KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kamal Aliyev: Zelensi-Zalujnı qarşıdurması Kiyevin məglubiyyətini sürətləndirərmi?

Kamal Aliyev: Zelensi-Zalujnı qarşıdurması Kiyevin məglubiyyətini sürətləndirərmi?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
110 0

Ukrayna ordusunun işgalşı ruslara qarşı əks-hücumunun ugursuz oldugu artıq məlumdur.Belə olan halda,cəbhədəki bu ugursuzlugun səbəbləri,səbəbkarları ortaya çıxarılmalıdır.Məşhur bir aforizmdə deyildiyi kimi,qələbənin bir neçə atası olsa da,məglubiyyət həmişə yetimdir.Əgər qələbə nə qədər sevindiricidirsə,məglubiyyət də bir o qədər məsuliyyət gərəkdirir.
Hal-hazırda,Ukraynada vəziyyət,daha dogrusu,cəbhədəki hərbi situasiya ölkənin hərbi və siyasi isteblişmenti arasında ciddi fikir ayrılıqlarının oldugunu göstərir.Son olaraq,Avdiyevkanın sənaye bölgəsinin ruslar tərəfindən işgalından sonra,Ukrayna prezidenti Volodimir Zelenski və Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında münasibətlər olduqca kəskinləşib;tərəflər bir-birini ölkə mətbuatında sətiraltı qeyri-peşəkarlıqda,məsuliyyətsizlikdə ittiham edirlər.Təsəvvür edin ki,Ukrayna işgala qarşı ölüm-qalım savaşı verir,xalq bu yolda bədəl ödəyir,buna rəgmən,Kiyevdəki hərbçilər və siyasətçilər arasında daxili “razborkalar”davam edir.
Digər tərəfdən,Ukrayna prezidenti Volodimir Zelenski gələn il ölkədə seçkilərin keçirilməsini istəmir və bunu müharibə şəraitiylə əlaqələndirir.Əgər Qərb mediasının yazdıgı məlumatlara inansaq,V.Zelenskinin Ukrayna ictimaiyyəti arasında nüfuzu 35%-dən bir az yüksəkdir.Baxmayaraq ki,indiyə qədər Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı ortaya siyasi iddia qoymayıb,lakin onun nüfuzunun prezident Zelenskini ötdüyünü yazırlar.Maraqlıdır ki,Ukrayna prezidenti Zelenski cəbhədəki cari vəziyyət haqqında optimist fikirlər,bəyanatlar səsləndirsə də,ordunun faktiki rəhbəri Zalujnı daha pessimist və ehtiyyatlı açıqlamalar verir.Buna rəgmən,ukraynalılar arasında Zalujnıya inam Zelenskiylə müqayisədə daha yüksəkdir.
İngilis mediasının yazdıgına görə,Ukraynanın cənubunun Rusiyaya təslim edilməsində Valeri Zalujnının adı hallanır və mümkündür ki,ona qarşı cinayət işi açılsın.Əlbəttə,Zalujnıya qarşı gələcəkdə cinayət işinin aşılmasında maraqlı olan tərəf Zelenskinin siyasi komandası olacaq.Sadə məntiqlə,Zelenski tərəfdarları ən ciddi rəqib Zalujnıyı bu üsulla nəzarət altına ala biləcəklərini proqnozlaşdıra bilərlər.
Bundan əlavə,Ukraynada siyasi hakimiyyət ugrunda Zelenskiyə digər rəqin kimi Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun da adı keçir.Qərb mətbuatına görə,Kiril Budanovun reytinqi Zelenskidən daha yüksəkdir-45 faiz.

Nəticə olaraq,Ukrayna siyasi elitasında iqtidar mübarizəsi,hələ də davam edən korrupsiya,oliqarxlararası ziddiyyətlər bu ölkəni işgalçı Rusiya qarşısında daha da zəif və çarəsiz mövqeyə çəkir.Üstəlik,İsrail-HƏMAS müharibəsi də Ukraynaya beynəlxalq diqqəti xeyli azaldıb.Belə olan halda,Ukraynanın məglubiyyəti və yaxud qarşı tərflə atəşkəs rejiminə razılaşması mümkün görünəcək.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir