KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Ukrayna Qərbi bir-birinə vurur- Qlobal kataklizm

Kənan Novruzov: Ukrayna Qərbi bir-birinə vurur- Qlobal kataklizm

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
86 0

Ukrayna Qərbi bir-birinə vurur- Qlobal kataklizm
Fransa Prezidenti Emmanuel Makron deyib ki, ABŞ və Avropa ölkələrinin hökumətləri Ukraynaya dəstəyin davam etdirilməsinin məqsədəuyğunluğuna şübhə edirlər. O, bu barədə “France-5”ə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Ukraynaya dəstək davam etdirilməlidir: “Avropada şübhələr var. Hiss olunur ki, ABŞ da tərəddüd edir. Amma biz Kiyevin təhlükəsizliyini dəstəkləməyə və gücləndirməyə davam etməliyik”.
E.Makron söyləyib ki, Ukraynanın dəstəklənməsi Avropaya sülh şəraitində yaşamağa imkan verəcək: “Biz Rusiya ilə müharibə aparmırıq. Amma Rusiyanın qalib gəlməsinə imkan verməməliyik”.
Fransa lideri ölkəsinin mühüm qərarlar qəbul edəcəyini deyib, lakin detalları açıqlamayıb.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib. Son bir neçə ayda Qərbdə Ukraynaya yardımla bağlı problemlər yaranıb.
Əvvəl də dediyimiz kimi, Qərbdə Ukraynaya dəstəklə bağlı fikir ayrılığı yaranıb. Bunun əsas səbəblərindən biri Ukraynanın əks-hücum əməliyyatının uğursuzluğudur. İkincisi isə Avropa İttifaqı (Aİ) və ABŞ-ın Yaxın Şərqlə bağlı mövqeləri, görünür, tam üst-üstə düşmür. Makronun dedikləri də kollektiv Qərbin Ukraynadakı savaşla bağlı fikir ayrılığını təsdiq edir.
Gələcəkdə hazırkı fikri ayrılığının daha da güclənməsi gözləniləndir. Ukraynadakı müharibə uzandıqca, vəziyyət mürəkkəbləşdikcə Qərbdəki ziddiyət də dərinləşəcək. Bu isə öz növbəsində Qərbin mövqeyinə, o cümlədən dəstək məsələsinə təsir göstərəcək. Gələcəkdə hərbi yardımın bir az azaldılması və daha da gecikdirilməsi istisna deyil.
Fransa dövlət başçısının mühüm qərarlar barədə açıqlamasına gəldikdə isə bildirməliyik ki, rəsmi Parisin mövqeyində, yəqin ki, ciddi dəyişiklik olmayacaq. Makron hökuməti Ukraynadakı müharibə ilə bağlı hazırkı mövqeyini davam etdirəcək. Mövcud dəstəyin kəskin şəkildə azaldılması və ya artırılması gözlənilmir. Sadəcə olaraq Makron öz xeyrinə ictimai rəy yaratmağa, diqqət qazanmağa çalışıb.
Onu da deyək ki, Ukraynada davam edən müharibənin siyasi təsirləri hərbi təsirlərindən daha çoxdur. Başqa sözlə desək, bu, hərbi baxımdan regional, siyasi baxımdan isə qlobal müharibədir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir