KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanli: Aliyev Putin’e cevap verebilecek mi

Fuad Gahramanli: Aliyev Putin’e cevap verebilecek mi

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
287 0

İlham Əliyev onu tələyə salan Putinə cavab verəcəkmi

Rusiya MN bəyanatına qarşı rus “sülhməramlılarının” çıxarılması niyə tələb olunmur

Dünən Rusiya MN adından yayılan bəyanatda Azərbaycanın hədəf alınması üstündən keçiləsi adi bir hadisə deyil. Bəyanatda Rusiya 10 noyabr bəyanatına əsasən Qarabağdan çıxarılmalı olan qanunsuz erməni silahlı birləşmələrini “Dağlıq Qarabağın silahlı qüvvələri” adlandırır. Bu Rusiyanın Qarabağdakı erməni silahlılarını nəinki çıxarmaq, əksinə, legitimləşdirmək cəhdidir. Digər tərəfdən bəyanatda ləğv edilmiş “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi, Rusiyanın açıq aşkar erməni separatçılarının mövqeyindən çıxış etdiyini göstərir. Azərbaycan ordusunun öz ərazimiz daxilindəki hərəkəti isə Ukraynanı işğal etmiş, bütün dünyanın təcavüzkar dövlət kimi tanıdığı Rusiya tərəfindən tamamilə əsasız olaraq sanki başqa bir əraziyə daxil olmaq kimi təqdim edilir.
Azərbaycan MN nin bu xüsuslara aydınlıq gətirən bəyanatı əsasən adekvat olsa da, sonda xahiş ifadəsinin işlədilməsi yersiz idi. Bizim bu məsələdə Rusiyanın qarşısında xahişlə deyil, tələblə çıxış etməyimiz gərəkdir. Eyni zamanda MN bu cavab bəyanatında təkcə korrektə xarakterli düzəlişlər etməli deyildi, həm də Rusiyanının mövqeyinin məsuliyyətsiz və qərəzli olduğu vurğulanaraq, bu yanaşmanın ərazidəki “sülhməramlıların” çıxarılması üçün əsas olacağı açıq mətnlə dilə gətirilməli idi.
Əslində Qarabağda düşdüyümüz vəziyyət bizə qurulmuş bir tələ idi və təəssüf ki, Rusiya bizi bu tələyə sala bildi. Xatırlayırsınızsa bir neçə gün öncə Azərbaycana səfər edən Rusiya Quru Qoşunlarının komandan müavini Aleksey Kim Baş Qərargah rəisi Kərim Vəliyevlə görüşmüşdü. Görünür Rusiya tərəfi bu görüşdə Azərbaycan tərəfi inandırıb ki, ordumuz Qarabağda hər hansı hərəkət etsə Moskva buna neytral mövqedən yanaşacaq. Nəticə isə göz qabağındadır, dünyanın faşist kimi lənətlədiyi Putin məkrlə Azərbaycanı aldadaraq tələyə saldı ki, sonra da çıxıb Qarabağda sülh yaradan kimi özünü təqdim etsin.
İndi növbə İlham Əliyevindir. Putin onunla imzaladığı 22 fevral tarixli müttəfiqlik bəyanatını ayaq altına salaraq, onu bu dəfə də aldadıb Azərbaycanı bütün dünyaya təcavüzkar, özünü isə sülh yaradan, məzlum ermənilərin qoruyucusu kimi təqdim etdi.
Daha nə olmalıdlr, Putin daha nələr etməlidir ki, ki, Ukrayna və bütün dünya ilə həmrəy olub rus faşizminə qarşı açıq etiraz edənlərin sırasına qoşulaq. İlham Əliyevə əslində rus ordusunu Qarabağa gətirməklə etdiyi səhvi düzəltmək üçün tarixi fürsət düşüb. Bundan ötrü Qərb bloku ilə əməkdaşlığı dərinləşdirib Rusiyadan ayrılmalı və yubanmadan Azərbaycandan rus ordusunun çıxarılmasını beynəlxalq gündəliyə daşımaq lazımdır. Bir daha aydın oldu ki, Rusiya öz imperialist maraqları olan yerdə, hətta müttəfiq dediklərini belə çox ucuz qiymətə qurban verməyə hazırdır.
Azərbaycan strateji seçimini Qərbə doğru edəcəyi təqdirdə Rusiya təhdidinə qarşı NATO nun dəstəyini də qazanmış olacaq. Bunun əyani örnəyi son NATO sammitində Gürcüstan və Moldovanın Rusiya təcavüzündən qorunmasının əsas prioritetlərindən biri kimi gündəliyə salınmasıdır.
Ona görə də Rusiyanın bu etdiklərinin qarşılığı MN – nin xahişlə yekunlaşan bir bəyanatı deyil, ölkənin strateji seçimini dəyişəcək qərarla olmalıdır.

Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir