KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Fuad Gahramanlı: Məsələ Ərdoğan deyil, obyektiv yanaşma ilə bağlıdır

Fuad Gahramanlı: Məsələ Ərdoğan deyil, obyektiv yanaşma ilə bağlıdır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
277 0

Gələcək üçün lazım olacaq bəzi zəruri aydınlaşdırmalar.

Dostlar, bəzi zəruri bildiyim aydınlaşdırmaları sizinlə bölüşmək istəyirəm. Son vaxtlar görürük ki, bizdə hər hansı məsələyə, hadisəyə münasibətdə kimdənsə xoşumuz gəlib gəlməməsi kimi subyektiv yanaşma daha çox qabarır. Siyasətdə belə yanaşma obyektiv qiymətləndirməyə mane olur, insanlar şəxsi münasibətinin girovuna çevrilib həqiqəti görə və etiraf edə bilmirlər. Məsələn, son günlər Türkiyə prezidenti Ərdoğanla bağlı belə bir yanaşma qabarıq görünür. Ancaq məsələ təkcə Ərdoğanla bağlı deyil, problem bizim hadisələri necə qavramağımızdadır. NATO sammitində bütün dünyanın qarşısında İsveç və Finlandiyaya öhdəlik imzalatdıran Ərdoğana bu ölkələrin NATO üzvlüyünə hə deməsinə görə Bayden, Stoltenberq dünya mediasının qarşısında təşəkkür edir, “Economist” bunu Türkiyənin diplomatik qələbəsi hesab edir, bizim bəzi hörmətli dostlar dirəşiblər ki, yox Ərdoğan səhv etdi, veto məsələsini gündəmə gətirməklə Türkiyənin imicinə zərbə vurdu. Qərbin liderləri Ərdoğana “sağ ol” deyir, Türkiyə ilə bundan sonra daha çox əməkdaşlıq edəcəklərini, NATO – da qardaş ölkənin ağırlığının artdığını bildirirlər, ancaq, bizimkilərsə sakitləşmirlər ki, “bizim Ərdoğandan xoşumuza gəlmirsə, demək, deyilənlər boş şeydir” . Türklər demiş, “yapmayın ya arkadaşlar”.)
Ərdoğandan kiminsə xoşu gəlməməsi normaldır, ancaq bu onun Türkiyənin milli maraqları üçün atdığı hansısa müsbət addımı da səhv saymağa, qaralmağa səbəb olmamalıdır axı. Nə etməliydi Ərdoğan , Türkiyə əsgərinin qanını tökən PKK və YPG terror təşkilatlarına silah verən İsveçin üzvlüyü üçün şərt qoymamalı idi, sakitcə razılaşmalıydımı ? Gətirilən əsasa baxın, guya bu tələbi qoymaq Türkiyənin Qərbdə imicini pisləşdiririb. Bunu obıvatel desə olar, ancaq siyasi təhlillə məşğul olan şəxs deməməlidir. Çünki bu gün Qərbdə dialoq və uzlaşma yolu ilə öz milli maraqlarıını qorumağa çalışan, geosiyasi seçimdə əks cinahda yer almayan ölkələr daha çox əməkdaşlığa uyğun tərəfdaş kimi qəbul edilirlər. Ona görə də, obyektiv olmaq lazımdır, Ərdoğanın Qərbdə imicinə zərbə vuran onun Suriyaya ordu yeritməsi, İsveç və Finlandiyanın qarşısına şərt qoyması yox, media azadlığına, öz opponentlərinə münasibəti və s. məsələlərdir. Biz də onun bu son addımının doğru olduğunu deyərkən, digər yanlışlarına heç də haqq qazandırmırıq.
Əlavə olaraq bir xatırlatma da edim. Dünənə qədər Fransa, Almaniya, İtaliya təcavüzkar Rusiyanın xeyrinə olan mövqe göstərir, ABŞ və İngiltərənin əleyhinə gedərək Ukraynanı güzəştlərə vadar etmək istəyirdilər. Buna görə Makrona deyilməyən tənqid qalmadı. Nə oldu, Fransa Qərbdə nüfuzdan düşdümü, imici məhv oldumu? Ya İtaliya, ya Almaniya? Əksinə, danışıb, razılaşıb NATO və G7 çərçivəsində bu gün vahid mövqedən çıxış etdilər və kimsə də bu gün demir ki, “Makron sən Putinin şərəfini qorumağa çağırdığına görə etimaddan düşmüsən, imicin korlanıb, əməkdaşlıq edə bilmərik.” Ona görə də belə klişə yanaşmalardan imtina edib, siyasətçinin hər bir addımını ayrıca obyektiv qiymətləndirmək lazımdır. Bu baxımdan Tokayev nümunəsini də gətirə bilərik.
Bilmək lazımdır ki, beynəlxalq siyasətdə məsələlər şüarlarla deyil, praqmatik maraqlarla və diplomatiya ilə həll olunur.
İndi mahiyyət, bizim hadisələlərə yanaşma tərzi ilə bağlı dediklərimiz qalacaq bir kənarda, kimsə gəlib yazacaq ki, bəs Ərdoğan filan şey elədi.

Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir