KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Elhan Şahinoğlu: Antalya diplomasi forumu ve Ermenistan

Elhan Şahinoğlu: Antalya diplomasi forumu ve Ermenistan

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
65 0

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu 2024”ün açılış mərasimində çıxışı zamanı “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək” deməklə İrəvana mesaj göndərmiş oldu. Yəni Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını istəyirsə, ilk növbədə Azərbaycanla razılaşma əldə etməlidir. İrəvanın Türkiyə və Azərbaycan mövzularını bir-birindən ayırması siyasəti nəticə vermədi.

Əslində Ankaranın bu siyasəti Ermənistanın baş naziri Nikol Paşinyanın manevr imkanlarını artırmalı və o erməni cəmiyyətini inandırmalıdır ki, iki qonşusuyla problemlərin həlli və ölkəsinin regional əməkdaşlığa qoşulması Azərbaycanla sülh və ya çərçivə sazişinin imzalanmasından keçir. Antalya forumunda çıxış edən prezidentin köməkçisi Hikmət Hacıyevin də Ermənistana mesajı var idi ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur, bunu yayanlar bölgədə sülh istəməyən mərkəzlərdir. Türkiyənin xarici işlər naziri Hakan Fidan da Antalyadakı Forumda çıxış edərkən, Azərbaycanla Ermənistan münasibətlərini normallaşdırmağa çox yaxın olduğunu bildirib. Top yenə Ermənistanın meydanındadır.
Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Antalya Diplomatiya Forumunda iştirak edən erməni həmkarı Ruben Rubinyana növbəti görüşün İrəvanda keçirilməsini təklif edib. Bu təklif erməni diplomat üçün gözlənilməz olduğundan o cavab üçün vaxt istəyib. Rubinyan əvvəlcə bu təklifi Antalya forumunda iştirak edən rəhbəri xarici işlər naziri Ararat Mirzoyana çatdıracaq, o da öz növbəsində baş nazir Nikol Paşinyana zəng edəcək. Paşinyanın müsbət cavabı sonrakı proseslər üçün faydalı ola bilər. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını arzulayır. Əslində Azərbaycanla Ermənistan rəsmilərinin də görüşlərinin növbəlilik əsasında Bakı və İrəvanda keçirilməsi sülh danışıqlarına impuls verər.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir