KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Üçüncü dünya müharibəsini “Vaqner” başladacaq?

Kənan Novruzov: Üçüncü dünya müharibəsini “Vaqner” başladacaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
132 0

Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski ölkəsinin Belarusla sərhədinin bağlana biləcəyini söyləyib. O, buna səbəb kimi Belarusda yerləşən “Vaqner” Xüsusi Hərbi Təşkilatının ehtimal edilən təxribatını göstərib.
Daha əvvəl rəsmi Varşava bir dəfə də bu barədə açıqlama vermişdi. Eyni zamanda Litva da Belarusla sərhədin bağlana biləcəyini bildirmişdi. Görünür, doğrudan da, “Vaqner” in Avropada təxribat törətməsi mümkündür.
Öncə onu deyək ki, “Vaqner”lə bağlı suallar hələ kifayət qədərdir. Bir çox məqamlar hələ də aydınlaşmayıb. Ən əsası isə sözügedən qüvvənin Rusiyanın nəzarətində olması, yoxsa artıq Qerbdən idarə edilməsi məlum deyil. Bu şübhələri yaradan ciddi səbəblər var.
Nə qədər ki, Ukraynadakı müharibə davam edir döyüşlərin miqyasının genişlənməsi, o cümlədən Avropaya keçməsi ehtimalı var. Belə olarsa kim qazanacaq? Yəqin ki, kollektiv Qərb. Çünki bir çox Qərb ölkələrinin savaşa birbaşa müdaxiləsi üçün imkan yaranacaq. Bu nöqteyi – nəzərdən ehtimal edilən təxribat Rusiyaya sərf etmir.
Rusiyada “Vaqner” in silahlı qiyamı cəhdindən və ondan sonra baş verən hadisələrdən çıxış edərək deyə bilərik ki, Qərbin, xüsusilə ABŞ – ın Xüsusi Hərbi Təşkilatı ələ alması ehtimalı var.
ABŞ “Vaqner” vasitəsilə Rusiya qarşısında konkret tələblər qoya bilər. Məsələn, hakimiyyət dəyişikliyi. Rəsmi Moskva buna razı olmadıqda isə “Vaqner” Avropada təxribat törətməklə NATO ilə Rusiyanı üz – üzə qoya bilər.
Hərçənd bu ssenari üçün “Vaqner” in tapşırığı birbaşa Qərbdən alması şərt deyil. Xüsusi Hərbi Təşkilatın rəhbəri Yevgeni Priqojin indiyədək dəfələrlə Rusiya Müdafiə Nazirliyini, o cümlədən şəxsən müdafiə naziri, ordu generalı Sergey Şoyqunu tənqid ediblər. O da məlumdur ki, Priqojinlə Prezident Vladimir Putin arasında gizli danışıq olub. Onun Kremldən orduda islahatlar aparılmasını tələb etməsi və bu olmayacağı təqdirdə Polşa sərhədində təxribat törətməsi mümkündür.
Nəzərə almaq lazımdır ki, “Vaqner” məhz özəl hərbi şirkətdir. Bu şirkət indiyədək ən qaynar nöqtələrdə, o cümlədən Suriyada müxtəlif tapşırıqları yerinə yetirib. Yəni şəxsi heyətinin və texnikasının lazımi sayda olmasına baxmayaraq, kifayət qədər riskli qərarlar qəbul edə bilərlər. Odur ki, ehtimal edilən təxribat Priqojin və onun komandası üçün çətin deyil.
Əvvəl də dediyimiz kimi, müharibənin yaxın vaxtda bitəcəyi gözlənilmir. Bu isə o deməkdir ki, döyüşlərin Avropa ərazisinə keçmədi və savaşın miqyasının genişlənməsi ehtimalı hər ötən gün artır. İndi əsas sual budur: Bunu “Vaqner”mi edəcək?
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir