KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Nazim Cafersoy: Qafqazda Türkiyəsiz Sülh Olmaz!

Nazim Cafersoy: Qafqazda Türkiyəsiz Sülh Olmaz!

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
124 0

Azərbaycan ilə Ermənistan arasındakı 2,5 illik müzakirələrdən anlaşılan məqamlardan biri də budur ki, nə Moskva, nə Brüssel, nə də Vaşinqton formatları tək başına vəya birlikdə bölgədə əməkdaşlıq və sülh doğurmur. Bunun müxtəlif səbəbləri var. İran isə təəssüf ki başından etibarən bu sülh prosesində neqativ mövqeyi ilə rol alır vəya ən yaxşı halda 3+3 formatında olduğu kimi müzakirələri ignor edir.

2,5 il boyunca müzakirələrin diqqəti cəlb edən bir məqamı da Moskva, Brüssel və Vaşinqton formatlarının Türkiyəni bu sülh prosesindən mümkün qədər uzaq tutması vəya onun mövcudiyyətini mümkün qədər məhdudlaşdırma istəyidir.

Halbuki Qafqazda Türkiyəni passiv saxlayan heç bir müzakirə prosesinin uğur qazanma şansı yoxdur!!! Çünki qlobal, regional,ikili və daxili müstəvilərdə mövcud geosiyasi, geoiqtisadi, geomədəni və təhlükəsizlik motivləri göstərir ki, Türkiyə olmadan Qafqazda nə Rusiya, nə ABS, nə AB sülhü və əməkdaşlığı təmin edə bilməz!!!

Maraqlıdır ki, 2,5 il aradan sonra bunu ən tez anladığına dair işarə verən Rusiya oldu. Lavrovun Fidanla görüşündə Türkiyənin Cənubi Qafqazdakı roluna dair verdiyi mesajları bu çərçivədə oxumaq lazımdır.

Türkiyənin önemini bu çərçivədə anlayan ikinci şəxs Ermənistan baş naziri Paşinyan oldu. “Azərbaycan mənə hücum edəcək” ritorikası ilə Ərdoğana zəng etdi. Bu arada Blinken, Makron, Şoltsa və Rəisiyə yox, konkret Ərdoğana zəngindən sonra panikasının keçdiyini və bir az özünə gəldiyini görmək olar:))) Təbii ki və yəqin ki, Ərdoğana bəzi sözlər verib!)))

Azərbaycan onsuz da basınında etibarən Türkiyənin bu strateji önəmini bilir və nəzərə alır və Ankara ilə birlikdə hərəkət edir.

İran Türkiyənin Qafqazdakı sülh müzakirələrdəki rolunu hələ qəbul edə bilmir, amma İranda bunun zəruri olduğunu anlayan dairələr var. Bunun ilk addımı isə İranın Azərbaycanla münasibətləri normallaşdırmasından keçir.

Vaşinqton, Brüssel, Paris və Berlin isə Qafqazda Türkiyənin strateji rolunu hələ yetərincə qəbullanmırlar və Ankara ilə bu müstəvidə aktiv əməkdaşlıq etmirlər. Müxtəlif motivlərlə ermənipərəst yanaşmanın təsiri altında qalıblar. Gecikməmələrini tövsiyyə edirəm, yoxsa Qafqazda mövqeləri Rusiya qarşısında daha da zəifləyəcək!!!

Bu çərçivədə Ankaranın aşağıda təklif etdiyim 3 fərqli 4-lü formatı gündəmə gətirməsinə ehtiyac var:

1. Türkiyə -Azərbaycan -Rusiya-Ermənistan

2. Türkiyə-Azərbaycan-AB-Ermənistan

3. Türkiyə -Azərbaycan -ABŞ-Ermənistan
Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir