KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Zəngəzur dəhlizi açılacaq,ancaq qazanclı Moskva və İravandır

Kamal Aliyev: Zəngəzur dəhlizi açılacaq,ancaq qazanclı Moskva və İravandır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
180 0

 

Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki,Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması prosesində bütün yollar hər iki ölkənin yurusdiksiyasında olacaq.
Nəzərə alaq ki,Overçuk bir rus məmurdur və onun dedikləri birbaşa Kremlin şefi Vladimir Putinin mətbəxinin məhsuludur.
Eyni zamanda,biz onu da bilirik ki,Paşinyan hökuməti də az qalır üç il olsun ki,Zəngəzur dəhlizinin üzərində Ermənistanın yurisdiksiyasının,suverenliyinin zəruri,hətta “qırmızı xətt”oldugunu bəyan edir.Bu,eyni zamanda o deməkdir ki,Ermənistan gömrüyü Azərbaycanın materik hissəsindən ayrı düşmüş Naxçıvan Muxtar Respublikasına daşıdıgı məhsullara görə Ermənistana vəsait ödəyəcək.Üstəlik,əgər gələcəkdə Naxçıvana təbii qaz kəməri çəkilərsə,Bakı uygun tariflərə görə İrəvana pul ödəyəcək.Bununla yanaşı,Türkiyə də Mərkəzi Asiyaya öz məhsullarını avtomobil və dəmiryolu vasitəsi ilə ixrac edərkən,Ermənistana rüsum ödəmək məcburiyyətində qalacaq.
A.Overçuk deyib ki,kommunikasiyaların açılması ilə baglı sənəd hazırdır və indi onun liderlərin tərəfindən imzalanması lazımdır.Halbuki,Azərbaycan tərəfi Zəngəzur dəhlizi üçün ekstrateritoriallıq istəyirdi.Görünür,bu,artıq mümkün olmayacaq.Əgər Overçukun(əslində Putinin)dedikləri dogrudursa,Azərbaycan hökuməti də bununla razılaşıb.İndi bizə aydın olur ki,Paşinyan da,elə Putin də öz siyasi hədəflərinə nail olub.Onu da vurgulayaq ki,Zəngızur dəhlizi üzərindəki nəqliytat xəttlərinin təhlükəsizliyini də Rusiya FTX-sı qoruyacaq.Belə olan təqdirdə,Rusiya bu minvalla Cənubi Qafqazda öz geosiyasi üstünlüyünü qorumuş olacaq.2020-ci il 10 noyabrına qədər Azərbaycan ərazisində hərbi varlıgı olmayan Rusiya daha sonra öz istəyinə çatdı.
Beləliklə ortaya sual çıxır:Zəngəzur dəhlizi məsələsində qazanclı çıxan Rusiya və Ermənistana Azərbaycan necə cavab verəcək? Əgər Overçukun dediyi ki,Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutan sənəd ancaq liderl əırin imzalanmasına qalıbsa,o zaman belə qənaətə gəlmək olar ki,məsələ böyük ölçüdə qapanıb.Azərbaycan iqtidarına yaxın siyasi ekspertlər deyirlər ki,Bakı buna Laçın dəhlizini birdəfəlik baglamaqla cavab verə bilər.Bu,nə qədər realdır? Yaxın tarixdə bunun da mümkün olub-olmamasını görərik…

Kamal Əliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir