KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Turan Rzayev: Bakı və İrəvan tarixi həmlə ərəfəsində

Turan Rzayev: Bakı və İrəvan tarixi həmlə ərəfəsində

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
153 0

Bakı və İrəvana tarixi həmlə ərəfəsində – Hikmət Hacıyev Armen Qriqoryanla nələri danışdı?

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, onun diplomatik müşavirləri Saymon Mordyu və Maqdalena Qrononun rəhbərliyi ilə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutdu.

Görüş zamanı iki əsas mövzu müzakirə edilib:

1. Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət;

2. Oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşü;

Birinci məsələ ətrafında geniş müzakirələrin keçirildiyini düşünmürəm. Rəsmi Bakı Qarabağı daxili məsələsi hesab edir və bu məsələnin geniş şəkildə müzakirə edilməsində maraqlı deyil. Bu mənada tərəflərin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşü barədə fikir mübadiləsi apardığını demək olar.

İndiki məqamda Qranada görüşü həm Ermənistan, həm Azərbaycan, həm də Aİ üçün vacibdir. Belə ki, rəsmi Bakı antiterror tədbirlərindən sonra Qarabağa nəzarəti bərpa etməkdədir. Bundan başqa, erməni icması ilə reinteqrasiya prosesi çərçivəsində Yevlaxda və Xocalıda iki görüş keçirilib. Bu hadisələrin fonunda Azərbaycan Ermənistanla ən azı ilkin sülh müqaviləsi imzalamaqda maraqlıdır.

Ermənistan isə proseslərdən yayına bilməyəcəyini anlayır. Digər tərəfdən, indiki məqamda sülh onun özünə lazımdır. Rəsmi İrəvan Azərbaycanın ərazilərini genişləndirəcəyindən ehtiyat edir.

Bakının belə bir niyyəti olmasa da, İrəvan riski nəzərə alaraq ərazi bütövlüyünün tanınmasını əks etdirən rəsmi sənədə qol çəkmək istəyir. Bunu təsdiqləyən digər məqam isə son günlər erməni rəsmilərin sülhə dair pozitiv açıqlamalar verməsidir.

Aİ isə hesab edir ki, Qranadada mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər. Görüşdən sonrakı bəyanatın bu yöndə olması da diqqət çəkir.

İndiki məqamda əsas sual budur ki, liderlər Qranada görüşündə sülh saziş və ya sülhə dair hər hansı sənəd imzalayacaqmı?

Bu suala cavab tapmaq üçün iki fakta nəzər yetirmək lazımdır:

1. Mayın 31-də Avropa Siyasi Birliyinin Kişinyov sammiti çərçivəsində baş tutan görüş;

2. Brüssel görüşündən sonra Hikmət Hacıyevin açıqlaması;

Kişinyov sammiti çərçivəsində baş tutan görüşdən əvvəl də sülh sənədinin imzalanmasına dair pozitif atmosfer var idi. Hətta sazişin imzalanması mümkün görünürdü, lakin bu baş tutmadı. Bu mənada Kişinyov danışıqlarının nəticəsiz qalması, sənədin imzalanması bir yana, heç sülhə dair konkret müzakirənin getməməsi Qranada görüşü öncəsi pessimist atmosfer yaradır.

Buna baxmayaraq, Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü barədə açıqlaması müəyyən ümidlər yaradır.

“İndi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına doğru irəliləmək üçün daha çox imkanlar var”, – deyə H.Hacıyev bildirib.

Hacıyevin açıqlamasından belə qənaətə gəlmək olar ki, Bakı sülh sazişinin imzalanmasında maraqlıdır, lakin yekun sülh üçün hələ tezdir. Qranada görüşündə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və bunu sənədlə təsdiqləməsini ilkin sülh sazişi, habelə münasibətlərin normallaşmasına doğru irəliləyiş saymaq olar.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir