KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Fuad Gahramanlı: Putinin çıxışı və Laçındakı böhranın şifrəsi

Fuad Gahramanlı: Putinin çıxışı və Laçındakı böhranın şifrəsi

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
143 0

Azərbaycan necə uduzduruldu ?

Putinin dünənki çıxışı bir daha göstərdi ki, əgər, Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırıb üzünü Qərbə çevirməsəydi, indi Qarabağ məsələsində Azərbaycanın xeyrinə heç bir dəyişiklik olmayacaqdı. Putin Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasına görə narazı qalmasını heç gizlətmir də. O, dünənki çıxışında deyib ki, “Azərbaycanın ərazi bütövlüyünü tanıyıb Qarabağdan özləri imtina etməklə məni çətin duruma salırlar. Mən bundan sonra ermənilər üçün nə edə bilərəm ki?!”.

Əslində, o, bununla Ermənistan cəmiyyətinə xitab edib deyir ki, Qarabağın Azərbaycanın olmasına görə əsas günahkar Paşinyandır, çünki məhz, o,” “Qarabağ Azərbaycanındır” deməklə Moskvanın əl qolunu bağlayıb, planlarını pozub. Məhz, buna görə də Rusiya bu gün ermənilərin Qarabağı Azərbaycandan qoparıb almaq istəyini yerinə yetirə bilmir.

Bu bəyanatla Putin bir tərəfdən Azərbaycanın suverenliyinə qarşı necə bir düşmən münasibətini bəslədiyini göstərir, o biri tərəfdən də Qarabağdan imtina etməsinə görə erməni cəmiyyətini qızışdırıb Paşinyanın üstünə qaldırmağa çalışır.

Nə qədər paradoksal görünsə də belə məlum olur ki, Moskvanın Azərbaycanla bağlı təhlükəli planlarının baş tutmamasının əsas səbəbkarı məhz elə Paşinyandır. Hər şeyin bu qədər açıq ifadə olunduğu bir şəraitdə Azərbaycanın geosiyasi və təhlükəsizlik məsələlərində Rusiya ilə birlikdə hərəkət etməsi açıq aşkar milli maraqlarımızı Moskvaya güzəşt etmək deməkdir. Bu səbəbdən də Putinin bu çıxışna görə Azərbaycan rəhbərliyinin Makrona verdiyi reaksiyanın yarısı qədər hər hansı etiraz səsləndirəcəyini də kimsə gözləmir.

Azərbaycan öz milli maraqlarını güzəştə gedərək Rusiyanın istəyinə uyğun siyasət yürütməsini göstərən ən son hadisə isə Laçın yolunda yaranmış böhranla bağlıdır. Azərbaycanın əli ilə Laçın dəhlizinin bağlanmasından sonra yaranmış böhranın arxasından bu dəfə də yenə Moskva çıxdı. Rusiyadan göndərilmiş TIR dünən Ağdam – Xankəndi yolu ilə keçərək öz son mənzilinə çatdı. Bununla da Moskva Laçın yolunu bağlamaqla, beynəlxalq ictimai rəydə ağır diplomatik zərbələr almış Azərbaycana yolu açmaq üçün süni bir səbəb bağışlamış oldu. Ona görə süni səbəb deyirik ki, bir dəfə rus TIR – ının keçməsi , bu yolun yaxın gələcəkdə işlək olacağı anlamına gəlmir . Çünki Qarabağ erməniləri və Ermənistan bu yoldan istifadə etmədikcə, bu yol da elə elə əvvəlki kimi boş qalamaqda davam edəcək. Belə görünür ki, yaxın vaxtlarda heç istifadə etməyəcəklər də. Əgər Azərbaycan Xankəndi – Ağdam yolunu alternativ marşuruta çevirə bilməyəcəkdisə, o zaman bütün bu həngamə nəyə lazım idi? Ermənilər bu gün yenə də əvvəlki kimi Laçın yolundan istifadə ediləcəkdirlərsə , o zaman Azərbaycan bu yolu bağlayıb, sonra da heç bir real nəticə əldə etmədən açıb özünü dünyada niyə pis duruma salırdı ki? Bax əsas cavab verilməli olan sual da budur.

Nəticə isə budur ki, Laçın yolu bağlı qaldığı bu müddətdə Azərbaycan dünyada dinc sakinlərə humanitar yardımın qarşısınl kəsən tərəf kimi təqdim edildi və ermənilərin “əgər Qarabağda statusumuz olmasa, bunlar bizi məhv edər” təbliğatına əsassız bəhanə verildi. Ona görə də bu vəziyyət daha çox ermənilərin işinə yaradı. Ermənilər yolun bağlı olmasından bəhanə kimi istifadə edərək məharətlə Qarabağla bağlı status iddialarını beynəlxalq səviyyədə legitimləşdirməyə çalışdılar. Azərbaycan durduq yerdə qarşı tərəfə bu bəhanəni vermiş oldu.

Moskva da bu vəziyyətdən öz uduçunu əldə etdi. Rusiya bir TIR göndərərək yaranmış böhranı həll etmiş kimi göründü və konflikt üzərində öz nəzarətini bütün tərəflərə bir daha nümayiş etdirdi. Azərbaycan hakimiyyətinin əli ilə ölkəmizi dünyada haqsız duruma salan Rusiya öz oyunun oynadı və sonda özünə lazım olan nəticəni əldə etmiş oldu . Bu prosesdə yeganə uduzan tərəf isə Azərbaycan oldu.
Fuad Gahramanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir