KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanlı: Sabah mən kimə səs verəcəm?

Fuad Gahramanlı: Sabah mən kimə səs verəcəm?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
70 0

Sabah ölkəmizdə azad və demokratik seçkilər keçiriləcək. Seçki kampaniyasının gedişində kəskin debatlar, insanları narahat edən problemlərin gündəmə gətirilməsi, İlham Əliyevi sərt tənqid edən namizədlərin cıxışları cəmiyyətin bu prosesə marağını ciddi şəkildə artırmış oldu. Bu namizədlərin nümunəsində real müxalifətin seçki prosesində iştirakı və keçirdiyi mitinq və görüşlərin kütləviliyi onu göstərir ki, İlham Əliyevin qələbə şansı heç də yüksək deyil.

Prosesin təhlili onu göstərir sabah səsvermə məntəqələrində əsas rəqabət seçkinin favorit namizədləri hesab olunan Fuad Əliyevlə Razi Nurullayev arasında olacaq. Etiraf etmək lazımdır ki, Fuad Əliyevin öz seçki kampaniyasnın yekunu kimi Bakı şəhərində 100 mindən artıq insanın iştirakı ilə keçirdiyi mitinq digər namizədlərin təşkil etdiyi mitinqlərdən daha kütləvi idi və bu onun daha çox səs alacağını deməyə əsas verir. Eyni zamanda onun mərkəzçi mövqedən çıxış edərək sağ və sol görüşləri birləşdirməsi ictimai rəydə Fuad Əliyevə olan etimadı daha da gücləndirmiş oldu.

İlham Əliyevin bu qədər hakimiyyət resurslarına baxmayaraq ölkənin 20 rayonunda mitinq keçirməsi və o qədər də çox vədlərlə çıxış etməməsi, müşahidəçilərdə o qənaəti yaradır ki, o, 20 illik hakimiyyət müddətindən sonra yenidən seçilməyə bir o qədər də maraq göstərmir. Biz bunu onun seçki debatıarında Razı Nurullayev və Zahid Orucun sərt tənqidlərinə cavab verərkən bdeyilənlərə səthi etiraz edib bir çox məsələləri qəbul etməsində də gördük. Hakimiyyət namizədi hiss olunurdu ki, öz ətrafının təzyiqi altında bu seçki marofonna qoşulub və onun yenidən seçilməklə bağlı xüsusi bir iddası nəzərə çarpmır.

Sabah biz öz gənc demokratiyamızın növbəti imtahanı ilə ölkəmizin qarşısında yeni bir dönəmin səhifəsini açmış olacağıq. Bu seçkilərin bir nəfər də olsa siyasi məhbusun olmadığı, azad və rəqabətli yarış şəraitində və seçki komissiyalarının paritet əsasda təşkil edilməsi şəraitində keçirilməsi onun nəticələrinə heç bir şübhə yeri qoymur və etimadı təmin edəcək.
Xüsusi ilə mənim də səs verəcəyim Fuad Əliyevin milli etimad hökuməti quracağı vədi hesab edirəm ki, Azərbaycan cəmiyyətinin kadr potensialını konsolidasiya edərək yeni bir vozyonu, milli inkişaf hədəfi olan ümumxalq etimadına əsaslanan hakimiyyətin qurulmasına zəmin yaradacaq.

Vətənimiz və xalqımız üçün xeyirli olsun.
Siz də öz səs verəcəyiniz namizədin adını rəy bölümündə yaza bilərsiniz.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir