KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı regional sülhün təminatıdır

Kənan Novruzov: Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı regional sülhün təminatıdır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
171 0

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki dövlət arasındakı əlaqələrin mövcud vəziyyətindən danışıb. O bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin Şuşa Bəyannaməsi əsasında daha da inkişaf etdirilməsi önəmlidir.
Ölkələrimiz arasında əlaqələrin çox böyük məmnunluq doğurduğunu vurğulayan Fuat Oktay münasibətlərimizin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini deyib.
Məlum olduğu kimi, 2021- ci ildə tərəflər arasında imzalanan Şuşa Bəyannaməsindən sonra münasibətlərimiz yeni, daha yüksək mərhələyə qədəm qoydu. Bundan sonra əlaqələrimizin daha da inkişafı isə yeni reallıqların tələbidir.
2020- ci ildə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Bu reallıqların əsas müəllifi isə məhz Azərbaycan və Türkiyədir. Vətən müharibəsindən sonra dünya gücləri bir daha başa düşdü ki, Bakı və Ankara ilə hesablaşmaq lazımdır. Bir çox dünya dövlətlərinin hazırda yeritdiyi siyasət də bunu təsdiqləyir.
Buna baxmayaraq, onu da deməliyik ki, hazırda beynəlxalq geosiyasi vəziyyət kifayət qədər mürəkkəbdir. Kənar təhdidlər heç də az deyil. Bir çox dünya gücləri, o cümlədən ABŞ, Avropa İttifaqı və Rusiya dünyanın müxtəlif regionlarında öz maraqlarını təmin etməyə çalışırlar. Bu, əlbəttə, Cənubi Qafqaz üçün də istisna deyil. Belə bir vaxtda Azərbaycan və Türkiyədən koordinasiyalı və qətiyyətli addımlar tələb olunur.
Bir sıra aktorlar bölgə ilə maraqlarını reallaşdırmaq üçün “ən zəif bənd”dən- Ermənistandan istifadə edirlər. Bu isə regiondakı təhlükəsizlik üçün təhdid yaradır. Belə bir durum nə Bakının, nə də Ankaranın maraqlarına uyğundur. Çünki biz regional sülh və sabitlikdə israrlıyıq.
Əslində regionun inkişafı və gələcəyi məhz sülhdən, təhlükəsizlikdən, həmçinin iqtisadi əlaqələrdən asılıdır. Bunların hər birinin təminatçısı isə Azərbaycan və Türkiyədir. Bizim gücümüz daha da artdıqca, əlaqələrimiz daha da möhkəmləndikcə məkrli güclər daha diqqətli olacaq və xain planlarını redaktə etməli olacaqlar. Bu isə o deməkdir ki, iki qardaş dövlət arasında münasibətlərin inkişafı şərtdir. Şuşa Bəyannaməsinin tələbləri bu prosesin daha sürətli və effektiv olmasına şərait yaradır.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir