KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Əliyev: Kişineuda Əliyev və Paşinyan arasında sülh müqaviləsinin imzalanması realdırmı?

Kamal Əliyev: Kişineuda Əliyev və Paşinyan arasında sülh müqaviləsinin imzalanması realdırmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
177 0

 

Əvvəlcə mövzuya ondan giriş edək ki,Moskvada baş tutan Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Qarabagla baglı hər hansı sülh müqaviləsinin imzalanacagı gözlənilmirdi.Əslində,Rusiya prezidenti Vladimir Putində sülh müqaviləsinin imzalanmasından daha çox Azərbaycan və Ermənistan arasında kommunikasiya xəttlərinin açılması maraqlandırırdı.Görünən budur ki,Kreml daha çox “Xovayev planı”nın üzərində dayanır və bu planın da mahiyyəti ondan ibarətdir ki,Qarabagın statusu gələcəyə saxlanılır.Halbuki,ABŞ-ın təqdim etdiyi “Vaşinqton planı”Qarabagın Azərbaycanın tərkib hissəsi oldugunu özündə ehtiva edir.
Üstəlik,Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabagın Azərbaycana aud oldugunu açıq şəkildə bəyan edib.Bu,onu deməyə əsas verir ki,Rusiyadan fərqli olaraq,ABŞ və Avropa İttifaqı Qarabag probleminin yekun siyasi həllinə daha çox diqqət yetirirlər.
Moskvadakı Aİİ zirvəsində onu da gördük ki,bu təşkilatın ən böyük iqtisadi benefisiarı Ermənistandır.Ukraynada Rusiya işgalı başlayandan bəri Rusiya və Ermənistan arasında ticarət dpvriyyəsi 5 milyard dolları ötüb.Buna paralel olaraq,Ermənistan iqtisadiyyatında 12%-lik iqtisadi artım var.
Yeri gəlmişkən,Ermənistan Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların dəlinməsində iştirak edərək,milyardlarla v əısait qazanır.
Nəticə isə budur ki,Ermənistanın Rusiyadan təkcə siyasi deyil,həm də çox ciddi iqtisadi asılılıgı mövcuddur.
Şübhəsiz ki,Paşinyan da bunu bilir,ancaq onun da fərqindədir ki,Ermənistanın Qərbə inteqrasiyası daha sərfəlidir.

Hal-hazırda əsas əsas diqqətlər iyunun 1-də Moldaviyanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sammitinə çevrilib.Məlum sammitdə Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı Ermənistanın baş naziri də iştirak edəcək.Əlavə olaraq,Fransa prezidenti Emanuel Makron,Almaniya kansleri Olaf Şolz və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldə sammitdə iştirak edəcəklər.
Mümkündür ki,Kişineuda Azərbaycan və Ermənistan arasında Qarabag probleminin siyasi həllinə dair “çərçivə sazişi”imzalansın.Eyni zamanda,iki ölkə arasında nəqliyyat xəttlərinin açılması da müzakirə olunacaq.İndi əsas məsələ çərçivə sazişinin imzalanması və onun implementasiyası ola bilər.Belə demək mümkünsə,Qərbin Qarabaf probleminin siyasi həllində kifayət qədər maraqlı olması,Paşinyanın Qarabag da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması problemin həllində yeni imkanlar açır.Hətta onu da proqnoz etmək olar ki,Kişineu zirvəsində Qazaxın 7,Naxçıvanın da Kərki kəndinin Azərbaycana qaytarılması istiqamətində ciddi razılıq da əldə olunsun.Zənnimcə,Azərbaycan kəndlərinin geri qaytarılması çərçivə sazişinin imzalanmasında ciddi əhəmiyyət kəsb edə bilər.Kişineu sammiti Qarabag probleminin yekun siyasi həllinin başlangıcı ola bilər.Ortada çox ciddi fürsət var,görək Paşinyanla Əliyev bu fürsətdən necə faydalanacaqlar…

Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir