KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Ukraynada danışıqlar olmayacaq: Müharibə konkret nəticələrlə başa çatacaq

Kənan Novruzov: Ukraynada danışıqlar olmayacaq: Müharibə konkret nəticələrlə başa çatacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
114 0

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Rusiya vaxt qazanmaq üçün Ukrayna ilə danışıqlara başlaya bilər. Qeyd olunub ki, yalnız bu versiya – gələcək hücum əməliyyatları üçün vaxt qazanmaq istisna olmaqla Kremlin Kiyevlə sülh danışıqlarına girmək ehtimalı azdır.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin hələ də döyüş meydanında maksimalist məqsədlərinə nail ola biləcəyinə inanır: “Ukraynaya təzyiqlər məhz bu səbəbdən mənasızdır”.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Ukrayna rəsmilərini müharibənin diplomatik həllini gecikdirməkdə günahlandırıb. Onun sözlərinə görə, rəsmi Kiyevin bu savaşda hərbi yolla qalib gələ bilməyəcəyini anlamasının vaxtı çatıb.

Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü bərpa olunmadan müharibə bitməyəcək.

ABŞ İnstitunun iddiasından belə çıxır ki, danışıqlar yaxın gələcək üçün inandırıcı görünmür. Bu, hazırkı mənzərəyə uyğundur. Məsələ ondan ibarətdir ki, nə Moskva, nə də Kiyev geri çəkilə bilər. İkisi də “bataqlıqdadır”. Kremlin iddia etdiyindən fərqli olaraq, Rusiyanın imkanları getdikcə tükənir. Rəsmi Moskva keçmiş müttəfiqlərini bir-bir itirir, demokratik dünyadan təcrid olunur.

Ukrayna isə hər gün dağıntılara məruz qalır. Ölkədə hər gün onlarla adam ölür. Ukraynanın bərpası getdikcə daha çətin məsələyə çevrilir.

Əvvəllər də dediyimiz kimi, ola bilsin, artıq həm Moskva, həm də Kiyev danışıqlar barədə düşünür. Amma bu, mümkünsüzdür. Çünki Qərb dəstəyi müəyyən mənada azaltsa belə, yenə də Ukraynanı silahlandırır. ABŞ və müttəfiqləri savaşın davam etməsində maraqlıdır. Ukrayna ABŞ-ın iradəsinə zidd olaraq danışıqlara başlasa, bu, onun üçün fəlakət olar. Çünki ABŞ bu halda Ukraynaya dəstəyi dayandıracaq. Və nə qədər ki, Qərb Ukraynanı silahlandırır, Kiyev döyüşməyə məcburdur. Bu isə Moskva tərəfdən də danışıqları istisna edir.

Hətta vaxt qazanmaq üçün olsa belə, yaxın zamanda sülhün əldə olunması inandırıcı görünmür. Doğrudur, Rusiya bunu istəyə bilər. Amma ABŞ buna imkan verməz. Əgər Rusiya danışıqlara cəhd etsə, yəqin ki, Qərb təzyiqləri daha da artacaq.

Bəlkə də, haçansa Ukraynadakı müharibə dondurulacaq. Amma bu, yaxın gələcək üçün ağlabatan görünmür. Hətta bu, olsa belə, təxminən 2 ildir davam edən müharibənin mütləq siyasi nəticəsi olacaq.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir