KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: ABŞ “Ermənistanın beynini yuyur”: Kreml bunu bağışlamayacaq

Kənan Novruzov: ABŞ “Ermənistanın beynini yuyur”: Kreml bunu bağışlamayacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
120 0

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün ABŞ-a gedəcək. O, bir sıra rəsmi görüşlər keçirəcək.
A. Qriqoryan ABŞ rəsmiləri ilə ikitərəfli əlaqələri müzakirə edəcək.
Son zamanlar Vaşinqtonla İrəvan arasında münasibətlər inkişaf edir. Daha dəqiq desək, ABŞ Ermənistandan regiondakı maraqlarının təmin olunması üçün istifadə edir.
Məlum olduğu kimi, Ağ Ev Cənubi Qafqazda sülh istəmir. Çünki ABŞ regiondakı mövcudluğunu ancaq gərginlik naminə təmin edə bilər. İkincisi isə Vaşinqton həm də Moskvanın bölgədəki təsir gücünün azalmasına çalışır.
ABŞ-ın Cənubi Qafqazla bağlı son vaxtlar xüsusi fəallıq göstərməsi heç də təsadüfi deyil. Çünki Vaşinqton Bakının bölgədə yeni reallıqlar yaratdığını və artıq sülh dövrünün çatdığını anlayır. İrəvanla Bakı arasında qarşılıqlı etimad mühitinin yaranması o qədər də çətin deyil. Bu isə ABŞ-ı qorxudur. Çünki ehtimal olunan sülh sazişi nəticəsində ABŞ-ın bölgəyə çıxışının qarşısı alınacaq.
Odur ki, rəsmi Vaşinqton Ermənistan üzərində “kökə və qamçı” siyasəti yeridir. Bəzən şirnikləndirir, bəzən də təzyiq göstərir.
Bu günkü görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regiondakı durumun, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin müzakirə olunacağı şübhəsizdir. Rəsmi açıqlamalar loyal olacaq. Hər iki tərəf sülhü dəstəklədiyini deyəcək. Rəsmi Vaşinqton, yəqin ki, vasitəçilik səylərini bundan sonra da davam etdirməyə hazır olduğunu bildirəcək.
Amma “səhnəarxası” daha qaranlıq olacaq. Görüşlərin mətbuata qapalı hissəsi, çox güman, tam fərqli keçəcək. ABŞ və Ermənistan destrukriv müzakirələr aparacaqlar. ABŞ bu görüşdə də “Ermənistanın beynini yumağa” çalışacaq.
Görüşün nəticəsindən asılı olaraq A. Qriqoryanın rusiyalı həmkarı ilə danışması mümkündür. Eyni zamanda rəsmi Moskvaya qarşı yeni açıqlamaların verilməsi də istisna deyil.
Hər halda Vaşinqton və İrəvan arasında artan təmaslar Moskvanı narahat etməmiş deyil. Nə ABŞ, nə də Rusiyanı Ermənistan düşündürür. Hər iki tərəfi maraqlandıran regional təsir gücüdür. Tərəflər bunun üçün İrəvandan istifadə edirlər. Ona görə də Ermənistan hakimiyyəti “iki stulda oturmağa” davam eləsə, nə Ağ Ev, nə də Kreml İrəvanı bağışlayacaq.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir