KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Peskovun Zaporejye və Xersonla bağlı açıqlamasının “kodu”- O demək istəyib ki…

Kənan Novruzov: Peskovun Zaporejye və Xersonla bağlı açıqlamasının “kodu”- O demək istəyib ki…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
133 0

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “The New York Times”a müsahibəsi zamanı deyib ki, Rusiya ilhaq edilmiş bölgələrdən başqa, Ukraynanın heç bir regionunu ələ keçirmək niyyətində deyil. Onun sözlərinə görə, rəsmi Moskvanın istəyi indi Konstitusiyada Rusiyanın torpaqları kimi yazılmış bütün ərazilərə nəzarət etməkdir.
Məlum olduğu kimi, 2014-cü ildə Rusiyanın Konstitusiyasında regionlar siyahısına Krım, 2022-ci ildə qondarma Donetsk və Luqansk “xalq respublikaları”, həmçinin Xerson və Zaporojye vilayətləri daxil edilib.
Son iki bölgənin inzibati mərkəzləri – Xerson və Zaporojye isə hələ ki, Ukraynanın nəzarətindədir.
Adətən dövlətlər başqa dövlətlərə ərazi iddiası edərkən tarixi nüansı qeyd edirlər. Peskov isə bu barədə danışmadı. Əslində danışa da bilməzdi. Bu, üzsüzlük olardı. Əvəzində Kreml sözçüsü hüquqi aspektdən çıxış etdi.
Hələ Ukraynadakı müharibə başlamazdan əvvəl Rusiya rəsmiləri deyirdilər ki, orduları üç gün içində Kiyevə daxil ola bilərlər. Kremldən verilən son açıqlama isa Rusiyanın ritorikasının dəyişdiyini açıq – aşkar göstərdi. Hərçənd Rusiya yenə Ukraynaya ərazi iddiası etməyə davam edir.
Rusiya ötən il konstitusiyasına etdiyi dəyişiklik nəticəsində Xerson və Zaporejyeni öz regionlarına daxil etməklə işğalına hüquqi zəmin yaratmağa çalışdı. Hərçənd sonrakı proseslər göstərdi ki, bu, arzuolunan nəticəni vermədi. Bütün dünya hər iki vilayəti Ukrayna ərazisi kimi tanıyır. Əslində dünya nəinki Xerson və Zaporejyeni, eləcə də Krım, Donetsk və Luqanskı Ukraynanın suveren torpaqları kimi qəbul edir.
Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski dəfələrlə deyiblər ki, işğal altındakı ərazilər azad olunmadan müharibə bitməyəcək. Kreml isə hələ də açıq – aydın Xerson və Zaporejyeyə iddia edir. Bu, onu deməyə əsas verir ki, savaş yaxın vaxtda bitənə oxşamır. Görünür, Rusiya getdikcə daha çox zəifləsə də geri çəkilmək barədə düşünmür. Bu isə normaldır. Rusiyanın geri çəkilməyi daxildə qarşıdurmaya səbəb ola bilər. Moskva bunun qarşısını almaq üçün ən azı “Pir qələbəsi” qazanmalıdır.
Başqa bir sual budur: Rusiya Xerson və Zaporejye vilayətlərinin mərkəzlərini ələ keçirərsə, bununla kifayətlənəcəkmi? Bu qələbələrdən sonra müharibə başa çatacaqmı? Peskov bu barədə danışmayıb. Ola bilsin, Rusiya məhz bunu istəyir. Kreml hər iki vilayətin tam ələ keçirilməsindən sonra xalqına deyəcək ki, biz ərazi bütövlüyümüzü qoruduq. Gələcəkdə müharibənin dayandırılması üçün Qərbin də rəsmi Kiyevə təyziq göstərməsi mümkündür. Bunun siqnalları artıq görünür. Amma istənilən halda müharibənin yaxın vaxtda bitəcəyi gözlənilmir. Əksinə, döyüşlər daha da şiddətlənəcək.
Rusiya Prezidenti Vladimir Putin və digər rəsmilər indiyədək deyirdilər ki, “xüsusi hərbi əməliyyatın” əsas məqsədi Ukraynanı neo- nasist rejimini məhv etməkdir. Maraqlıdır, Xerson və Zaporejye mərkəzləri ələ keçiriləndən sonra Rusiyanın iddia etdiyi neo- nasist rejimi məhv ediləcək?
Görünən odur ki, Rusiyanın nə addımları, nə bəyanatları bir – birinə uyğun gəlir. Ziddiyətlər kifayət qədərdir. Bu isə açıq – aydın Moskvanın çətin durumda olduğunu göstərir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir