KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Aşqabad görüşü “əlimizi gücləndirdi”

Kənan Novruzov: Aşqabad görüşü “əlimizi gücləndirdi”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
76 0

Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı İbrahim Rəisi arasında görüş səmimi və xoş ab- havada keçib. Bu, iki müsəlman ölkə arasında münasibətlərin bundan sonra qonşuluq və əməkdaşlıq prinsiplərinə uyğun davam etməsini təmin edir. Liderlər arasında ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə dərinləşməsi, Zəngəzur dəhlizindən birgə istifadə və digər məsələlər barədə razılıq əldə olunması müsbət haldır.
Məlumdur ki, Azərbaycanın xarici diplomatiyasında qonşuluq münasibətləri prioritetdir. Bu mənada hazırkı nəticə bizim maraqlarımıza uyğundur. İkinci bir tərəfdən isə İranla münasibətlərin normallaşması həm də regiondakı sabitlik üçün mühümdür. Kimsəyə sirr deyil ki, bölgədə əsas dekonstruktiv “oyunçu” məhz Ermənistandır. Zaman- zaman onu “cəsarətləndirənlər” isə Rusiya və İran olub. Tehranın İrəvana müxtəlif dəstəkləri, o cümlədən Qarabağa “humanitar yüklərin” daşınması o qədər da uzaq keçmişə aid deyil. Deməli, cənub qonşumuz Ermanistan üçün “nəfəslik” rolunu oynayırdı. Və Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində indi həmin “nəfəslik” bağlandı.
Bundan sonra İrəvan Bakı ilə Tehran arasındakı münasibətləri korlamağa çalışa bilər. Bu məqsədlə müxtəlif təxribatçılıq cəhdləri istisna deyil.
Variantlarının tükəndiyini görən düşmən dövlətin “suları bulandırmaq” naminə cəbhədə provokasiyaları intensivləşdirilməsi də gözləniləndir.
Eyni zamanda Moskvanın Bakı- Tehran münasibətlərinə qısqanclıqla yanaşması, sabotajlar yaratması ehtimalı var. Biz əvvəllər də belə analogiyaların şahidi olmuşuq.
Ən mühüm məsələlərdən biri isə budur ki, Cənubi Qafqazda altılıq platformasının yaranması istiqamətində ciddi addımlar atılır.
Aşqabad görüşü, o cümlədən İranla münasibətlərin nizamlanması bizim Brüsseldə də “əlimizin daha güclü olmasını” təmin etdi.
Lakin soyuqqanlı davranmalı, təhdidlərə, qısqanclıqlara hazır olmalıyıq.
Kənan Novruzov Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.