KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kamal Aliyev: Ermənistan hələ də Rusiyanın müttəfiqi hesab etmək olarmı?

Kamal Aliyev: Ermənistan hələ də Rusiyanın müttəfiqi hesab etmək olarmı?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
104 0

Ermənistan parlamentinin spikeri Alen Simonyanın bu gün dediklərindən belə çıxır ki,əgər Rusiya hələ də bu ölkənin müttəfiqidir və onlar(ermənilər)Moskvadan öz öhdəliklərini yerinə yetirməyə başlayacaq.
Maraqlıdır,Simonyan Rusiyanın yerinə yetirməli oldugu vəzifələri deyərkən nəyi nəzərdə tutur?
Simonyan elə bu suala da üstüörtülü cavab verir.O,deyir ki,Ermənistan əhalisi və qarabah erməniləri reallıgı çox yaxşı bilir.Simonyan ruslara qahmar çıxaraq deyir ki,Qarabagdakı ermənilər “Z”hərfini nümayiş etdirərək “Təşəkkürlər,Putin”plakatını hər yerdə asmışdılar;ancaq daha sonra ruslar erməni əhalinin Qarabagdan çıxışına eskortluq etdilər.
Görünən odur ki,ermənilər hələ də Rusiyanın onlara “xəyanət”etdiyini düşünürlər və yenə də ümid edirlər ki,Putin erməni əhalini təkrar Qarabaga qaytaracaq.
Əslində,Nikol Paşinyan və onun ətrafı kifayət qədər agıllı oynayır və diqqətlə Ukraynadakı proseslərin izləyir.Əgər Moskva Ukraynadakı işgal hərəkatında ortalama üstünlük qazanarsa,Paşinyan Putinlə aranı düzəltmək üçün yenidən Belorus prezidenti Aleksandr Lukaşenkoya müraciət edəcək.Sadəcə olaraq,Paşinyan Moskvaya deyir ki,Qarabagı 90-cı illərdə sən işgal edib bizə hədiyyə etmişdin,sonra isə onun bizdən alınmasına göz yumdun.
Təbii ki,Nikol Paşinyan hazırda erməni cəmiyyətindəki anti-Rusiya əhval-ruhiyyəsindən agıllı şəkildə istifadə edir.Lakin bununla yanaşı,Paşinyan onu da dərk edir ki,Rusiyadan tez bir zamanda və asanlıqla üzulüşmək olduqca risqlidir və bunun təkcə siyasi deyil,arzuolunmaz iqtisadi nəticələri də ola bilər.
Bundan başqa,qarşıdakı on ildə Ermənistanın Avropa İttifaqına və yaxud NATO-ya üzvülüyü qeyri-mümkündür,
Təsəvvür edin ki,Ermənistanın az qala bütün nəqliyyat və enerji sistemi Rusiyadan asılıdır.Bundan savayı,Rusiyada üç milyona yaxın erməni yaşayır və bu ölkədən Ermənistana pul köçürmələrinin miqyası kifayət qədər yüksəkdir.Qarşıdan soyuq qış gəlir və Rusiya istədiyi an Ermənistana satdıgı təbii qazın qıymətini artırar.
Yuxarıda da vurguladıgım kimi,Paşinyan diqqətlə Ukraynada davam edən müharibənin seyrini izləyir və buna görə Rusiya ilə baglı iqtidarının geosiyasi seçimini realizə edəcək.Ruslar Ukraynada qalib gələrsə və yaxud Moskva və Kiyev arasında uzun müddət üçün atəşkəs müqaviləsi razılaşdırılarsa,o zaman Yerevan yenidən Rusiyanın qucagında oturacaq.Belə olan halda,yəqin ki,Paşinyan da iqtidardan gedəcək.
Kamal Aliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir