KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Rusiya nəyə hazırlaşır?

Kənan Novruzov: Rusiya nəyə hazırlaşır?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
89 0

Lavrovun müavinindən sensasion mesaj: “Sülh olmayacaq”- Rusiya nəyə hazırlaşır?

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya” qəzetinə müsahibəsində deyib ki, Ukrayna ilə 2024-cü ildə belə atəşkəs əldə olunmayacaq. Onun fikrincə, Ukraynadakı hərbi münaqişə sülh sazişinin imzalanması ilə deyil, Rusiya xüsusi əməliyyatının bütün məqsədlərinə çatması ilə bitmə ehtimalı daha yüksəkdir: “Mən atəşkəs gözləmirəm. Məqsədlərimizə nail olacağımızı gözləyirəm”.
S.Ryabkov bildirib ki, ABŞ sülh istəyirsə, Moskvaya yox, Kiyevə üz tutmalıdır.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.
Əvvəl də dediyimiz kimi, son zamanlar Qərbin Ukraynaya dəstəyinin azalması və bunun döyüş meydanındakı vəziyyətə təsir etməsi ilə bağlı iddialar artır. Əslində baş verən proseslər də göstərir ki, bu, sadəcə iddia deyil. Belə ki, ayrı-ayrı Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski durumun çətin olduğunu etiraf edirlər.
Savaşın ilk vaxtlarında kollektivin Qərbin Ukraynadakı müharibə ilə mövqeyi vahid di. Rəsmi Kiyev yekdil şəkildə dəstəklənirdi. Amma artıq ABŞ-la Avropa İttifaqı (Aİ) arasında fikir ayrılığı aydın hiss olunur. Görünür, ABŞ-la Aİ-nin Şərqi Avropa və Rusiya ilə bağlı məqsədləri, mövqeləri heç də eyni deyil. Bu, ya ilk gündən bəri belə olub və ən azı tərəflərdən biri qeyri-səmimilik edib, ya da proseslərin inkişafı onların mövqelərinə təsir edib.
Onu da deyək ki, artıq ABŞ-ın özündə də Ukraynadakı müharibə ilə bağlı ziddiyət yaranıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Dövlət Departamenti və digər rəsmi qurumlar ortaq mövqe ortaya qoymaqda çətinlik çəkirlər.
Döyüşlər başlanandan bəri bir çox ekspertin iddia etdiyi əsas ssenari Ukraynanın gələcəkdə parçalanması ilə bağlı idi. Bu ehtimal hər ötən gün daha da artır.
Kremldə də başa düşürlər ki, müharibə hələ uzun çəkə bilər. Hərçənd hələ savaş başlamazdan əvvəl rəsmi Moskva deyirdi ki, xüsusi hərbi əməliyyat bir neçə günə başa çata bilər. Görünür, “daş qayaya rast gəldi”.
Beləliklə, Kreml həm də cəmiyyətini savaşın daha çox uzanması ssenarisinə hazırlayır. Hər halda Ryabkovun “mən sülh gözləmirəm” fikri belə düşünməyə əsas verir.
Onun ABŞ – ın müharibədəki rolu barədə dediklerinə gəldikdə isə söyləməliyik ki, diplomat bilavasitə Vaşinqtonu Kiyevi ərazi güzəştinə getməyə çağırmağa səsləyib. Bu ehtimal gələcək üçün mümkün ola bilər. Bəlkə də, artıq “səhnə arxasında” belə müzakirələr gedir. Hərçənd səslənən bəyanatlar göstərir ki, Ukrayna ərazi güzəştinə getmək niyyətində deyil.
Gələcəkdə Vaşinqton – Kiyev xəttində gərginliyin daha da artması gözləniləndir.
Nəticə etibarı ilə müharibə hələ uzanacaq, mövqe döyüşləri davam edəcək. Tərəflərdən hansınınsa ən azı yaxın gələcəkdə ciddi üstünlük əldə edəcəyi gözlənilmir. Amma, deyəsən, zaman hər iki tərəfin, xüsusilə də Kiyevin əlehinə işləyir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir