KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Hərbi əməliyyatlar qapıdadır: Kod adı “anklav”

Kənan Novruzov: Hərbi əməliyyatlar qapıdadır: Kod adı “anklav”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
121 0

Ermənistanla Azərbaycan arasında gərginlik yenidən ən pik həddədir. Bir çox ekspertin fikrincə, növbəti hərbi əməliyyatların başlanması qaçılmazdır. Bəziləri əməliyyatın Xankəndi uğrunda gedəcəyini iddia edir. Amma fərqli ssenari də mümkündür.
Məsələ ondan ibarətdir ki, hazırda Xankəndi və ətraf ərazilər müvəqqəti olaraq rus sülhməramlılarının nəzarəti altındadır. İndiki məqamda biz sülhməramlılar olan ərazidə hərbi gərginlikdən çəkinməliyik. İkincisi, ərazidə mülki erməni vətəndaşları var. Bu məqam da ehtimal edilən hərbi əməliyyatlarda çətinliklərə səbəb ola bilər. Üçüncüsü, görünən odur ki, rəsmi Bakı Xankəndi ilə bağlı məsələni siyasi yolla həll etməyə çalışır. Reinteqrasiya ilə bağlı təşəbbüslər də əslində buna hesablanıb.
Amma bu, hərbi əməliyyatların başlanmaması demək deyil. Düşünürəm ki, ehtimal edilən döyüşlərin Qazax və Naxçıvandakı anklavlar uğrunda getməsi daha ağlabatandır. Xüsusilə də Naxçıvan. Son zamanlar baş verən siyasi hadisələr, o cümlədən təmaslar da belə qənaətə gəlməyə əsas verir.
Regional ölkələrinin liderləri və digər rəsmiləri arasında intensiv təmaslar Naxçıvanla bağlı məsələnin yaxın vaxtda həll olunacağı ehtimalını artırır. Belə ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın əvvəlcə Rusiyaya, oradan İrana səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyada həmkarı Vladimir Putinlə görüşməsi, ardınca Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı onu deməyə əsas verir ki, bölgədə çox ciddi geosiyasi proseslər gedir.
İran tərəfinin sərhəddəki hərbi hərəkətlənməsini də təsadüfi hesab etmirəm.
Məlum olduğu kimi, Azərbaycanın əsas prioritetlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Naxçıvanla quru yolun bərpası bu istiqamətdə mühüm addım ola bilər.
İstisna deyil ki, qeyd etdiyimiz məqamla bağlı siyasi müzakirələr də gedir. Bəlkə də, artıq razılıq əldə olunub.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir