KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kelam Hüseynov: Azərbaycana qarşı kim qərəzli fikirlər səsləndirdi

Kelam Hüseynov: Azərbaycana qarşı kim qərəzli fikirlər səsləndirdi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
116 0

Tehran hökumətinin Ermənistandakı səfiri Mehdi Sübhani Ermənistan mətbuatına müsahibəsində Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib . Beləki ,Erməni jurnalistin Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı son təcavüzü və Qarabağ sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı İran İslam Respublikasının rəsmi mövqeyi necədir sualına Tehranın Ermənistandakı səfiri Mehdi Sübhani cavab olaraq bildirib ki , Dağlıq Qarabağla bağlı İranın rəsmi mövqeyi daha əvvəl bəyan edilib. Biz bütün ölkələrin, o cümlədən Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq qanunlar və BMT-nin qəbul etdiyi normalar çərçivəsində tanıyırıq. Amma bu o demək deyil ki, orada (Qarabağda) yaşayan insanların hüquqları pozula bilər. Biz hesab edirik ki Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz.Qarabağ böhranı (son hadisələr) baş verərkən və Qarabağ əhalisi oranı tərk edib Ermənistan ərazisinə gedərkən, mən Qafana gedib onların bir qrupu ilə görüşdüm. Onlardan niyə bölgəni tərk etdiklərini soruşduqda, həyatlarının təhlükədə olduğunu bildirdilər. Başqalarını (Qarabağ ermənilərini) öz vətəndaşları hesab edən bir dövlət (Azərbaycan) elə bir şərait yaratmalıdır ki, onlar özlərini təhlükəsizlikdə hiss etsin və öz ərazilərini, torpaqlarını və evlərini tərk etməsinlər. Onların istəkləri bundan ibarət idi ki, beynəlxalq qurumlar onların öz yurdlarına qayıtmasına yardım etsin və onların hüquqları təmin olunsun. Biz də (İran) Qarabağ əhalisinin qanuni və legitim hüquqlarının təmin edilməsinin tərəfdarıyıq”.
Tehranın Ermənistandakı səfiri ölkəsinin ali rəhbəri həmçinin Prezidentlərinin ziddinə gedərək işğalçı ermənistanı himayə etməklə kimin xoşuna gəlmək istəyir ? Səfir Mehdi Sübhaninin tarixi , coğrafi biliyi və ən əsası diplomatik mədəniyyətinin yoxluğu sübut edir ki , separatizmi müdafiə edir .Öz doğma ev-eşiyindən və yurdundan didərgin salınmış azərbaycanlılar hələdə öz yurdlarına qayıdacağı günü gözləyirlər . Qarabağın işğalına, müsəlmanlara qarşı Xocalıda soyqırımın törədilməsinə 30 il göz yuman Tehran hökuməti indi nədənsə xalqların müqədaratından danışır və separatçı ermənilərin hüquqlarının mudafiəsindən ağız dolusu dəm vurur. Cənab səfir Bəlluclara , Türklərə , Ərəblərə qarşı öz ölkənizdə dövlət səviyyəsində etdiyiniz qırğınlar göz qabağındadır . Bəlkə özünüz haqqında düşünəsiz ?
Kelam Hüseynov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir