KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Lavrovun region turnesi: “Nəbz yoxlayır”

Kənan Novruzov: Lavrovun region turnesi: “Nəbz yoxlayır”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
298 0

Rusiyanın xarici işlər Sergey Lavrov İranda səfərdədir. Bu barədə İran Xarici İşlər Nazirliyindən bildirilib.
Onun sözlərinə görə, S.Lavrovun ziyarəti İran rəsmilərinin bu yaxınlarda Rusiyaya səfərinə cavab olaraq həyata keçiriləcək.
Məlum olduğu kimi, Lavrov bundan əvvəl Türkiyədə, Ermənistanda səfərdə olmuşdu. O, ayın 23- ü Bakıya gələcək. Görünür, Lavrov Tehrandan birbaşa Bakıya yola düşəcək.
Şübhəsiz ki, İranda regional və ikitərəfli münasibətlər müzakirə olunacaq. Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla, həmçinin Cənubi Qafqazdakı durum, Ukrayna ilə davam edən müharibə, Qərbin proseslərə münasibəti və digər məsələlər barədə fikir mübadiləsi apara bilər.
Maraqlı məqam, Rusiyanın baş diplomatının qonşu ölkələrə ard- arda səfər etməsidir. Lavrovu region turnesinə sövq edən nədir? İlk növbədə onu deyək ki, Moksva tədricən sivil dünyadan təcrid olunur və müttəfiqlərini itirir. Ona görə də qonşularının “nəzbini yoxlamaq” istəyir. İndiki məqamda region dövlətlərinin Rusiyanın yanında olması şimal qonşumuz üçün hava- su qədər vacibdir. Rusiya artıq başa düşür ki, savaş yaxın vaxtda bitməyəcək. Yəni “ox yaydan çıxıb”. Bu isə o deməkdir ki, Kreml daha ciddi sınaqlara hazır olmalıdır. Bunun üçün isə ona qonşuların dəstəyi lazımdır. Ən azından Rusiya əmin olmaq istəyir ki, durumu bir az da gərginləşsə, region dövlətləri ona qarşı hərəkətə keçməyəcək, sanksiyalara qoşulmayacaq. Çünki Rusiya yaxşı bilir ki, çoxillik imperiya siyasəti nəticəsində bölgədə heç də müsbət imic qazanmayıb.
İkinci bir tərəfdən, görüşdə Cənubu Qafqazdakı situasiyanın da gündəlikdə olması istisna deyil. Əvvəllər də dediyimiz kimi, Moskva Bakının müharibə ilə haqlı, ədalətli mövqeyindən razı deyil. Və bunun dəyişməyini istəyir. Bunun üçün isə Rusiya artıq Azərbaycanın regional maraqları istiqamətində addımlar atmalıdırlar. Eyni zamanda Aİ- nin regionla bağlı təşəbbüskarlığının artması da Rusiyanı narahat edir. Moskva istəyir ki, fəallığı ələ alsın, “proseslərin sükanı arxasına keçsin”. Bunun üçün hətta “bəzi daşların yerinə oturmasına razıdır”. Bir şərtlə ki, proseslər öz nəzarətində olsun və istədiyi vaxt “qırmızı işıq” yandıra bilsin. Bu mənada İranda regional kommunikasiyaların açılması haqda danışılması və ardınca Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə müəyyən əməli işlərin görülməsi mümkündür.
Bütün bunlar Kremlin öz maraqlarının təzahürü kimi qiymətləndirilməlidir. Yəni əslində şimal qonşumuzun ənənəvi xarici siyasət kursunda heç bir dəyişiklik yoxdur.
Rəsmi Bakı hazırkı şəraitdən öz xeyrinə istifadə etməli və lazımi manevrlər nəticəsində bu durumdan faydalanmağı bacarmalıdır.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir