəxslərin İsrailə məxsus PUA tərəfindən bombalanması Yaxın Şərqdə onsuzda gərgin olan situasiyanı daha da agırlaşdıracaq.
Maraqlıdır ki,İran prezidentinin Ankaraya səfəri ərəfəsində Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən İsrailin kəşfiyyat xidməti MOSSAD-a işləyən 34 nəfər həbs olunub.
Göründüyü kimi,Yaxın Şərqdə vəziyyət getdikcə vəziyyət gərginləşir və bu kontekstdə Rəisinin Ankaraya səfəri istər-istəməz dünyanın diqqət mərkəzində olacaq.
Əlbəttə,İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan arasında iki ölkə arasındakı ticarət əlaqələri və 10 anlaşmanın da imzalanması da gözlənilir.Buna rəgmən,Ankara-Tehran xəttində əsas müzakirə mövzuları Yaxın Şərqdə hələ də davam edən İsrail-Fələstin münaqişəsi,Cənubi Qafqazda baş verən prosesl əır və Suriyanın şimalındakı kürd separatizmi olacaq.
Hal-hazırda kürd separatizmi ila əlaqədar olaraq iki NATO müttəfuqi-ABŞ və Türkiyə arasında dərin ziddiyyətlər var və İran da bu fürsətdən maksimum istifadə etmək istəyir.Yəni,Tehran Ankaranın Qərbdəki müttəfiqlərindən uzaqlaşaraq Rusiya və Çinin də dominant oldugu qütbə yönəlməsini istərdi.Təbii ki,Tehran və Ankara arasında islam dünyasında “hegemon”təsir gücü istiqamətində də ciddi rəqabət mövcuddur.
Tərəflər hər nəqədər sıx iqtisadi əlaqələrə sahib olsalar da,pərdə arxasında kompetensiya əlamətlərini görməmək mümkün deyil.
Rəisi və Ərdogan Bakı-Yerevan xəttindəki sülh müqaviləsini və “3+3″projesini ələ al
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir