KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Ukraynada “U dönüşü” ola bilər: Əks- hücum əməliyyatları

Kənan Novruzov: Ukraynada “U dönüşü” ola bilər: Əks- hücum əməliyyatları

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
284 0

Rusiya qoşunları İlan adasından çıxıb. Məlumatı təsdiqləyən Rusiya Müdafiə Nazirliyi bunu xoşməramlı addım kimi təqdim edib. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə hadisəyə münasibət bildirərək deyib ki, bu, təzyiqlərin nəticəsidir: “Nə qədər çox silah verilsə, sülh o qədər tez əldə edilər”.
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass İlan adasının Rusiya ordusundan təmizlənməsini gələcək uğurların anonsu kimi qiymətləndirib: “Ukrayna ordusu ölkənin hər yerində Rusiya ordusunu darmadağın edə bilər. Bu, yaxın gələcəkdə ola bilər. Rusiya Ukrayna ərazilərini qeyri-qanuni işğal edib. Onları bütün Ukrayna ərazisindən sıxışdırıb çıxarmaq lazımdır. Ukrayna ərazisinin yaxın gələckdə Rusiya ordusundan azad edilməsi realdır. Biz bunun üçün Ukraynaya ölümcül silahlarla dəstək verməyə davam edəcəyik”, – o söyləyib.
Elə bu gün ABŞ Prezidenti Cozef Baydenin NATO kürsüsündən verdiyi bir açıqlama da diqqət çəkir. Belə ki, o, Rusiyanın Ukraynada Ukraynaya qalib gələ bilməyəcəyini söyləyib.
İndiyədək müxtəlif dünya liderləri, siyasilər və analitiklər avqustun əvvəlindən etibarən Ukraynadakı proseslərdə dönüş yarana biləcəyini proqnozlaşdırırdılar. Məlum olduğu kimi, İlan adası Ukraynadakı əsas strateji ərazilərdən biridir. Onu da nəzərə almaq lazımdır ki, Ukrayna Silahlı Qüvvələri artıq iki kəndi də azad ediblər. Deməli, yaxın gələcəkdə yeni qələbə xəbərlərinin olacağı mümkündür.
NATO- nun Madriddə keçirilən üç günlük sammitinin bitdiyi gün Ukraynadan qələbə xəbərlərinin gəlməsi də maraqlı təsadüfdür. Heç, bəlkə də, təsadüf deyil…
Hər halda Alyansın dövlət və hökumət başçıları Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya təzyiqin daha da artırılması barədə razılığa gəliblər.
Bundan başqa, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə qərar qəbul edilməsi Kremli bir az da aqressivləşdirə və daha çox səhvlər etməyə sövq edə bilər. Rəsmi Kiyev bundan istifadə edib əks- hücum əməliyyatlarına başlaya bilər. Əlbəttə, bu əməliyyatlar Qərbin dəstəyi olmadan mümkün olmayacaq.
Əslində NATO- nun sammitindən sonra Ukrayna ilə bağlı ciddi hadisələrin baş verəcəyi gözlənilən idi. Bəlkə də, proses artıq başlayıb və yaxın gələcəkdə daha fərqli tendensiyaların şahidi ola bilərik.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir