KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Dadash Ahmadli: Moskva görüşündə aşkar və gizli olanlar

Dadash Ahmadli: Moskva görüşündə aşkar və gizli olanlar

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
174 0

 

Dünən Rusiya prezidenti Vladimir Putin üçün həqiqətən ağır gün olub. Özünü pis hiss etməsinə baxmayaraq, Putin bir sıra görüşlərdə və tədbirlərdə şəxsən iştirak etməyə məcbur olub. Səhər prezident qarşıdan gələn tədbirlərdə fəal iştirak üçün mənəvi cəhətdən hazır olsa da, Ali Avrasiya İqtisadi Şurasının dar və tam tərkibdə keçirilən iclaslarından sonra Putin yorğunluqdan, başgicəllənmədən və baş ağrısından şikayətlənib və simptomları aradan qaldırmaq və vəziyyəti sabitləşdirmək üçün dərmanları qəbul etməyə məcbur olub.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər, sonra isə birgə danışıqlar Putini tamamilə yorub. Rusiya prezidenti bir tərəfdən ikili oyun oynamağa, tərəfləri güzəştə getməyə inandırmağa, digər tərəfdən də bu kompromis tapılmaması üçün mümkün olan hər şeyi etməyə çalışıb. Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi Putin üçün qəti surətdə sərfəli deyil və bu ölkələrin rəhbərliyinin sülh sazişlərinə yaxınlaşması Ermənistanı, demək olar ki, təminatlı şəkildə KTMT və Rusiyanın təsir dairəsindən çıxarır. Bu səbəbdən də Rusiya prezidenti hər şeyi edib ki, Paşinyan onunla (Putinlə) Azərbaycan prezidenti arasında gizli razılaşmalardan xəbər tutsun.

Razılaşmaların mahiyyəti ikinci dərəcəli əhəmiyyət kəsb edir, Paşinyana onun arxasında Ermənistanın və Ermənistan rəhbərliyinin maraqlarına ziyan vuran sövdələşmə olduğu mənzərəsini göstərmək vacib idi. Və bu, praktiki olaraq işə yaradı, Paşinyan bu cür ifşadan hiddətləndi və emosiyalarını çətinliklə cilovladı. Putin özü xüsusilə Əliyevlə Paşinyan arasında başlayan atışmanı söndürməyə çalışmırdı və yalnız üçüncü cəhddə tərəfləri konstruktiv söhbətə çağırdı.(Baxmayaq ki, belə davranış onun özünün nüfuzuna da zərbə vururdu. Çünki dünənə qədər hər söz üçün Putinin icazəsini gözləyən tərəflər bu dəfə demək olar ki, onun reaksiyasını gözləmədən (xüsusən Paşinyan) bir-biri ilə atışırdılar. Putin bu mənzərəni bir yandan ləzzətlə izləyir, digər tərəfdən də gərginlik keçirirdi. Arada pərt olan isə Qazaxıstan prezidenti Qasım Jomart Tokayev oldu. Müdaxilə üçün söz almaq istəyən Qazaxıstan prezidentinə Putin əli ilə “yox” işarəsi verdikdə Tokayevin simasında hədsiz gərginlik və pərtlik ifadəsi yarandı).

Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan rəhbərliyi, görünür, nə olursa-olsun, yenə də ərazilərin qarşılıqlı tanınmasına gedir, sülh razılaşmalarına gəlirlər. Putin isə özünün sülhməramlı, daha doğrusu, bu uzunmüddətli münaqişənin daimi təhrikçisi rolunu itirir. Bütün görüşlərdən və danışıqlardan sonra prezident o qədər yorğun və özünü pis hiss edib ki, güc və hərbi blokların rəhbərliyinin nümayəndələri ilə görüşməkdən və hesabatları oxumaqdan imtina edib, dincəlməyə gedib.

 

Dadash Ahmadli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir